“Yeni ulduz”un finalçısı musiqiyə qayıtdı .....                     Ramiz Mehdiyevin 50 nəfərlik xəyanət çetesində kimlər yer alıb? .....                     “Bu ruhanilər məsuliyyət daşımalıdır” .....                     “O, “rajok”la üstünə getsə də, Sənan kolbasa bıçağına əl atıb” .....                     Qazaxıstan "Lukoil"la bağlı bir neçə həftə ərzində qərar qəbul edə bilər .....                     "Mən ona şantajla heç nə aldırmamışam" .....                     Ulduzlararası ziyarətçi: Kometdir, yoxsa UNO? .....                     Monteneqroda insidentə görə onlarla azərbaycanlı saxlanıldı .....                     Tenderlərə ayrılan pulları ehtiyacları üçün xərcləyən şəxslərə hökm oxunub .....                     Fəzail Ağamalının gizlətdiyi oğlu üzə çıxdı .....                     “Axmaq vəziyyət qurşaqdan aşağı hırıldatmaqdır” .....                     Doğrudanmı, Azərbaycandan Rusiyaya "çevriliş məktubu"göndərilib?! .....                     Lerikdə qohumlar arasında dava .....                     "Toyda 26 min dollar şabaş yığdım" .....                     “Qeybət olan verilişlərə getmirəm, özümü orada görmürəm, camaat bezib...” .....                     Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” .....                     AQTA-nın “qəssabxana”larda əməliyyatlar keçirməsi narazılıq yaratdı .....                     Ailə üzvlərinə işgəncə verən, atasını döyərək öldürən şəxs .....                     Tural Sultanov dənizə niyə düşüb? .....                     Elm və Təhsil Nazirliyinin şübhəli akademiya ilə əməkdaşlığı .....                     Ramiz Mehdiyev onu BAŞ NAZİR KİMİ GÖRÜRMÜŞ... .....                     Bakıda bağlanan “Rus evi”nin ŞOK planı .....                     Villasında ayrıca iclas salonu yaradıb, tribuna qurubmuş .....                     38 saylı tam orta məktəbdə NATAMAM İŞLƏR... .....                     Dövlətə xəyanətdə və Fransaya casusluqda ittiham olunan şəxslərin məhkəməsində şahidlər ifadə verdi .....                     Putin 44 günlük müharibədə İrəvandan bunu tələb edib .....                     Masallıda əməlli-başlı `QAZ BAZARI` açıblar... .....                     Naxçıvanda şagirdin döyülməsi İŞİ: saxta izahatlar alınıb... .....                     Ramiz Mehdiyev nevropsixoloji müayinədən keçirilməlidir .....                     ATU-da kafedra müdirinin kafe biznesi .....                     Nazir qalmaqaldan sonra “Səhiyyə əlaçısı” medalını vermədi .....                     Qardaşının öldürdüyü Baron Şəminin borcunu oğlu ödəyəcək .....                     Məşhur vəkillər Zabil Qəhrəmanovun müdafiəsinə qoşuldu .....                     “Azəristiliktəchizat”ın yığılmış zərəri 133 milyonu ötüb .....                     Nigar Fərhadın başına iş gəldi .....                     Pənah Hüseyndən SENSASİON MÜSAHİBƏ .....                     İrəvanın əsas ev tapşırığı Konstitusiyanı dəyişməkdir .....                     "İstilikenerjitikintiquraşdırma" şirkəti parçalanır, nizamnamə kapitalı azaldılır .....                     AYNA xaosun “güzgüsü” qismində .....                     AZAL qəhrəmanlarına büst qoyuldu .....                 

Elm və Təhsil Nazirliyinin şübhəli akademiya ilə əməkdaşlığı - 24.900 dollara alınan fəxri adlar
Tarix: Bu gün, 11:52 | Çap et

2025-ci ilin oktyabrın 23-də Azərbaycan Tibb Universitetinin professoru Vagif Qələndərov “Avropa Təbiət Elmləri Akademiyası”-nın ali ordeninə layiq görülüb...

Akademiya professoru “Avropada ilin elm adamı” seçib, “Ali şərəf və Ləyaqət” ordeni ilə təltif edib.

Bu barədə Azərbaycan Tibb Universitetinin rəsmi saytında dərc edilən xəbərdə məlumat verilib.

Təsdbirdən yayımlanan fotoşəkillərdən məlum olur ki, mükafatın təqdimetmə mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli və digər rəsmi şəxslər iştirak ediblər.

Bəs adı çəkilən akademiya elm ictimaiyyəti tərəfindən tanınırmı?

Onun elmi fəaliyyəti nədən ibarətdir?

Adı çəkilən “Avropa Təbiət Elmləri Akademiyası”nın rəsmi və tanınmış elmi qurum olması barədə etibarlı mənbələrdə məlumat yoxdur.

Təşkilatın prezidenti, ixtisasca geoloq olan Vladimir Tirminski 1938-ci ildə Rusiyada anadan olub, ali təhsilini də orada alıb. O, 1997-ci ildə professor adını qazanıb, 2002-ci ildə isə Almaniyanın Hannover şəhərində “Avropa Təbiət Elmləri Akademiyası” adlı təşkilatı qeydiyyatdan keçirib.

Araşdırmalar göstərib ki, “Avropa Təbiət Elmləri Akademiyası” ötən il Çində qalmaqala səbəb olub.

“South China Monitoring Post” qəzetinin məlumatına görə, 2024-cü ilin aprelində Pekində Akademiya tərəfindən altı çinli alimə mükafat və fəxri adların təqdim edildiyi mərasim keçirilib.

Lakin tədbirdən dərhal sonra Akademiyanın fəaliyyətini və etibarlılığını şübhə altına alan məqamlar ortaya çıxıb.

Qəzetin yazdığına görə, akademiya ilə əməkdaşlıq elmi nailiyyətdən daha çox işgüzar sövdələşmə xarakteri daşıyır.

Belə ki, Akademiyaya üzv olmaq üçün hər hansı elmi kəşf və ya tədqiqat deyil, müəyyən məbləğdə ödəniş etmək kifayət edir.

Hətta araşdırma nəticəsində müəyyən olunub ki, adı çəkilən akademiyaya üzvlük üçün müraciətlərin məbləği 24.900 ABŞ dollarıdır. Bu səbəbdən Akademiyanın mükafatlandırdığı şəxslər arasında elm adamları ilə yanaşı, elmi fəaliyyətlə əlaqəsi olmayan biznes nümayəndələri də yer alır.

“The Paper” qəzeti tərəfindən aparılmış bir digər araşdırmaya görə isə, Akademiya 2024-cü ildə 34 yaşlı çinli alimə “akademik” fəxri adı verib və onu “dünyanın ən gənc akademiki” elan edib. Bu məqam Akademiyanın nüfuzu və seçim meyarları ilə bağlı müzakirələri daha da gücləndirib.

Bu hadisə təşkilatın nüfuzu və üzvlük meyarlarının şəffaflığı ilə bağlı sualları daha da gücləndirib.

Müzakirələrin fonunda 2024-cü il mayın 8-də Çin Elm və Texnologiya Assosiasiyası rəsmi saytında “Avropa Təbiət Elmləri Akademiyası” ilə bağlı mövqeyini açıqlayıb.

Avropa Təbiət Elmləri Akademiyası üzvlərinin sayının artması nəyi göstərir?” başlıqlı məqalədə qeyd olunub ki, sözügedən qurum “beynəlxalq nüfuzlu elmi akademiya” deyil, Almaniyada qeydiyyatdan keçmiş adi özəl təşkilatdır.

Assosiasiya təhsil müəssisələrini və elmi qurumları saxta universitetlərə və ödənişli mükafatlara dəstək verməməyə, bu kimi spekulyativ təşəbbüslərdən uzaq durmağa çağırıb.

Akademiyanın fəaliyyətində bir sıra digər şübhəli məqamlar da diqqət çəkir. Çinli tədqiqatçıların araşdırmalarına görə, təşkilatın rəsmi qeydiyyat ünvanı kimi göstərilən Hannoverdəki ofis uzun müddətdir fəaliyyət göstərmir və bağlı vəziyyətdədir.

Araşdırmalar nəticəsində o da məlum olub ki, akademiya üzvlük sistemi ilə fəaliyyət göstərir və illik üzvlük haqqını ödəməyənlərin adlarını rəsmi saytından silir. Beləliklə, elm adamları təkcə Akademiyaya üzv olmaq üçün deyil, üzvlüyü qoruyub saxlamaq üçün də mütəmadi ödəniş etməyə məcbur olurlar.

Eyni zamanda, akademiya 2016-cı ildən etibarən “Archiv EuroMedica” adlı jurnal nəşr edir. Lakin bu jurnal bir müddət əvvəl nüfuzlu beynəlxalq elmi indeksasiya sistemi olan “Web of Science” bazasından çıxarılıb.

Bundan başqa, akademiyanın rəsmi veb-saytındakı məlumatlara əsasən, təşkilat əsasən Azərbaycan, Qazaxıstan, Şimali Qafqaz və Ukrayna kimi ölkələrlə əməkdaşlıq edir.

Bu amillər akademiyanın elmi etibarlılığını, beynəlxalq nüfuzunu və seçim meyarlarını şübhə altına almaq üçün ciddi əsaslar yaradır.

Yerli mətbuatda “Avropa Təbiət Elmləri Akademiyası” ilə əməkdaşlıq edən, bu qurumdan mükafatlar və fəxri adlar alan çoxsaylı azərbaycanlı alimlərin adlarına rast gəlmək mümkündür.

Mediada yayımlanan xəbərlərə görə, Akademiya 2015-ci ildə AMEA-nın şöbə müdiri, professor Nəriman İsmayılova fəxri diplom və “Vladimir Vernadski adına medal”, 2016-cı ildə AMEA-nın əməkdaşı, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Sabir Tağıyevə “Taclı ulduz ordeni” kimi mükafatlar verib.

Azərbaycan Rəssamlar İttifaqınun üzvü Nəcməddin Hüseynov, AMEA İşlər idarəsinin müdiri, professor Elton Məmmədov və jurnalist Tofiq Yusifov isə son illərdə bu akademiyanın həqiqi üzvü seçiliblər.

Akademiyanın Azərbaycandan olan üzvləri arasında Milli Məclisin deputatı Səttar Möhbalıyev, AMEA müşaviri Yaqub Mahmudov, keçmiş Ombudsman Elmira Süleymanova və Ağsaqqallar Şurasının sədri Eldar Quliyev kimi şəxslərin də adları yer alır.

Akademiya, həmçinin, azərbaycanlı alim və müəllifləri nüfuzlu “Nobel” mükafatına namizəd kimi irəli sürdüyünü iddia edir.

Çin mətbuatı qeyd edir ki, bir çox insan “Avropa Təbiət Elmləri Akademiyası”nı ad oxşarlığı səbəbindən “Avropa Elmlər Akademiyası” kimi tanınmış və rəsmi elmi qurumlarla səhv salır.

Bu qarışıqlıq nəticəsində bəzi elm adamları ödəniş müqabilində elmi adlar və fəxri üzvlüklər alma prosesində iştirak edirlər.

Halbuki bu cür əlaqələr və təltiflər ölkələrin müvafiq elmi və təhsil qurumları tərəfindən ciddi şəkildə araşdırılmalı, yalnız etibarlılığı təsdiqləndikdən sonra əməkdaşlıq edilməlidir.

Azərbaycan Təhsil Nazirliyi xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üçün onları imtahanlara cəlb edir. Bununla belə, nazirlik xaricdə fəaliyyət göstərən akademiyaların və onlardan verilən mükafatların elmi əsaslılığını və etibarlılığını araşdırmır.

Toplum TV











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Yeni ulduz”un finalçısı musiqiyə qayıtdı - VİDEO
Bu gün, 14:31
Ramiz Mehdiyevin 50 nəfərlik xəyanət çetesində kimlər yer alıb? - İLGİNC
Bu gün, 14:29
“Bu ruhanilər məsuliyyət daşımalıdır” – Paşinyanın partiyasından sərt reaksiya
Bu gün, 14:10
“O, “rajok”la üstünə getsə də, Sənan kolbasa bıçağına əl atıb” - TƏFƏRRÜAT
Bu gün, 13:02
Qazaxıstan "Lukoil"la bağlı bir neçə həftə ərzində qərar qəbul edə bilər
Bu gün, 13:00
"Mən ona şantajla heç nə aldırmamışam" - Tiktoker "Bəniz" məhkəmədə üsyan etdi
Bu gün, 12:48
Ulduzlararası ziyarətçi: Kometdir, yoxsa UNO? – NASA nə deyir?
Bu gün, 12:46
Monteneqroda insidentə görə onlarla azərbaycanlı saxlanıldı - “Mümkün qədər çölə çıxmamağa çalışırıq”
Bu gün, 12:42
Tenderlərə ayrılan pulları ehtiyacları üçün xərcləyən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:38
Fəzail Ağamalının gizlətdiyi oğlu üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ
Bu gün, 12:35
“Axmaq vəziyyət qurşaqdan aşağı hırıldatmaqdır” - Qalmaqal
Bu gün, 12:33
Doğrudanmı, Azərbaycandan Rusiyaya "çevriliş məktubu"göndərilib?! - AKTUAL
Bu gün, 12:29
Lerikdə qohumlar arasında dava - XƏSARƏT ALAN VAR
Bu gün, 12:22
"Toyda 26 min dollar şabaş yığdım"
Bu gün, 12:17
“Qeybət olan verilişlərə getmirəm, özümü orada görmürəm, camaat bezib...”
Bu gün, 12:14
Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” - QALMAQAL
Bu gün, 12:05
AQTA-nın “qəssabxana”larda əməliyyatlar keçirməsi narazılıq yaratdı – “Qurumun supermarketlərə gücü çatmır, amma...”
Bu gün, 12:01
Ailə üzvlərinə işgəncə verən, atasını döyərək öldürən şəxs - “Nümunəvi atayam, hadisə zamanı sərxoş idim”
Bu gün, 11:57
Tural Sultanov dənizə niyə düşüb? - Həkimin gəmidə yoxa çıxmasının YENİ TƏFƏRRÜATI
Bu gün, 11:55
Elm və Təhsil Nazirliyinin şübhəli akademiya ilə əməkdaşlığı - 24.900 dollara alınan fəxri adlar
Bu gün, 11:52
Ramiz Mehdiyev onu BAŞ NAZİR KİMİ GÖRÜRMÜŞ... - İLGİNC İDDİA
Bu gün, 11:43
Bakıda bağlanan “Rus evi”nin ŞOK planı – Yeni həmlə
Bu gün, 11:29
Villasında ayrıca iclas salonu yaradıb, tribuna qurubmuş - İLGİNC
Bu gün, 11:21
38 saylı tam orta məktəbdə NATAMAM İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 11:12
Dövlətə xəyanətdə və Fransaya casusluqda ittiham olunan şəxslərin məhkəməsində şahidlər ifadə verdi – Yeni faktlar açıqlandı
Bu gün, 11:03
Putin 44 günlük müharibədə İrəvandan bunu tələb edib - KİV
Bu gün, 11:00
Masallıda əməlli-başlı `QAZ BAZARI` açıblar... - vətəndaşı QAZ KİMİ YOLURLAR...
Bu gün, 10:50
Naxçıvanda şagirdin döyülməsi İŞİ: saxta izahatlar alınıb... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Ramiz Mehdiyev nevropsixoloji müayinədən keçirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 10:34
ATU-da kafedra müdirinin kafe biznesi -60 min manat xərcləyib
Bu gün, 10:31
Nazir qalmaqaldan sonra “Səhiyyə əlaçısı” medalını vermədi - NƏ BAŞ VERİR?
Bu gün, 10:19
Qardaşının öldürdüyü Baron Şəminin borcunu oğlu ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:16
Məşhur vəkillər Zabil Qəhrəmanovun müdafiəsinə qoşuldu -FOTO
Bu gün, 10:14
“Azəristiliktəchizat”ın yığılmış zərəri 133 milyonu ötüb
Bu gün, 10:08
Nigar Fərhadın başına iş gəldi - evinin qarşısından...
Bu gün, 10:05
Pənah Hüseyndən SENSASİON MÜSAHİBƏ - “Ramiz Mehdiyev məsələsinə...”
Bu gün, 10:03
İrəvanın əsas ev tapşırığı Konstitusiyanı dəyişməkdir -ŞƏRH
Bu gün, 09:59
"İstilikenerjitikintiquraşdırma" şirkəti parçalanır, nizamnamə kapitalı azaldılır - YIĞINCAQ
Bu gün, 09:58
AYNA xaosun “güzgüsü” qismində - yığılan pulların aqibəti
Bu gün, 09:55
AZAL qəhrəmanlarına büst qoyuldu - FOTO
Bu gün, 09:47
Neft Fondu 70 milyard dolları harada saxlayır? - TƏFƏRRÜAT
Bu gün, 09:44
Avropa İttifaqının “mülki missiyası” 2027-dək kimi kimdən qoruyacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:34
Rusiya XİN rəsmisi Paşinyanı niyə xəyanətkar adlandırdı - Kreml böyük normallaşma prosesinə qarşı
Bu gün, 09:26
“Sputnik Azərbaycan”ın əməkdaşları Rusiyada EV DUSTAĞI EDİLİR? - BU NƏDİ BELƏ?
Bu gün, 08:01
Qağaməli Seyfullayevin fəaliyyəti araşdırılsa... - İTTİHAM VAR...
Bu gün, 07:58
“İstanbul Hospital”ın sahibi ağır əməllərdə günahlandırılır - Ramiz Mehdiyevin daha bir obyekti üzə çıxdı
Bu gün, 07:54
Ramiz Mehdiyevin QİSAS TAKTİKASI... - NƏ BAŞ VERİR?
Bu gün, 07:36
"Broker Əbülfəz” yenidən səhnədə - Gömrüyün köhnə siması geri qayıdır?
Bu gün, 07:34
Ramiz Mehdiyevin “karqo” sektorundakı izləri - Niyə araşdırılmır?
Bu gün, 07:31
Ölümə səbəb olan Gömrük əməkdaşı Mirzə Sadıqov kimdir? - İLGİNC
Bu gün, 07:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru