Rostov hərbi məhkəməsi Rusiya Milli Qvardiyasının maddi-texniki təminat şöbəsinin keçmiş rəisi, ehtiyatda olan general-mayor Mirzə Mirzəyevi 140 milyon rubldan çox rüşvət almaqda ittiham edərək 9 il müddətinə həbs cəzasına məhkum edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Baş Hərbi Prokurorluğu məlumat yayıb.
Məlumata görə, məhkəmə Mirzəyevi beş il müddətinə dövlət qulluğunda və ya yerli özünüidarəetmə orqanlarında təşkilati və inzibati funksiyaların yerinə yetirilməsi ilə bağlı müəyyən vəzifələr tutmaq hüququndan məhrum edib.
Qeyd edək ki, Mirzə Mais oğlu Mirzəyev azərbaycanlıdır.















