Dövlət xəstəxanaları: Daha həkimə gedəndə "əlimiz cibimizdə" olacaq .....                     Monteneqroda həbs olunan azərbaycanlıların taleyi .....                     Elman Nəsirovdan Şərurlu İsfəndiyarın ev təklifinə .....                     BP-nin Azərbaycandakı nümayəndəliyinin 68 milyon manatlıq vergi borcu var .....                     Rusiyada Azərbaycan əsilli generala hökm oxundu .....                     “Fransa Ukrayna cəbhəsində pay qazanmağa çalışır” .....                     Azərbaycan şirkəti müflisləşir .....                     Fiaskoya uğrayan "sülh planı" .....                     Sabiq icra başçısı külli miqdarda borca düşdü .....                     "Paris Mebel"də oğurluq .....                     Şəkər dünyada ucuzlaşır, Azərbaycanda bahalaşır .....                     “Xəyal Adası” MMC-də səhmdar dəyişikliyi baş verib .....                     “Ramiz Mehdiyevin əli 50-dən çox adamın qanına batıb” .....                     AQTİ-də qalmaqal: Qoşqar Təhməzli onu işdən çıxardı .....                     Çörək yolunun əvəzinə... .....                     Mehdiyevlə bağlı daha bir MÜƏMMA .....                     Milyonçu qardaşların işində yenilik .....                     YAP-ın qurucularından olan Əli Əlirzayev sükutu pozdu .....                     Avropa Parlamentinin deputatı İrəvanda Ermənistan hakimiyyətini tənqid edib .....                     BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi .....                     Göyçay Xəstəxanasında KT aparatı 500 manata görə işləmir! .....                     “Yeni ulduz”un finalçısı musiqiyə qayıtdı .....                     Ramiz Mehdiyevin 50 nəfərlik xəyanət çetesində kimlər yer alıb? .....                     “Bu ruhanilər məsuliyyət daşımalıdır” .....                     “O, “rajok”la üstünə getsə də, Sənan kolbasa bıçağına əl atıb” .....                     Qazaxıstan "Lukoil"la bağlı bir neçə həftə ərzində qərar qəbul edə bilər .....                     "Mən ona şantajla heç nə aldırmamışam" .....                     Ulduzlararası ziyarətçi: Kometdir, yoxsa UNO? .....                     Monteneqroda insidentə görə onlarla azərbaycanlı saxlanıldı .....                     Tenderlərə ayrılan pulları ehtiyacları üçün xərcləyən şəxslərə hökm oxunub .....                     Fəzail Ağamalının gizlətdiyi oğlu üzə çıxdı .....                     “Axmaq vəziyyət qurşaqdan aşağı hırıldatmaqdır” .....                     Doğrudanmı, Azərbaycandan Rusiyaya "çevriliş məktubu"göndərilib?! .....                     Lerikdə qohumlar arasında dava .....                     "Toyda 26 min dollar şabaş yığdım" .....                     “Qeybət olan verilişlərə getmirəm, özümü orada görmürəm, camaat bezib...” .....                     Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” .....                     AQTA-nın “qəssabxana”larda əməliyyatlar keçirməsi narazılıq yaratdı .....                     Ailə üzvlərinə işgəncə verən, atasını döyərək öldürən şəxs .....                     Tural Sultanov dənizə niyə düşüb? .....                 

YAP-ın qurucularından olan Əli Əlirzayev sükutu pozdu - “Ramiz bunu mənə qarşı etməməli idi”
Tarix: Bu gün, 15:37 | Çap et

Bir zamanlar ölkə mətbuatında tez-tez çıxış edən tanınmış simalardan biri də Hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri, sabiq deputat, iqtisadi elmlər doktoru Əli Əlirzayev idi. Son dönəmlərdə o görünmür. Veteran YAP-çı ilə əlaqə saxladıq.

Ə.Əlirzayev öncəliklə vaxtı ilə qurucularından olduğu YAP-ın ona qarşı olan biganəliyindən danışdı: “Məni 2005-ci ildə parlamentdə irəli sürdükləri siyahıdan çıxardılar. Heydər Əliyevə ən yaxın insan olmuşam. İndi də eyni mövqedəyəm. Sadəcə buna məhəl qoyan yoxdur. Dövlətimiz və xalqımız üçün əlimdən gələni etmişəm. Mən deputatlığa namizəd olduğum zamanlarda seçilməsəm də, bir sıra vəzifələrə namizədliyimi verdim, amma məni yaxın buraxmadılar. Hətta işlədiyim ali məktəbdən belə məni çıxarmaq istəyirdilər, amma gücləri çatmadı. Onun üçün də hesab edirəm ki, ədalətsizlik var, olub və olacaq da. Lakin mən də bir xüsusiyyət var, insan öləndə və ya qocalanda, vəzifədən gedəndə, arxası ilə danışa bilmirəm”.

Sabiq deputat Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı son günlərdə gündəmi zəbt edən olaylar barədə də açıqlama verdi: “Ramiz Mehdiyev əvvəllər elə də söz sahibi deyildi. Sonralar yüksək posta gətirildi. Yəni bunu hamı bilir. Amma Ramiz müəllimi tanımışam, yanında da olmuşam, bunu dana bilmərəm. Doğrudur, rəhmətlik Maksim Musayev daim iddialar səsləndirirdi. YAP-ın qurucularının Ramiz Mehdiyevin əli ilə sistemdən uzaqlaşdırıldığını deyirdi. O, 90-cı illərdə deputat idi. Heydər Əliyevin daim arxasında gedənlərdən idi. 2005-ci ildə o da keçmədi və uzaqlaşdı. Həm də uzaqlaşdırıldı. Həmin vaxt dediyim kimi mən, eləcə də Şahlar Əsgərov da uzaqlaşdı. Bir sözlə ilk dəfə YAP-ı yaradanlar idarəçilikdən kənarlaşdırıldı. Heydər Əliyev sağ olsaydı, indi də vəzifədə idim”.

Ə.Əlirzayev bəzi suallar da ünvanlamağı unutmadı: “Mənim taylarım Milli Məclisdədir, amma mən yox. Niyə? Parlamentdə 30 ildir təmsil olunan deputatlar var. Bunlardan mənim nəyim əskikdir? Axı bu xalqa, hökumətə daim qulluq edən, obyektiv danışan adamlardanam. Niyə axı kənarda qalmalı idim? Bu sualıma cavab verın tapılarmı? Bir onu dəqiq bilirəm ki, çatışmayan ən çox bir cəhətim var, o da obyetiv olmağımdır. Maaşla ömür boyu yaşayan adam olmuşam. Mən də böyük imkanlar yarada bilərdim. İqtisadiyyat naziri var idi, mənə müəsissələrdə çalışmaq üçün böyük təkliflər etdi, amma getmədim. Düşünürdüm ki, deputat adamam, həmişə də deputat seçəcəklər. Əgər millət vəkili olsaydım, bəzi iqtisadi qanunlar var idi ki, onların qəbuluna imkan verməyəcəkdim. Rəhmətlik Hadi Rəcəbli mənə deyirdi ki, Əli, sən dinmə, mən bu qanunu keçirəcəm. Mən danışanda, o çox əziyyət çəkirdi. Nazirlər var idi ki, məndən bəzi mövzularda danışmamağı xahiş edirdilər. Təsəvvür edin ki, proporsional seçki sistemi vaxtı YAP-ın siyahısında 20-ci idim. Amma düşünürdüm ki, ilk onluqda olaram. Eldar Sabiroğlu həmin vaxt keçdi, mən kənarda qaldım. Eldardan qabaq da Əli Əsədov idi, o da təbii ki, keçdi. Heydər Əliyev sonradan mənə dedi ki, sənin 20-ci olduğunu bilməmişəm. Sonradan rəhmətlik Ziya Bündayov öldürüldü və ondan sonra keçdim. Ulu Öndər mənə iqtisadi inkişaf nazirinin müavini olmağımı təklif etmişdi. Nazir olmaq imkanlarım var idi. Amma dedim ki, cənab prezident, sizə siyasi məsələlərdə yaxın olmaq istəyirəm. Sonralar Heydər Əliyev mənə dedi ki, get Naxçıvandan namizəd ol və seçil. Getdim, səs yığdım və seçildim. Amma 2005-ci ildə siyahılarda adımı görmədim. Hələ də anlaya bilmirəm ki, 2000-05-ci illərdə nələr dəyişdi. Bir şeyi tam əminliklə deyirəm ki, deputat seçkilərində hər şey qabaqcadan bilinir, kimin kim olduğu. Kiminsə arxasında kimsə hökmən dayanmalıdır. Bütün bunlar olmalıdır, əks təqdirdə şansların olmur. Həmin vaxt mən də arxayın idim, çünki azından kim olduğumu yaxşı bilirdim. Getdim Naxçıvana. Gecə ilə Vasif Talıbov Əli Əhmədova zəng edib ki, Əlini oradan siyahıya salın, Naxçıvanı tərk etsin. Mənə də dərhal zəng gəldi və ondan sonra Bakıya gəlib Xətaidən namizədliyimi verdim. Kampaniya da apardım, səs də yığdım, seçki günü eşitdim ki, seçicilərə deyiblər kimə səs verirsiniz verin, bircə Əli Əlirzayevə səs verməyin. Dərhal zəng etdim Ramiz Mehdiyevə götürmədi, Eldar Mahmudovla əlaqə saxlamaq istədim alınmadı, Kəmaləddin Heydərov da zəngimə cavab vermədi. Amma hər birinin prosesdən xəbərləri var idi. Amma Ramiz bunu mənə qarşı etməməli idi. Əvvəlcədən sadəcə güman edirdim ki, o bunu mənə qarşı edə bilər. YAP-da məni istəməyənlərin çox olduğunu bilirdim.

Ramiz Mehdiyevin Rusiyanın adamı olması barədə uzun zamandır söz-söhbətlər gəzir, hamı bunu deyir. Amma gərək bunu sübut da edəsən. Məhkəməsi olsun, şahidlər üzə çıxsın, ondan sonra proseslər daha aydınlaşacaq. Dövləti necə satmaq olar axı? Adamın bu sözləri işlətməyə dili belə gəlmir. Bu ittiham olduqca ciddidir. Üzərinə gedilməlidir. Ölüm hökmü olsaydı, bu yola əl atanların cəzası hər halda bilirdik nə olardı. Bir şeyi də deməyi borc bilirəm. Vaxtı ilə Ramizdən bəhrələnənlər indi də ondan istifadə edirlər. Bilirsiniz necə? Onu ağır formada ittiham edirlər ki, bəlkə rəhbərliyə daha yaxın olaq”.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət xəstəxanaları: Daha həkimə gedəndə "əlimiz cibimizdə" olacaq - AXI NİYƏ?
Bu gün, 18:03
Monteneqroda həbs olunan azərbaycanlıların taleyi – Deputat açıqladı
Bu gün, 18:01
Elman Nəsirovdan Şərurlu İsfəndiyarın ev təklifinə REAKSİYA
Bu gün, 17:58
BP-nin Azərbaycandakı nümayəndəliyinin 68 milyon manatlıq vergi borcu var
Bu gün, 17:57
Rusiyada Azərbaycan əsilli generala hökm oxundu - BUNA GÖRƏ...
Bu gün, 17:55
“Fransa Ukrayna cəbhəsində pay qazanmağa çalışır” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:54
Azərbaycan şirkəti müflisləşir
Bu gün, 17:53
Fiaskoya uğrayan "sülh planı" – Hamı başa düşəcək, Trampdan başqa...
Bu gün, 17:52
Sabiq icra başçısı külli miqdarda borca düşdü - BUNA GÖRƏ
Bu gün, 17:48
"Paris Mebel"də oğurluq - İşçi müdirin otağından seyfi soydu
Bu gün, 17:47
Şəkər dünyada ucuzlaşır, Azərbaycanda bahalaşır – Son rəqəmlər
Bu gün, 17:46
“Xəyal Adası” MMC-də səhmdar dəyişikliyi baş verib
Bu gün, 17:45
“Ramiz Mehdiyevin əli 50-dən çox adamın qanına batıb” - İTTİHAM
Bu gün, 17:43
AQTİ-də qalmaqal: Qoşqar Təhməzli onu işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 17:41
Çörək yolunun əvəzinə... - “iki qəpiklik” təklif və arxasındakı böyük hiylə
Bu gün, 17:29
Mehdiyevlə bağlı daha bir MÜƏMMA - Rəsmi qurumlar indiyədək niyə susur?
Bu gün, 15:43
Milyonçu qardaşların işində yenilik - TƏFƏRRÜAT
Bu gün, 15:40
YAP-ın qurucularından olan Əli Əlirzayev sükutu pozdu - “Ramiz bunu mənə qarşı etməməli idi”
Bu gün, 15:37
Avropa Parlamentinin deputatı İrəvanda Ermənistan hakimiyyətini tənqid edib - Ermənistan mediası
Bu gün, 15:23
BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
Bu gün, 15:19
Göyçay Xəstəxanasında KT aparatı 500 manata görə işləmir! - ETİRAZ VAR...
Bu gün, 15:17
“Yeni ulduz”un finalçısı musiqiyə qayıtdı - VİDEO
Bu gün, 14:31
Ramiz Mehdiyevin 50 nəfərlik xəyanət çetesində kimlər yer alıb? - İLGİNC
Bu gün, 14:29
“Bu ruhanilər məsuliyyət daşımalıdır” – Paşinyanın partiyasından sərt reaksiya
Bu gün, 14:10
“O, “rajok”la üstünə getsə də, Sənan kolbasa bıçağına əl atıb” - TƏFƏRRÜAT
Bu gün, 13:02
Qazaxıstan "Lukoil"la bağlı bir neçə həftə ərzində qərar qəbul edə bilər
Bu gün, 13:00
"Mən ona şantajla heç nə aldırmamışam" - Tiktoker "Bəniz" məhkəmədə üsyan etdi
Bu gün, 12:48
Ulduzlararası ziyarətçi: Kometdir, yoxsa UNO? – NASA nə deyir?
Bu gün, 12:46
Monteneqroda insidentə görə onlarla azərbaycanlı saxlanıldı - “Mümkün qədər çölə çıxmamağa çalışırıq”
Bu gün, 12:42
Tenderlərə ayrılan pulları ehtiyacları üçün xərcləyən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:38
Fəzail Ağamalının gizlətdiyi oğlu üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ
Bu gün, 12:35
“Axmaq vəziyyət qurşaqdan aşağı hırıldatmaqdır” - Qalmaqal
Bu gün, 12:33
Doğrudanmı, Azərbaycandan Rusiyaya "çevriliş məktubu"göndərilib?! - AKTUAL
Bu gün, 12:29
Lerikdə qohumlar arasında dava - XƏSARƏT ALAN VAR
Bu gün, 12:22
"Toyda 26 min dollar şabaş yığdım"
Bu gün, 12:17
“Qeybət olan verilişlərə getmirəm, özümü orada görmürəm, camaat bezib...”
Bu gün, 12:14
Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” - QALMAQAL
Bu gün, 12:05
AQTA-nın “qəssabxana”larda əməliyyatlar keçirməsi narazılıq yaratdı – “Qurumun supermarketlərə gücü çatmır, amma...”
Bu gün, 12:01
Ailə üzvlərinə işgəncə verən, atasını döyərək öldürən şəxs - “Nümunəvi atayam, hadisə zamanı sərxoş idim”
Bu gün, 11:57
Tural Sultanov dənizə niyə düşüb? - Həkimin gəmidə yoxa çıxmasının YENİ TƏFƏRRÜATI
Bu gün, 11:55
Elm və Təhsil Nazirliyinin şübhəli akademiya ilə əməkdaşlığı - 24.900 dollara alınan fəxri adlar
Bu gün, 11:52
Ramiz Mehdiyev onu BAŞ NAZİR KİMİ GÖRÜRMÜŞ... - İLGİNC İDDİA
Bu gün, 11:43
Bakıda bağlanan “Rus evi”nin ŞOK planı – Yeni həmlə
Bu gün, 11:29
Villasında ayrıca iclas salonu yaradıb, tribuna qurubmuş - İLGİNC
Bu gün, 11:21
38 saylı tam orta məktəbdə NATAMAM İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 11:12
Dövlətə xəyanətdə və Fransaya casusluqda ittiham olunan şəxslərin məhkəməsində şahidlər ifadə verdi – Yeni faktlar açıqlandı
Bu gün, 11:03
Putin 44 günlük müharibədə İrəvandan bunu tələb edib - KİV
Bu gün, 11:00
Masallıda əməlli-başlı `QAZ BAZARI` açıblar... - vətəndaşı QAZ KİMİ YOLURLAR...
Bu gün, 10:50
Naxçıvanda şagirdin döyülməsi İŞİ: saxta izahatlar alınıb... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Ramiz Mehdiyev nevropsixoloji müayinədən keçirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru