"Toyda 26 min dollar şabaş yığdım" .....                     “Qeybət olan verilişlərə getmirəm, özümü orada görmürəm, camaat bezib...” .....                     Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” .....                     AQTA-nın “qəssabxana”larda əməliyyatlar keçirməsi narazılıq yaratdı .....                     Ailə üzvlərinə işgəncə verən, atasını döyərək öldürən şəxs .....                     Tural Sultanov dənizə niyə düşüb? .....                     Elm və Təhsil Nazirliyinin şübhəli akademiya ilə əməkdaşlığı .....                     Ramiz Mehdiyev onu BAŞ NAZİR KİMİ GÖRÜRMÜŞ... .....                     Bakıda bağlanan “Rus evi”nin ŞOK planı .....                     Villasında ayrıca iclas salonu yaradıb, tribuna qurubmuş .....                     38 saylı tam orta məktəbdə NATAMAM İŞLƏR... .....                     Dövlətə xəyanətdə və Fransaya casusluqda ittiham olunan şəxslərin məhkəməsində şahidlər ifadə verdi .....                     Putin 44 günlük müharibədə İrəvandan bunu tələb edib .....                     Masallıda əməlli-başlı `QAZ BAZARI` açıblar... .....                     Naxçıvanda şagirdin döyülməsi İŞİ: saxta izahatlar alınıb... .....                     Ramiz Mehdiyev nevropsixoloji müayinədən keçirilməlidir .....                     ATU-da kafedra müdirinin kafe biznesi .....                     Nazir qalmaqaldan sonra “Səhiyyə əlaçısı” medalını vermədi .....                     Qardaşının öldürdüyü Baron Şəminin borcunu oğlu ödəyəcək .....                     Məşhur vəkillər Zabil Qəhrəmanovun müdafiəsinə qoşuldu .....                     “Azəristiliktəchizat”ın yığılmış zərəri 133 milyonu ötüb .....                     Nigar Fərhadın başına iş gəldi .....                     Pənah Hüseyndən SENSASİON MÜSAHİBƏ .....                     İrəvanın əsas ev tapşırığı Konstitusiyanı dəyişməkdir .....                     "İstilikenerjitikintiquraşdırma" şirkəti parçalanır, nizamnamə kapitalı azaldılır .....                     AYNA xaosun “güzgüsü” qismində .....                     AZAL qəhrəmanlarına büst qoyuldu .....                     Neft Fondu 70 milyard dolları harada saxlayır? .....                     Avropa İttifaqının “mülki missiyası” 2027-dək kimi kimdən qoruyacaq? .....                     Rusiya XİN rəsmisi Paşinyanı niyə xəyanətkar adlandırdı .....                     “Sputnik Azərbaycan”ın əməkdaşları Rusiyada EV DUSTAĞI EDİLİR? .....                     Qağaməli Seyfullayevin fəaliyyəti araşdırılsa... .....                     “İstanbul Hospital”ın sahibi ağır əməllərdə günahlandırılır .....                     Ramiz Mehdiyevin QİSAS TAKTİKASI... .....                     "Broker Əbülfəz” yenidən səhnədə .....                     Ramiz Mehdiyevin “karqo” sektorundakı izləri .....                     Ölümə səbəb olan Gömrük əməkdaşı Mirzə Sadıqov kimdir? .....                     TKTA sədri anamın üzünə sillə vurdu .....                     "O, bizim ayaqqabımızı cütləyən adam olub…" .....                     Tranzit razılığı Azərbaycana 40 milyon dollara qədər gəlir gətirə bilər - .....                 

AYNA xaosun “güzgüsü” qismində - yığılan pulların aqibəti
Tarix: Bu gün, 09:55 | Çap et

Son günlər “AzParkinq”lə bağlı ictimai narazılıq yenidən gündəmə gəlib. AzTV-nin hazırladığı süjetdə sürücülərin çoxsaylı şikayətlərinə yer verilib. İnsanlar haqlı olaraq sual edirlər: park üçün yığılan pullar hara gedir, kimə xidmət edir, nə üçün şəffaflıq yoxdur?

Deputat Vüqar Bayramov bildirib ki, parklanma sistemindən əldə edilən gəlirlər yalnız şəhər infrastrukturunun yaxşılaşdırılmasına, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsinə xərclənməlidir: “Əgər bu vəsaitlər şəhərin abadlaşdırılması, yol nişanlarının yenilənməsi, ictimai dayanacaqların qurulması və ya elektron sistemlərin təkmilləşdirilməsi üçün istifadə olunmursa, deməli, burada şəffaflıq problemi var. Cəmiyyət hər ay yığılan məbləğ barədə məlumatlandırılmalıdır”.

Deputat həmçinin qeyd edib ki, parklanma prosesinə elektron nəzarət sisteminin tətbiqi vacibdir. Bu sistem həm gəlirlərin real qeydiyyatını aparar, həm də vəsaitlərin təyinatından yayınmasının qarşısını alar.

Nəqliyyat eksperti Ərşad Hüseynov isə mövzuya beynəlxalq təcrübə kontekstində yanaşır. Onun sözlərinə görə, bir çox ölkələrdə parklanma yerlərindən yığılan vəsaitlər yalnız həmin dayanacaqların saxlanması üçün deyil, bütövlükdə şəhər nəqliyyat sisteminin inkişafına yönəldilir: “Məsələn, bu pullar ictimai nəqliyyatın modernləşdirilməsinə, yeni avtobusların alınmasına, velosiped yollarının çəkilməsinə və hətta hava çirkliliyinin azaldılması proqramlarına xərclənir. Beləliklə, parklanma gəlirləri təkcə xidməthaqqı deyil, həm də şəhər ekosisteminin balanslaşdırılması üçün bir vasitədir”.

Ekspertin fikrincə, bu praktika həm şəhər büdcəsinin yükünü azaldır, həm də vətəndaşın həyat keyfiyyətini artırır. Lakin Bakıda yığılan pulların istiqaməti qaranlıq qalır.

İqtisadçı Natiq Cəfərli məsələni daha sərt şəkildə şərh edib. Onun fikrincə, “AzParkinq”in fəaliyyəti xidmət fəlsəfəsindən uzaqdır: “Dünyanın əksər şəhərlərində istirahət və bayram günləri, axşam saat 20:00-dan sonra parklanma pulsuz olur. Bizdə isə yalnız bazar günü bu qayda tətbiq edilir. Bayram günləri belə pulludur. Bizim qalstuklu məmurlar parklanmanın fəlsəfəsini anlamırlar. Onlar düşünürlər ki, əsas məqsəd pul yığmaqdır. Halbuki məqsəd insana xidmətdir, pul isə yalnız vasitə olmalıdır”.

Məsələnin mahiyyəti sadədir: sürücü hər gün ödədiyi 1-2 manatın qarşılığında şəffaflıq, xidmət və infrastruktur gözləyir. Əgər bu pullar şəhərin yollarına, dayanacaqlarına, işıqlandırılmasına və təhlükəsizlik sisteminə yönəlmirsə, o zaman “AzParkinq”in varlığı nəyə xidmət edir?

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a bildirib ki, qanuna görə, yığılan pullar yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsinə, yol infrastrukturunun inkişaf etdirilməsi və bərpasına xərclənməlidir: “Yığılan pullar sistemdə görünür. Nağdsız ödənişdir və bütün sistem bir hesab üzərində qurulub. Ödənişlərin necə xərcləndiyini isə deyə bilmərik. Bununla bağlı əlimizdə hesabat yoxdur”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, “AzParkinq” dövlət şirkətidir və bazar iqtisadiyyatı şəraitində bu cür xidmətlər ona həvalə edilməməlidir: “Belə xidmətlərin dövlət şirkətinə həvalə edilməsi iqtisadiyyatın keçid dövrü ilə bağlıdır. Lakin Azərbaycan hörkuməti elan edir ki, bazar iqtisadiyyatına keçidi başa çatdırıb. Deməli, bazar iqtisadiyyatına keçid başa çatıbsa, yavaş-yavaş dövlətin göstərdiyi cidmətlər öz yerini özəl şirkətlərə verməlidir. Bu şirkətlərin bütün fəaliyyəti şəffaf olmalıdır. "AzParkinq"in xidmətindən istifadə edən və etməyən şəxslər istənilən an maneəsiz olaraq onun fəaliyyəti ilə tanış olmaq hüququna malikdir. Çünki bu, birbaşa cəmiyyətə xidmət edən şirkətdir. Ona görə də hesab edirəm ki, “AzParkinq”in yalnız xərcləri deyil, bütün fəaliyyəti şəffaf quurlmalıdır. Çox təəssüflər olsun ki, bu, belə deyil. Mütəxəssis olaraq fəaliyyəti ilə tanış ola bilmirəm. Onun xərcləri ilə istənilən vətəndaş internet vasitəsilə tanış olmalı və qiymət verməlidir. Bunu edə bilmirik. Deməli, bu fəaliyyət şəffaf deyil".

Qeyd edək ki, parklanmadan daxil olan vəsaitin xərclənməsi istiqamətləri 2023-cü il 29 iyul tarixli “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydası”nın təsdiq edilməsi haqqında Fərmanla müəyyən edilib.

- parklanma yerlərinin idarə olunması və saxlanılması (kommunal, mühafizə, təsərrüfat və rabitə xərcləri);

- parklanma ilə əlaqədar yol infrastrukturu xərclərinin ödənilməsi, maddi və qeyri-maddi aktivlərin, o cümlədən parkomatların, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin alınması və onların yararlı vəziyyətdə saxlanılması;

- parklanma ilə əlaqədar tətbiqlərin yaradılması və onların saxlanılması;

- parklanma ilə bağlı maarifləndirmə və təbliğat işləri;

- nəqliyyat vasitələrinin saxlanılması üçün balanslarında olan qaraj və duracaqların idarə olunması və saxlanılması;

- yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiq edilməsi;

- parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üzrə tədbirlər görülməsi üçün zəruri texniki vasitələrin alınması, parklanma qaydalarını pozmuş şəxslərə inzibati xəta haqqında iş üzrə materialların göndərilməsi ilə bağlı poçt xərclərinin ödənilməsi;

- işçilərinin sosial müdafiəsinin gücləndirilməsi.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Toyda 26 min dollar şabaş yığdım"
Bu gün, 12:17
“Qeybət olan verilişlərə getmirəm, özümü orada görmürəm, camaat bezib...”
Bu gün, 12:14
Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” - QALMAQAL
Bu gün, 12:05
AQTA-nın “qəssabxana”larda əməliyyatlar keçirməsi narazılıq yaratdı – “Qurumun supermarketlərə gücü çatmır, amma...”
Bu gün, 12:01
Ailə üzvlərinə işgəncə verən, atasını döyərək öldürən şəxs - “Nümunəvi atayam, hadisə zamanı sərxoş idim”
Bu gün, 11:57
Tural Sultanov dənizə niyə düşüb? - Həkimin gəmidə yoxa çıxmasının YENİ TƏFƏRRÜATI
Bu gün, 11:55
Elm və Təhsil Nazirliyinin şübhəli akademiya ilə əməkdaşlığı - 24.900 dollara alınan fəxri adlar
Bu gün, 11:52
Ramiz Mehdiyev onu BAŞ NAZİR KİMİ GÖRÜRMÜŞ... - İLGİNC İDDİA
Bu gün, 11:43
Bakıda bağlanan “Rus evi”nin ŞOK planı – Yeni həmlə
Bu gün, 11:29
Villasında ayrıca iclas salonu yaradıb, tribuna qurubmuş - İLGİNC
Bu gün, 11:21
38 saylı tam orta məktəbdə NATAMAM İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 11:12
Dövlətə xəyanətdə və Fransaya casusluqda ittiham olunan şəxslərin məhkəməsində şahidlər ifadə verdi – Yeni faktlar açıqlandı
Bu gün, 11:03
Putin 44 günlük müharibədə İrəvandan bunu tələb edib - KİV
Bu gün, 11:00
Masallıda əməlli-başlı `QAZ BAZARI` açıblar... - vətəndaşı QAZ KİMİ YOLURLAR...
Bu gün, 10:50
Naxçıvanda şagirdin döyülməsi İŞİ: saxta izahatlar alınıb... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Ramiz Mehdiyev nevropsixoloji müayinədən keçirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 10:34
ATU-da kafedra müdirinin kafe biznesi -60 min manat xərcləyib
Bu gün, 10:31
Nazir qalmaqaldan sonra “Səhiyyə əlaçısı” medalını vermədi - NƏ BAŞ VERİR?
Bu gün, 10:19
Qardaşının öldürdüyü Baron Şəminin borcunu oğlu ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:16
Məşhur vəkillər Zabil Qəhrəmanovun müdafiəsinə qoşuldu -FOTO
Bu gün, 10:14
“Azəristiliktəchizat”ın yığılmış zərəri 133 milyonu ötüb
Bu gün, 10:08
Nigar Fərhadın başına iş gəldi - evinin qarşısından...
Bu gün, 10:05
Pənah Hüseyndən SENSASİON MÜSAHİBƏ - “Ramiz Mehdiyev məsələsinə...”
Bu gün, 10:03
İrəvanın əsas ev tapşırığı Konstitusiyanı dəyişməkdir -ŞƏRH
Bu gün, 09:59
"İstilikenerjitikintiquraşdırma" şirkəti parçalanır, nizamnamə kapitalı azaldılır - YIĞINCAQ
Bu gün, 09:58
AYNA xaosun “güzgüsü” qismində - yığılan pulların aqibəti
Bu gün, 09:55
AZAL qəhrəmanlarına büst qoyuldu - FOTO
Bu gün, 09:47
Neft Fondu 70 milyard dolları harada saxlayır? - TƏFƏRRÜAT
Bu gün, 09:44
Avropa İttifaqının “mülki missiyası” 2027-dək kimi kimdən qoruyacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:34
Rusiya XİN rəsmisi Paşinyanı niyə xəyanətkar adlandırdı - Kreml böyük normallaşma prosesinə qarşı
Bu gün, 09:26
“Sputnik Azərbaycan”ın əməkdaşları Rusiyada EV DUSTAĞI EDİLİR? - BU NƏDİ BELƏ?
Bu gün, 08:01
Qağaməli Seyfullayevin fəaliyyəti araşdırılsa... - İTTİHAM VAR...
Bu gün, 07:58
“İstanbul Hospital”ın sahibi ağır əməllərdə günahlandırılır - Ramiz Mehdiyevin daha bir obyekti üzə çıxdı
Bu gün, 07:54
Ramiz Mehdiyevin QİSAS TAKTİKASI... - NƏ BAŞ VERİR?
Bu gün, 07:36
"Broker Əbülfəz” yenidən səhnədə - Gömrüyün köhnə siması geri qayıdır?
Bu gün, 07:34
Ramiz Mehdiyevin “karqo” sektorundakı izləri - Niyə araşdırılmır?
Bu gün, 07:31
Ölümə səbəb olan Gömrük əməkdaşı Mirzə Sadıqov kimdir? - İLGİNC
Bu gün, 07:21
TKTA sədri anamın üzünə sillə vurdu - Diplomu tanınmayan hərbçidən ETİRAZ
Bu gün, 07:19
"O, bizim ayaqqabımızı cütləyən adam olub…" - Ramiz Mehdiyevin kürəkəni Əsabil Qasımovu rüsvay elədi
Bu gün, 07:15
Tranzit razılığı Azərbaycana 40 milyon dollara qədər gəlir gətirə bilər - - GƏLİŞMƏ
Bu gün, 07:07
Əliyevin 11 il əvvəl Sərkisyana dediyi möhtəşəm cümlə – Təkrarlana bilər…
Bu gün, 07:05
Ukraynaya dəstək verən ölkələr Rusiyaya belə yardım edir - Şok
Bu gün, 07:03
'166 KARQO' müştəriyə ÇİLƏ YAŞADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Yevlaxda sakinlər İMDAD DİLƏYİR... - MÜRACİƏT
Bu gün, 06:49
AZƏRİQAZ-da ŞAH qanunun belinə minib... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:46
Biz artıq hər şeyi sübut etmişik: həm işğalçılara, həm dünyaya, həm də, ən əsası, özümüzəO - BUNDAN SONRA...
Bu gün, 06:32
“Putinin bu qərarı Azərbaycana təsirsiz ötüşə bilməz...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:29
İrəvandan gözlənilən jest: 3 kənd - NƏ BAŞ VERİR?
Bu gün, 06:22
ABŞ şatdaun səbəbilə nüvə silahlarının hazırlanmasında illərini itirə bilər - CNN
Bu gün, 06:21
“Paşinyan Köçəryanın səhvini düzəltməlidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru