Qazaxıstan hökuməti həftənin sonunadək Rusiyanın neft şirkəti "Lukoil"ə qarşı sanksiyaların Qazaxıstan iqtisadiyyatına təsirini qiymətləndirə bilər.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bunu jurnalistlərə ölkənin energetika naziri Yerlan Akkenjanov bildirib.
"Sanksiyalar araşdırılır, onların şirkətlərə və iqtisadiyyata təsirini hələ tam qiymətləndirmək lazımdır", - Y.Akkenjanov qeyd edib.
Öz növbəsində, "Samruk-Kazyna" Milli Rifah Fondunun sədri Nurlan Jakupov jurnalistlərə bildirib ki, Qazaxıstan "Lukoil" ilə bağlı vəziyyətə dair beynəlxalq məsləhətçilərlə birgə işə başlayıb.
Qazaxıstan üçün "Lukoil" etibarlı tərəfdaş olub. Digər tərəfdən isə Qazaxıstan qanunvericiliyə və tətbiq edilmiş sanksiya tədbirlərinə uyğun olaraq fəaliyyət göstərir.
Onun fikrincə, bu məsələ ilə bağlı qərar yaxın bir neçə həftə ərzində qəbul edilə bilər.


















