Müğənni Anar Cəfərov uzun fasilədən sonra yenidən yaradıcılıq fəaliyyətinə qayıdıb.
"DİA-AZ" xəbər verir ki, o, Rusiyada səhnə fəaliyyətini davam etdirərək yeni klipini təqdim edib. “Əbədi sevgi” adlanan mahnının musiqisi və sözləri müğənni İsmayıl Əliyevə, aranjimanı isə Camal Qurbanova məxsusdur. Camal həmçinin Anar Cəfərovun musiqi prodüseri kimi onunla birgə çalışır.
O, bildirib ki, yenidən səhnəyə dönməsində dostlarının, xüsusilə İsmayıl Əliyevin böyük rolu olub: “Məni oxumağa həmişə dostlarım həvəsləndirirdi, amma məhz İsmayıl Əliyevin dəstəyi və təkidi ilə musiqi fəaliyyətimə başlamışam”.
Qeyd edək ki, Anar cəfərov 2003–2005-ci illərdə NM qrupunda, 2005-ci ildə isə “Yeni ulduz-4” müsabiqəsinin finalçısı olub. Daha sonra “N-Brothers” qrupunun üzvü kimi 5 ilə yaxın fəaliyyət göstərib.

















