Elm və Təhsil Nazirliyinin şübhəli akademiya ilə əməkdaşlığı .....                     Ramiz Mehdiyev onu BAŞ NAZİR KİMİ GÖRÜRMÜŞ... .....                     Bakıda bağlanan “Rus evi”nin ŞOK planı .....                     Villasında ayrıca iclas salonu yaradıb, tribuna qurubmuş .....                     38 saylı tam orta məktəbdə NATAMAM İŞLƏR... .....                     Dövlətə xəyanətdə və Fransaya casusluqda ittiham olunan şəxslərin məhkəməsində şahidlər ifadə verdi .....                     Putin 44 günlük müharibədə İrəvandan bunu tələb edib .....                     Masallıda əməlli-başlı `QAZ BAZARI` açıblar... .....                     Naxçıvanda şagirdin döyülməsi İŞİ: saxta izahatlar alınıb... .....                     Ramiz Mehdiyev nevropsixoloji müayinədən keçirilməlidir .....                     ATU-da kafedra müdirinin kafe biznesi .....                     Nazir qalmaqaldan sonra “Səhiyyə əlaçısı” medalını vermədi .....                     Qardaşının öldürdüyü Baron Şəminin borcunu oğlu ödəyəcək .....                     Məşhur vəkillər Zabil Qəhrəmanovun müdafiəsinə qoşuldu .....                     “Azəristiliktəchizat”ın yığılmış zərəri 133 milyonu ötüb .....                     Nigar Fərhadın başına iş gəldi .....                     Pənah Hüseyndən SENSASİON MÜSAHİBƏ .....                     İrəvanın əsas ev tapşırığı Konstitusiyanı dəyişməkdir .....                     "İstilikenerjitikintiquraşdırma" şirkəti parçalanır, nizamnamə kapitalı azaldılır .....                     AYNA xaosun “güzgüsü” qismində .....                     AZAL qəhrəmanlarına büst qoyuldu .....                     Neft Fondu 70 milyard dolları harada saxlayır? .....                     Avropa İttifaqının “mülki missiyası” 2027-dək kimi kimdən qoruyacaq? .....                     Rusiya XİN rəsmisi Paşinyanı niyə xəyanətkar adlandırdı .....                     “Sputnik Azərbaycan”ın əməkdaşları Rusiyada EV DUSTAĞI EDİLİR? .....                     Qağaməli Seyfullayevin fəaliyyəti araşdırılsa... .....                     “İstanbul Hospital”ın sahibi ağır əməllərdə günahlandırılır .....                     Ramiz Mehdiyevin QİSAS TAKTİKASI... .....                     "Broker Əbülfəz” yenidən səhnədə .....                     Ramiz Mehdiyevin “karqo” sektorundakı izləri .....                     Ölümə səbəb olan Gömrük əməkdaşı Mirzə Sadıqov kimdir? .....                     TKTA sədri anamın üzünə sillə vurdu .....                     "O, bizim ayaqqabımızı cütləyən adam olub…" .....                     Tranzit razılığı Azərbaycana 40 milyon dollara qədər gəlir gətirə bilər - .....                     Əliyevin 11 il əvvəl Sərkisyana dediyi möhtəşəm cümlə .....                     Ukraynaya dəstək verən ölkələr Rusiyaya belə yardım edir .....                     '166 KARQO' müştəriyə ÇİLƏ YAŞADIR... .....                     Yevlaxda sakinlər İMDAD DİLƏYİR... .....                     AZƏRİQAZ-da ŞAH qanunun belinə minib... .....                     Biz artıq hər şeyi sübut etmişik: həm işğalçılara, həm dünyaya, həm də, ən əsası, özümüzəO .....                 

Rusiya XİN rəsmisi Paşinyanı niyə xəyanətkar adlandırdı - Kreml böyük normallaşma prosesinə qarşı
Tarix: Bu gün, 09:26 | Çap et

Rusiya postsovet ölkələrinə qarşı köhnə imperiya siyasətindən hələ də əl çəkməyib. XİN rəsmisi Mariya Zaxarovanın ötən həftəsonu verdiyi təxribatçı açıqlama bu qənaəti bir daha təsdiqlədi.

XİN sözçüsü baş nazir Nikol Paşinyan və digər erməni rəsmilərinin uydurma “erməni soyqırımı”nı xarici siyasətin prioritet mövzuları sırasından çıxarmasından güclü sarsıntı keçirdiyini söyləyib, baş naziri və komandasını “xəyanətkar” adlandırıb.

Sitat: “Tarixdə elə dövrlər olur ki, xalqlar və ölkələr çətinliklərin öhdəsindən gələ bilmədikləri üçün yox olurlar. Çünki onlar müqəddəs saydıqları şeylərə xəyanət edirlər. Baxın, bir çox erməni liderinin və dövlət xadimlərinin təfsirində "erməni soyqırımı" (dırnaqlar bizimdir - red.) ilə bağlı tarixə əsaslanan, toxunulmaz görünən məsələnin qəfildən siyasi amilə çevrilməsi, onların təbirincə, kənara atıla biləcək amilə çevrilməsi məni, sadəcə, sarsıtdı".

Şübhə yox ki, belə bir açıqlama heç də ermənidən çox erməni olmaq istəyindən qaynaqlanmır. Ermənilər zaman-zaman Rusiyaya, sadəcə, qonşu xalqlara və dövlətlərə, özəlliklə Azərbaycan və Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə ediliblər. Bundan ötrü də Türk xofu, Türkə nifrət daim “zəruri şiddətdə” saxlanmalıdır.

Həqiqət həmçinin ondan ibarətdir ki, əsrin bu böyük yalanına ilk dəfə “legitimlik” donunu məhz Rusiya - SSRİ biçib. Aylar öncə baş nazir Nikol Paşinyan bu barədə etiraf da etmişdi. Demişdi ki, erməni xalqı “soyqırımı” mövzusu üzərində bir daha düşünməlidir, çünki bu, xarici güclərin maraqları naminə faktiki ona “sırınmış” bir məsələdir. Yəni necə oldu ki, əsrin əvvəllərində (1915) yaşanmış hadisələr 35 il “soyqırımı” hesab olunmadı və qəflətən, 1950-ci illərdə ortaya “genosid” mövzusu çıxdı?

Tarixçilərin izahı isə belədir: II Dünya müharibəsindən sonra Stalin Türkiyədən onun şərq rayonlarını tələb edib. Ermənilər bu əraziləri hələ də “Qərbi Ermənistan” hesab edir və bu axmaq iddia indiki konstitusiyada da əksini tapıb. Türkiyənin rədd cavabından sonra isə ortaya “erməni soyqırımı” kartı atılıb. Necə ki, qardaş dövlətin ərazi bütövlüyünü uzun illər təhdid eləmiş terrorçu PKK-nı da SSRİ yaratmışdı.

Bu da sirr deyil ki, “soyqırımı” yalanı, Türkə nifrət Kremlin Ermənistanda öz hərbi-siyasi mövcudluğuna davam etməsi üçün əsas ideoloji narrativlərindəndir. Beləcə, şimal qonşumuzun həm də sülhlə bağlı qeyri-səmimiliyi yenə üzə çıxır. Moskva bir yandan guya bölgədə sülh və əməkdaşlığın, sərhədlərin və kommunikasiyaların açılmasının tərəfdarı olduğunu bəyan edir, Türkiyənin də daxil olduğu 3+3 formatının üstünlüyündən danışır, digər yandan da Türkə nifrəti gündəmdə saxlayıb qızışdırmaqla, ermənilərin "yaralı" yerindən basmaqla qonşu xalqlar arasında düşmənçiliyi bitməsinə imkan vermir. Nəhayət, Rusiya bu yolla həm də seçkilər ərəfəsində hakim partiyanın ictimai nüfuzuna zərbə vurmaq, rusiyayönlü qüvvələrin “arqumentlərini” isə gücləndirmək niyyəti güdür. Demək ki, Moskva Bakı ilə İrəvan arasında sülhü müqaviləsinin imzalanmasına da maksimum əngəl olacaq.

Musavat.com-a görə, Mariyanın timsalında Moskvanın bu qədər sərt reaksiya göstərməsinin əsas səbəbi Ermənistanın “soyqırımı” iddialarından imtinasının İrəvanın Türkiyə və Azərbaycanla münasibətlərində normallaşma prosesinə doğru addım kimi dəyərləndirilməsidir. Rusiya uzun illər boyu bu iddialardan regionda ideoloji, siyasi və geosiyasi təsir vasitəsi kimi istifadə edib. Xüsusilə “soyqırımı” narrativi Ermənistan cəmiyyətində Türkiyəyə və Azərbaycanla normallaşmaya qarşı müqavimətin əsas ideoloji dayaqları kimi qorunub saxlanılıb.

Paşinyan isə bir neçə dəfə bəyan edib ki, Ermənistanın “vətənpərvərlik modeli” uzun illər boyu erməni kilsəsi və Kremlin təbliğatı tərəfindən formalaşdırılıb və bu, ölkəni daimi qarşıdurma vəziyyətində saxlayan süni konstruksiyadır. Onun fikrincə, bu model Ermənistanı həm Azərbaycana qarşı ərazi iddialarına sürükləyib, həm də Türkiyə ilə münasibətlərin dondurulmasına səbəb olub. Yeni geosiyasi vəziyyətdə isə Ermənistanın bu xətti davam etdirməsi dövlətçilik üçün ciddi risk yaradır.

Ekspertlərin qənaətinə görə, Moskvanın və erməni kilsəsinin Paşinyana qarşı sərtləşən mövqeyi təsadüfi deyil. “Soyqırımı” iddiasının xarici siyasət prioritetləri sırasında olmaması Rusiyanın bölgədə Ermənistan üzərində qurduğu ideoloji təsir mexanizmlərini zəiflədir. Buna görə də Rusiya ictimai rəyin Paşinyana qarşı çevrilməsi üçün təzyiqi artırmağa çalışır.

Beləliklə, Ermənistan hökumətinin “soyqırımı” mövzusunda atdığı addım yalnız tarixi narrativlə bağlı dəyişiklik deyil, həm də ölkənin gələcək geosiyasi xəttinin müəyyənləşməsi baxımından kritik dönüş nöqtəsi kimi qiymətləndirilir.

Kreml bu qəbil yalan-palanlarla erməni cəmiyyətinin “saqqızını” oğurlaya biləcəkmi? Rusiyanın “genosid” demarşı böyük sülhə nə dərəcədə əngəl yarada bilər? Moskva bununla nə demək istəyir?

Professor Qabil Hüseynli hesab edir ki, Rusiya Azərbaycanla Ermənistan arasında bütün problemlərin köklü həllinə həmişə qarşı olub. Onun fikrincə, imperiya maraqları səbəbindən şimal qonşumuz istəyib ki, tərəflər arasında yarımçıq qalan məsələlər olsun. Q. Hüseynlinin sözlərinə görə, saxta soyqırımı mövzusunu gündəmə gətirməklə erməni cəmiyyətini qızışdırırlar: “Çünki Ermənistan həm Türkiyə ilə normallaşma prosesi keçir, həm Azərbaycanla barışıq əldə etməkdədir. Bu yaxınlaşmaya zərər vurmaq üçün uydurma genosid mövzusu dövriyyəyə buraxılıb. Zaxarovanın ağzı ilə danışan Kreml sarayı öz niyyətini açıb-ağardır. Yəni Rusiya normallaşma prosesinə qarşıdır”.

Q.Hüseynli xatırladıb ki, Moskva Qarabağ probleminin də fundamental həllinin əleyhinə olub: “Putin Valday klubunda ermənilərə açıq şəkildə müraciət etdi. Dedi ki, Vaşinqton variantı var və bütün Qarabağın Azərbaycana verilməsini nəzərdə tutur. Əgər erməni xalqı bunu qəbul edirsə, Rusiya hörmətlə yanaşacaq. Bu çıxış erməniləri ayağa qaldırmağa hesablanmış çıxış idi. Bununla demək istəyirdi ki, Qarabağı sizin lideriniz Paşinyan verir, Rusiya buna razı deyil. Yəni etirazlar olarsa, dəstək verə bilərik. Bu bəyanatdan sonra o zaman Xankəndidə Vardanyanın da iştirakı ilə mitinq keçirilmişdi. Ancaq Kreml hədəfinə çatmadı. Bunu yada salmaqda məqsədim odur ki, Rusiya həmişə Azərbaycanla Ermənistanın problemlərinin birdəfəlik həllinə qarşı olub. Bu gün saxta genosid söhbəti də o niyyəti güdür”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Zaxarovanın Paşinyanı xəyanətdə ittiham etməsini Rusiyanın hiyləgərliyi adlandırır. Onun bildirdiyinə görə, Moskva erməniləri küçələrə çıxarmaq istəyir, lakin buna gücü çatmayacaq: “Paşinyan demək istəyir ki, bizi nağıllarla böyüdüblər. Və bu hadisələri soyqırımı adlandırmaqla qonşularla normal münasibətlər qura bilməmişik. Paşinyan deyir ki, gəlin arxivi açaq, görək nə qədər erməni ölüb. Yəni erməni baş nazir indiki rəqəmlərə şübhə ilə yanaşır. Paşinyan da deyir ki, biz Türkiyə və Azərbaycan olmadan normal dövlət qura, inkişaf edə bilmərik. Ona görə Kreml qəzəblidir ki, Paşinyan onun əlindən bütün rıçaqları almaqdadır”.

S.Əsədliyə görə, Rusiya Ermənistanda çevrilişə nail ola bilməyəcək, Ukraynada itkiləri onu getdikcə zəiflədir və yorur, bu səbəbdən Cənubi Qafqaza təsirləri azalır: “Eyni zamanda sülh prosesinə də əngəl olmağa imkanı yoxdur. Bakı və İrəvan yekun sülh müqaviləsini də imzalayacaq. Erməni cəmiyyəti gələn il növbəti dəfə seçkilərdə seçim edəcək - Paşinyanın, yoxsa Rusiyanın dalınca getsin...”

“Yeni Müsavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elm və Təhsil Nazirliyinin şübhəli akademiya ilə əməkdaşlığı - 24.900 dollara alınan fəxri adlar
Bu gün, 11:52
Ramiz Mehdiyev onu BAŞ NAZİR KİMİ GÖRÜRMÜŞ... - İLGİNC İDDİA
Bu gün, 11:43
Bakıda bağlanan “Rus evi”nin ŞOK planı – Yeni həmlə
Bu gün, 11:29
Villasında ayrıca iclas salonu yaradıb, tribuna qurubmuş - İLGİNC
Bu gün, 11:21
38 saylı tam orta məktəbdə NATAMAM İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 11:12
Dövlətə xəyanətdə və Fransaya casusluqda ittiham olunan şəxslərin məhkəməsində şahidlər ifadə verdi – Yeni faktlar açıqlandı
Bu gün, 11:03
Putin 44 günlük müharibədə İrəvandan bunu tələb edib - KİV
Bu gün, 11:00
Masallıda əməlli-başlı `QAZ BAZARI` açıblar... - vətəndaşı QAZ KİMİ YOLURLAR...
Bu gün, 10:50
Naxçıvanda şagirdin döyülməsi İŞİ: saxta izahatlar alınıb... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Ramiz Mehdiyev nevropsixoloji müayinədən keçirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 10:34
ATU-da kafedra müdirinin kafe biznesi -60 min manat xərcləyib
Bu gün, 10:31
Nazir qalmaqaldan sonra “Səhiyyə əlaçısı” medalını vermədi - NƏ BAŞ VERİR?
Bu gün, 10:19
Qardaşının öldürdüyü Baron Şəminin borcunu oğlu ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:16
Məşhur vəkillər Zabil Qəhrəmanovun müdafiəsinə qoşuldu -FOTO
Bu gün, 10:14
“Azəristiliktəchizat”ın yığılmış zərəri 133 milyonu ötüb
Bu gün, 10:08
Nigar Fərhadın başına iş gəldi - evinin qarşısından...
Bu gün, 10:05
Pənah Hüseyndən SENSASİON MÜSAHİBƏ - “Ramiz Mehdiyev məsələsinə...”
Bu gün, 10:03
İrəvanın əsas ev tapşırığı Konstitusiyanı dəyişməkdir -ŞƏRH
Bu gün, 09:59
"İstilikenerjitikintiquraşdırma" şirkəti parçalanır, nizamnamə kapitalı azaldılır - YIĞINCAQ
Bu gün, 09:58
AYNA xaosun “güzgüsü” qismində - yığılan pulların aqibəti
Bu gün, 09:55
AZAL qəhrəmanlarına büst qoyuldu - FOTO
Bu gün, 09:47
Neft Fondu 70 milyard dolları harada saxlayır? - TƏFƏRRÜAT
Bu gün, 09:44
Avropa İttifaqının “mülki missiyası” 2027-dək kimi kimdən qoruyacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:34
Rusiya XİN rəsmisi Paşinyanı niyə xəyanətkar adlandırdı - Kreml böyük normallaşma prosesinə qarşı
Bu gün, 09:26
“Sputnik Azərbaycan”ın əməkdaşları Rusiyada EV DUSTAĞI EDİLİR? - BU NƏDİ BELƏ?
Bu gün, 08:01
Qağaməli Seyfullayevin fəaliyyəti araşdırılsa... - İTTİHAM VAR...
Bu gün, 07:58
“İstanbul Hospital”ın sahibi ağır əməllərdə günahlandırılır - Ramiz Mehdiyevin daha bir obyekti üzə çıxdı
Bu gün, 07:54
Ramiz Mehdiyevin QİSAS TAKTİKASI... - NƏ BAŞ VERİR?
Bu gün, 07:36
"Broker Əbülfəz” yenidən səhnədə - Gömrüyün köhnə siması geri qayıdır?
Bu gün, 07:34
Ramiz Mehdiyevin “karqo” sektorundakı izləri - Niyə araşdırılmır?
Bu gün, 07:31
Ölümə səbəb olan Gömrük əməkdaşı Mirzə Sadıqov kimdir? - İLGİNC
Bu gün, 07:21
TKTA sədri anamın üzünə sillə vurdu - Diplomu tanınmayan hərbçidən ETİRAZ
Bu gün, 07:19
"O, bizim ayaqqabımızı cütləyən adam olub…" - Ramiz Mehdiyevin kürəkəni Əsabil Qasımovu rüsvay elədi
Bu gün, 07:15
Tranzit razılığı Azərbaycana 40 milyon dollara qədər gəlir gətirə bilər - - GƏLİŞMƏ
Bu gün, 07:07
Əliyevin 11 il əvvəl Sərkisyana dediyi möhtəşəm cümlə – Təkrarlana bilər…
Bu gün, 07:05
Ukraynaya dəstək verən ölkələr Rusiyaya belə yardım edir - Şok
Bu gün, 07:03
'166 KARQO' müştəriyə ÇİLƏ YAŞADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Yevlaxda sakinlər İMDAD DİLƏYİR... - MÜRACİƏT
Bu gün, 06:49
AZƏRİQAZ-da ŞAH qanunun belinə minib... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:46
Biz artıq hər şeyi sübut etmişik: həm işğalçılara, həm dünyaya, həm də, ən əsası, özümüzəO - BUNDAN SONRA...
Bu gün, 06:32
“Putinin bu qərarı Azərbaycana təsirsiz ötüşə bilməz...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:29
İrəvandan gözlənilən jest: 3 kənd - NƏ BAŞ VERİR?
Bu gün, 06:22
ABŞ şatdaun səbəbilə nüvə silahlarının hazırlanmasında illərini itirə bilər - CNN
Bu gün, 06:21
“Paşinyan Köçəryanın səhvini düzəltməlidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:19
“Elman Nəsirovun qızına ev verirəm, 5 il sonra qaytarar” - Şərurlu İsfəndiyar
Dünən, 23:47
“Atamın istəyini reallaşdırmadıq, bu fikir bizi yandırıb-yaxdı”
Dünən, 23:43
Ramiz Mehdiyevin QULDAR TƏFƏKKÜRÜ... - Bizi Allah saxlayıb...
Dünən, 23:41
Ramiz Mehdiyevin “Dövlət Şurası”nda müxalifət liderləri də var - İLGİNC
Dünən, 21:18
NAR-da mühüm dəyişiklik - BUNDAN SONRA...
Dünən, 21:09
Qafqazın geopolitik taleyi “logistika savaşı”ndan asılıdır - Məhz Zəngəzur dəhlizi regional lideri müəyyən edəcək
Dünən, 18:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru