Moskva ilə Bakı arasında təhlükəsizlik müzakirələri .....                     Sığorta sektorunun `QALA`SI çoxdan uçub... .....                     Mehdiyevin məktubu müxalifətdə aranı qatdı .....                     Tramp Venesuela hökumətini devirmək niyyətindədir .....                     Günay Ağamalının mandatı ləğv edilə bilər .....                     Pulların LEO BANK-a əmanətdirsə... .....                     Əmrullayevin yəqin ki bundan xəbəri yoxdur... .....                     SOCAR-dakı İXTİSAR BUMU BURALARA DA ÇATDI .....                     Paşinyana vaxt lazımdır... .....                     Azərbaycan ermənilərlə savaşırdı... ABB də Qarabağ qazisi ilə! .....                     Deputatın 'obyektində' utancverici mənzərə .....                     Təhsil təxribatçıları bir məktəbin simasında… .....                     'Padişah'a BİƏT EDƏN hansı məmurdur ki... .....                     İrəvandakı sammitdə Əliyevlə Ərdoğanın iştirakı mümkündür .....                     Mehdiyevin müxalifət sevgisi .....                     Sülhə gedən... ticarət yolları .....                     "Çəki atdığım üçün sevə-sevə bir-bir o libasları geyinirəm" .....                     PKK-nın geri çəkilməsi ciddidir, amma tam etibar etmək olmaz .....                     Ramiz Mehdiyevin cinayət işi və həbsi barədə rəsmi açıqlamalar nədən ləngiyir?.. .....                     Keçmiş MTN polkovniki: Ramiz Mehdiyev çevriliş planını təkbaşına... .....                     Rusiya bizi parçalamağa çalışır, təhlükədəyik .....                     Dövlət xəstəxanaları: Daha həkimə gedəndə "əlimiz cibimizdə" olacaq .....                     Monteneqroda həbs olunan azərbaycanlıların taleyi .....                     Elman Nəsirovdan Şərurlu İsfəndiyarın ev təklifinə .....                     BP-nin Azərbaycandakı nümayəndəliyinin 68 milyon manatlıq vergi borcu var .....                     Rusiyada Azərbaycan əsilli generala hökm oxundu .....                     “Fransa Ukrayna cəbhəsində pay qazanmağa çalışır” .....                     Azərbaycan şirkəti müflisləşir .....                     Fiaskoya uğrayan "sülh planı" .....                     Sabiq icra başçısı külli miqdarda borca düşdü .....                     "Paris Mebel"də oğurluq .....                     Şəkər dünyada ucuzlaşır, Azərbaycanda bahalaşır .....                     “Xəyal Adası” MMC-də səhmdar dəyişikliyi baş verib .....                     “Ramiz Mehdiyevin əli 50-dən çox adamın qanına batıb” .....                     AQTİ-də qalmaqal: Qoşqar Təhməzli onu işdən çıxardı .....                     Çörək yolunun əvəzinə... .....                     Mehdiyevlə bağlı daha bir MÜƏMMA .....                     Milyonçu qardaşların işində yenilik .....                     YAP-ın qurucularından olan Əli Əlirzayev sükutu pozdu .....                     Avropa Parlamentinin deputatı İrəvanda Ermənistan hakimiyyətini tənqid edib .....                 

Təhsil təxribatçıları bir məktəbin simasında… - BU NƏDİ BELƏ?
Tarix: Bu gün, 06:44 | Çap et

Məktəb və müəllim haqqında fəaliyyətə söykənən, görülən işləri əks etdirən məqalələrin kəskin azalması səbəbindən reytinq axtaranların yazılarının və süjetlərin artması fonunda təhsil müdafiəyə çəkilmiş kimi görünür. Təəssüflər olsun ki, bu tendensiyanın arxasından bəzən məqsədyönlü maraqlar da boy göstərməkdədir.

Ölkədə baş verən son olaylar, illərlə təxribatlarla məşğul olduğunu hamının bildiyi, medianın yazdığı Ramiz Mehdiyev haqqında rəsmi və hüquqi araşdırmalar bir daha çox məsələyə fərqli baxış bucağından yanaşmağa əsas verir. İndilərdə bir daha məlum olur ki, onun şəbəkəsi və onlardan ruhlananlar bir çox sahələrdə, o cümlədən də təhsildə kök salmış, şaxələnmişdir. Belə olmasaydı, illərlə bir məktəbi öz monopoliyasına almış adi bir direktor müavini bu qədər gücə sahib olmazdı. Söhbət Bakı şəhəri 201 nömrəli tam orta məktəbin keçmiş direktor müavini Svetlana Hüseynovadan, onun şübhəli əlaqələrindən gedir.

Azərbaycanda təhsili gözdən salmaq kampaniyasında iştirak edən, rüşvət almağı amalına çevirmiş hər kəsə illərlə yaşıl işıq yandırılmasının sirri də indi açılır. Onlara istənilən vicdanlı müəllimi, məktəb rəhbərini nüfuzdan salmaq və öz “komando”ları vasitəsilə yıpratmaq su içimi qədər asan idi.

Müşahidələr göstərir ki, bir təhsil müəssisəsinə yeni rəhbər gələn kimi illərlə orada kök salmış ətalətin kölgəsində gizlənənlərin müqaviməti ilə üzləşir, yenilik və islahat ruhunu öldürmək üçün qarayaxmalar, təşkil olunmuş üzədurmalar başlayır. Bəzən media və ictimai fəal şəxslər də məsələnin mahiyyətinə dərindən varmadan bu müzakirələrə qoşulanda rezonans artır, ilk anda rəhbərlik günahkar qismində təqdim olunur. Ancaq həqiqətdə necədir, proses necə baş verir?! Bir nümunədə bunu anlatmağa çalışacağıq.

Son zamanlar bir neçə dəfə qarşıma çıxan, ictimailəşmiş bir məktəb olayı haqqında təsadüfən aldığım məlumatlar və fikirlər bu yöndəki düşüncələrimə yenidən işıq saldı. Məlumat verən şəxsin valideyn olması, övladının həmin məktəbdə oxuması eşitdiklərimə inamımı və bu mövzuya marağımı bir az da artırdı. Bundan sonra məktəblə daha yaxından maraqlandım, xeyli məlumatlar almağa nail oldum. Söhbət Bakı şəhəri 201 nömrəli tam orta məktəb ətrafında baş verən hadisələrdən gedir. Son günlərdə əsassız olaraq işdən azad olunmuş, lap dəqiqi məktəbdəki qaragüruhçuların səs-küyünü kəsmək üçün vəzifəsinə xitam verilmiş Afaq Əliyevanın rəhbərliyi dövründə məktəbdə baş vermiş olaylar haqqında bir valideynin söylədiyi həqiqətləri geniş ictimaiyyətin də bilməsi yaxşı olardı.

Açığı media və telekanallarda oxuduğum və izlədiyim məlumatlar elə qənaət yaradırdı ki, sanki məktəbin direktoru günahkardır. Reallıqda isə bu olayların arxasında məktəbdə illərcə öz komfort zonasını yaratmış, kollektivdə avtoritet kimi tanınmış keçmiş direktor müavini Svetlana Hüseynova dururmuş.

Məktəbi özünün şəxsi istəklərinə görə idarə edən, hətta Afaq Əliyevadan əvvəlki direktoru belə öz təsiri altında saxlayan S.Hüseynova 2022-ci ildən məktəbə direktor təyin edilmiş A. Əliyevanın rəhbərliyi və peşəkar yanaşması ilə ayaqlaşa bilmədiyini və pedaqoji kollektivlə əvvəlki kimi davranmağın artıq mümkün olmadığını gördükdə keçir klassik üsuluna. Məktəbin fəaliyyətini pozmaq üçün başının dəstəsini işə qoşur. Lakin pedaqoji kollektivin əksər hissəsi yeni direktorun yanında durur, məktəbin inkişafı üçün A. Əliyevaya dəstək verirlər. Bununla belə Svetlana Hüseynovanın məktəbin inkişafına və əlverişli təlim-tərbiyə mühitinin formalaşdırılmasına mane olmaq cəhdləri uzun müddət davam edir.

Aydınlıq üçün qeyd edək ki, 2021-2022-ci tədris ilində, yəni A. Əliyeva direktor təyin olunmamışdan öncə Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi inspeksiya yoxlaması aparmışdır. Məktəb bütün sahələr üzrə “2” qiymət almışdır. 2022-ci ilin yanvar ayında məktəbə yeni direktor – Afaq Əliyeva təyin olunduqdan sonra Məktəbin İnkişaf Planı hazırlandı və məktəb öz strategiyasını və məqsədini müəyyənləşdirdi: Dinamik İnkişaf modelinə keçdi.

Məktəbdə müəllimlərin inkişafı dəstəkləndi. Direktor tərəfindən müəllimlərə onlarla ödənişsiz təlimlər keçirilmiş, baş mentor direktor özü olmaqla inkişafı dəstəkləyən Mentor komandası yaratmışdır. 3 il ərzində bu və digər innovasiyaların tətbiqi sayəsində məktəb bütün maneələrə baxmayaraq 20 faiz inkişaf əldə etmiş, əvvəlki yoxlamada “2” qiymət alan məktəb ölkədə ilk dəfə olaraq “Pilot Akkreditasiyadan keçərək “4” qiymət almışdır.

Bu uğurların arxasında gərgin əmək və prinsipiallıq, 30 il ərzində məktəbdə davam edən özbaşınalıq və rüşvətə son qoyulması, tapdalanmış insan hüquqlarının müdafiəsi, şəffaf və obyektiv fəaliyyət dayanmışdır.

Təbii ki, 30 il ərzində məktəbdə hegemonluq edən, məktəb rəhbərlərini və müəllimləri müxtəlif yollarla itaətdə saxlmağa çalışmış, öz şəxsi mənafeyi naminə məktəbdə təhsili məhv etmiş direktor müavini Svetlana Hüseynovanın qanunsuz əməllərinə son qoyulmuşdur. Diplomu olmayan, əyri yollarla işə qəbul olunduğu deyilən, dəfələrlə tənbeh olunan, xitam verilən direktor müavini məktəbdən kənarlaşdırılmaqla “islah” olunmuşdur.

Müəllimlərin və valideynlərin söylədiklərindən və yazılı şikayətlərdən də görünür ki, S.Hüseynova məktəbdə işlədiyi dövrdə təzyiq, şantaj, təhdid etməklə, fiziki və psixoloji zorakılıq göstərməklə daim öz istəklərini həyata keçirmişdir. Onun dəstə üzvü L.Şəfaqətovanın və digərlərinin söylədiklərinə görə müəllimlərin əmək haqqı kartları S.Hüseynova tərəfindən faizlə pul vermək (sələm) qarşılığında illərlə əllərindən alınmışdır. Məsələn, 7000 manat qarşılığında 30 000 manatlıq sənədə imza atdırılmışdır. Keşlə sakinlərinin söylədiklərinə görə, qəsəbədə S.Hüseynova 30 illik təcrübəsi olan məşhur sələmçi kimi tanınır. İstədiyi məbləği əldə edə bilmədikdə, məhkəmələrə verməklə insanların evini, pulunu əlindən alır. Keşləlilərin söylədikləri bu faktlar hüquqi mənbələrdən olan bir məlumat təsdiq edir: Son bir il yarım ərzində S.Hüseynova tərəfindən 214 nəfərə qarşı “borc”la bağlı məhkəmə işi açılmışdır.

O, illər boyu məktəbdə saxta imtahanlar keçirmiş, jurnalları saxtalaşdırmış, fərqli bəhanələrlə müəllim və valideynlərdən külli miqdarda vəsait toplamışdır. Müəllimlərin söylədiklərinə görə Svetlana Hüseynovanın evlərinin qarşısında 3 ədəd bahalı avtomobil, rayonda böyük mülkü, “Sədərək” ticarət mərkəzində obyektləri, banklarda özünün və uşaqlarının adına 100 minlərlə manat vəsaitin olduğu hesablar vardır. Haradandır adi məktəb direktoru müavinində bu qədər vəsait?! Ən azı ehtiyac içərisində olan insanlara qarşı açdığı məhkəmələrə ödədiyi külli miqdarda rüsumlar, vəkil haqqı məbləğlər haradandır?!

Əlbəttə ki, Afaq Əliyevanın məktəbdə peşəkar müəllim komandası ilə birlikdə yaratdığı şəffaf mühit, kodlaşdırılmış, müdaxiləsiz qiymətləndirmələr, Böyük Summativ Qiymətləndirmələr, monitorinqlər, uşaqlara zorakılıq edən 14 nəfər müəllimin islah olunması, təhqirlərin, təhdidlərin, təzyiqlərin aradan qaldırılması, peşəkar müəllimlərin, şagirdlərin hüquqlarının qorunması və müdafiə olunması, rüşvətin ləğv olunması, məktəbdəki dəyərin pul yox, tərbiyə və təhsilin olması əlbəttə ki, Svetlana Hüseynovanı çox narahat edir və narazı salırdı. Külli miqdarda davamlı gəlirə 30 il ərzində aludə olmuş, vərdiş etmiş, keşləlilərin diliylə desək, “məktəbi bazara çevirmiş”, “çirkab içində olan” S.Hüseynova belə demokratik mühitlə razılaşa bilməzdi.

Odur ki, çox keçmədən S.Hüseynova hamının eşitdiyi və onun sevimli devizi olan “ən yaxşı mübarizə hücumdur” iddiası ilə inkişafda olan təmiz məktəbə, direktora, müəllimlərə, təhsilə qarşı müharibəyə başlayır. Saxtalaşdırılmış sənədlər, əsassız məhkəmə iddiaları, məktəbdə absurd “yeyinti” iddiası ilə çıxış edir, prokurorluğa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, ali dövlət qurumlarına, nazirliklərə, komitələrə, icra orqanlarına böhtan dolu ərizələr yazır. Media və sosial şəbəkələrdə böhtan və şər dolu paylaşımlar, əsası olmayan yazılar, yəni S.Hüseynovanın illər ərzində istifadə etdiyi əsas silahlar işə düşür.

Müəllimlərin söylədiklərinə görə, məktəbin daxilində daim çaxnaşma yaradan, daima məqsədli olaraq öz şəxsi mənafeyini qorumaq üçün, başqalarını hədəfə çevirən, öz əməllərini başqalarının üzərinə yıxıb ara qarışdıran S.Hüseynova bu dəfə məktəbin direktoru Afaq Əliyevanı və müəllimləri öz hədəfinə çevirir.

İllərlə S.Hüseynovanın rüşvət tələbinə, təzyiq və təhdidinə boyun əyən, (bəzən döyülən, söyülən) müəllimlər, yeni direktorun uşaq və müəllim hüquqlarını, qanun və dəyərləri müdafiə etdiyini görüb ürəklənərək Elm və Təhsil Nazirliyi və Baş Prokuror yanında Korrupsiya İdarəsinə məruz qaldıqları qanunsuzluqlar barəsində şikayət ərizələri ünvanlayırlar, hüquqlarını tələb edirlər. 2023-cü ilin dekabr ayında təqdim olunan şikayətlə BŞTİ tərəfindən araşdırılaraq Svetlana Hüseynovanın əmək müqaviləsinə xitam verilir.

İlk dəfə olaraq kəskin şəkildə hegemonluğuna son qoyulan və işdən qovulan S.Hüseynova qeyzlənir, ətrafına 6-7 nəfərlik özü kimilərdən ibarət “dəstə” toplayaraq məktəbə, müəllimlərə daha ağır zərbələr vurmağa çalışır. Ondan şikayətçi olan 38 nəfər müəllim təkrar-təkrar məhkəmələrə verilir. Direktor və müavinlər dəfələrlə xüsusi ittiham qaydasında məhkəməyə cəlb olunur və ağır məhkəmə prosesləri yekunlaşaraq Ali Məhkəmə tərəfindən Svetlana Hüseynovanın iddiası rədd edilir.

Uduzduğu məhkəmələrdən daha da hiddətlənən S.Hüseynova 2023-cü ilin sentyabr ayında sosial şəbəkələrdə başlatdığı “qarayaxma” kompaniyasını Afaq Əliyevaya qarşı daha da kəskinləşdirərək, 2025-ci ildə televiziya və “Youtube” kanalı, saytlar vasitəsilə böhtan və şər xarakterli reportajlar hazırlatdıraraq A.Əliyevaya zərbə vurmağa çalışır. Bəzi “jurnalist”ləri şirnikləndirərək məqsədli olaraq nazirliyə qarşı ittihamlara ruhlandırır, hətta öz dəstə üzvlərini də müxtəlif təzyiqedici vasitələrlə yönəldir və idarə edir.

Nəhayət, pedaqoji heyətə açdığı 50-dən artıq məhkəməyə qarşı, onun özünə qarşı yalnız bir xüsusi ittihamla Nizami Rayon Məhkəməsində cavabdeh kimi cəlb olunur. Hakim məhkəmədən yayınan S.Hüseynova barəsində polisə gətirilmək qərarı çıxaranda, eyni vaxtda özünü əməliyyat etdirir, yenə məhkəmədən yayınır (1-5 avqust 2025). Qeyd olunan iş barədə məhkəmə davam etdiyi üçün digər təfərrüatlara toxunmuruq. Proses ədalətli şəkildə başa çatandan sonra nəticələr barədə daha geniş məqaləni diqqətinizə təqdim edəcəyik.

Ümidvarıq ki, ölkədəki xəyanətkar şəbəkənin ifşa olunduğu indiki vaxtda 201 nömrəli məktəbin direktoru olmuş Afaq Əliyevaya qarşı qurulmuş oyunlar da ifşa olunacaq, müəyyən təsirlərə düşərək yanlış qərar verənlər də həqiqətin yanında duracaqlar. Bu, bir məktəbin pedaqoji kollektivinin və valideynlərin arzusu və tələbidir.

Aktualinfo.net











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva ilə Bakı arasında təhlükəsizlik müzakirələri - NƏ BAŞ VERİR?
Bu gün, 09:10
Sığorta sektorunun `QALA`SI çoxdan uçub... - GİLEY
Bu gün, 09:07
Mehdiyevin məktubu müxalifətdə aranı qatdı - TƏFƏRRÜAT
Bu gün, 08:54
Tramp Venesuela hökumətini devirmək niyyətindədir - KİV
Bu gün, 07:49
Günay Ağamalının mandatı ləğv edilə bilər - Bu fakt yetərlidir ki...
Bu gün, 07:40
Pulların LEO BANK-a əmanətdirsə... BATDIN!
Bu gün, 07:29
Əmrullayevin yəqin ki bundan xəbəri yoxdur... - MÜRACİƏT
Bu gün, 07:16
SOCAR-dakı İXTİSAR BUMU BURALARA DA ÇATDI - "Hələ gec deyil — ayılın!"
Bu gün, 07:12
Paşinyana vaxt lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 07:02
Azərbaycan ermənilərlə savaşırdı... ABB də Qarabağ qazisi ilə! - İNDİ DƏ...
Bu gün, 06:56
Deputatın 'obyektində' utancverici mənzərə - FOTO, VİDEO
Bu gün, 06:49
Təhsil təxribatçıları bir məktəbin simasında… - BU NƏDİ BELƏ?
Bu gün, 06:44
'Padişah'a BİƏT EDƏN hansı məmurdur ki... - qanun-manun hərləmir...
Bu gün, 06:41
İrəvandakı sammitdə Əliyevlə Ərdoğanın iştirakı mümkündür - GÖZLƏNTİ
Bu gün, 06:30
Mehdiyevin müxalifət sevgisi - Bu işdə kimlərin barmağı var?
Bu gün, 06:28
Sülhə gedən... ticarət yolları - Azərbaycan və Ermənistanın mövqeləri necə fərqlənir?
Bu gün, 06:25
"Çəki atdığım üçün sevə-sevə bir-bir o libasları geyinirəm"
Bu gün, 06:21
PKK-nın geri çəkilməsi ciddidir, amma tam etibar etmək olmaz - GƏLİŞMƏ
Bu gün, 06:18
Ramiz Mehdiyevin cinayət işi və həbsi barədə rəsmi açıqlamalar nədən ləngiyir?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:34
Keçmiş MTN polkovniki: Ramiz Mehdiyev çevriliş planını təkbaşına... - TƏFƏRRÜAT
Dünən, 18:32
Rusiya bizi parçalamağa çalışır, təhlükədəyik - Frederiksen
Dünən, 18:27
Dövlət xəstəxanaları: Daha həkimə gedəndə "əlimiz cibimizdə" olacaq - AXI NİYƏ?
Dünən, 18:03
Monteneqroda həbs olunan azərbaycanlıların taleyi – Deputat açıqladı
Dünən, 18:01
Elman Nəsirovdan Şərurlu İsfəndiyarın ev təklifinə REAKSİYA
Dünən, 17:58
BP-nin Azərbaycandakı nümayəndəliyinin 68 milyon manatlıq vergi borcu var
Dünən, 17:57
Rusiyada Azərbaycan əsilli generala hökm oxundu - BUNA GÖRƏ...
Dünən, 17:55
“Fransa Ukrayna cəbhəsində pay qazanmağa çalışır” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:54
Azərbaycan şirkəti müflisləşir
Dünən, 17:53
Fiaskoya uğrayan "sülh planı" – Hamı başa düşəcək, Trampdan başqa...
Dünən, 17:52
Sabiq icra başçısı külli miqdarda borca düşdü - BUNA GÖRƏ
Dünən, 17:48
"Paris Mebel"də oğurluq - İşçi müdirin otağından seyfi soydu
Dünən, 17:47
Şəkər dünyada ucuzlaşır, Azərbaycanda bahalaşır – Son rəqəmlər
Dünən, 17:46
“Xəyal Adası” MMC-də səhmdar dəyişikliyi baş verib
Dünən, 17:45
“Ramiz Mehdiyevin əli 50-dən çox adamın qanına batıb” - İTTİHAM
Dünən, 17:43
AQTİ-də qalmaqal: Qoşqar Təhməzli onu işdən çıxardı - TƏFƏRRÜAT
Dünən, 17:41
Çörək yolunun əvəzinə... - “iki qəpiklik” təklif və arxasındakı böyük hiylə
Dünən, 17:29
Mehdiyevlə bağlı daha bir MÜƏMMA - Rəsmi qurumlar indiyədək niyə susur?
Dünən, 15:43
Milyonçu qardaşların işində yenilik - TƏFƏRRÜAT
Dünən, 15:40
YAP-ın qurucularından olan Əli Əlirzayev sükutu pozdu - “Ramiz bunu mənə qarşı etməməli idi”
Dünən, 15:37
Avropa Parlamentinin deputatı İrəvanda Ermənistan hakimiyyətini tənqid edib - Ermənistan mediası
Dünən, 15:23
BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
Dünən, 15:19
Göyçay Xəstəxanasında KT aparatı 500 manata görə işləmir! - ETİRAZ VAR...
Dünən, 15:17
“Yeni ulduz”un finalçısı musiqiyə qayıtdı - VİDEO
Dünən, 14:31
Ramiz Mehdiyevin 50 nəfərlik xəyanət çetesində kimlər yer alıb? - İLGİNC
Dünən, 14:29
“Bu ruhanilər məsuliyyət daşımalıdır” – Paşinyanın partiyasından sərt reaksiya
Dünən, 14:10
“O, “rajok”la üstünə getsə də, Sənan kolbasa bıçağına əl atıb” - TƏFƏRRÜAT
Dünən, 13:02
Qazaxıstan "Lukoil"la bağlı bir neçə həftə ərzində qərar qəbul edə bilər
Dünən, 13:00
"Mən ona şantajla heç nə aldırmamışam" - Tiktoker "Bəniz" məhkəmədə üsyan etdi
Dünən, 12:48
Ulduzlararası ziyarətçi: Kometdir, yoxsa UNO? – NASA nə deyir?
Dünən, 12:46
Monteneqroda insidentə görə onlarla azərbaycanlı saxlanıldı - “Mümkün qədər çölə çıxmamağa çalışırıq”
Dünən, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru