Məlum olduğu kimi, bir neçə gündür millət vəkili Elman Nəsirovun qızı Laləzər Əliyeva ilə arasında problemlər yaşanıb və mediaya yansıyıb.
Laləzər Əliyevanın elədiyi şikayətlərdən biri də ev probleminin olması ilə bağlı idi. “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov millət vəkilinin qızı Laləzər Əliyevaya evsizlik problemi ilə bağlı yardım təklif edərək, ona 5 il müddətinə yaşamaq üçün ev verməyə hazır olduğunu deyib.
İş adamı yayılan məlumatı “Cebheinfo.az”a təsdiqləyib. Millət vəkili Elman Nəsirovun bu təklifə münasibətinin necə olduğunu öyrənmək istədik. Elman Nəsirov “Cebheinfo.az”a açıqlamasında deyib ki, onun üçün bu mövzu bağlanıb.















