“Xəyal Adası” MMC-də səhmdar dəyişikliyi baş verib.
"DİA-AZ" bu barədə şirkətin illik hesabatına istinadən xəbər verir.
Məluamta görə şirkətin 2023-cü ildə 100 milyon manat nizamə kapitalında 30% pay sahibi olan “Agro Land Development” MMC payı 2024-cü ildə “Klovan” MMC-yə keçib.
Digər səhmdar, yəni 70% üzrə sahib olan “Global Agro Industry FZCO”nin payı isə dəyişməz qalıb.
Bildirək ki, cəmiyyətin nizamnamə kapitalı 2019-cu ilin Fevral ayında 10 000 000 manatdan 100 000 000 manata yüksəldilmişdir.
Cəmiyətin aşağıdakı törəmə müəssisəsi vardır:
1. “SUBİS SUN Beynəlxalq Məktəbi” MMC- Nizamnamə kapitalı 500 000 AZN, 100%-pay sahibliyi ilə nəzarət edir.
2. “SUBİS SUN Beynəlxalq Uşaq bağçası” MMC-Nizamnamə kapitalı 100 000 AZN, 100%-pay sahibliyi ilə nəzarət edir
3. 19 Catering MMC-in Nizamnamə kapitalı 50 000 AZN, 100% pay sahibliyi ilə nəzarət edir















