Avropa Parlamentinin deputatı Naço Sançes Amor Ermənistanda hakimiyyətin müxalifətə qarşı başlatdığı cinayət işlərini tənqid edib.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, o, Avronest Parlament Assambleyasının İrəvanda keçirilən iclasında bu məsələyə toxunub.
İspaniyanı təmsil edən deputat bildirib ki, Avropa İttifaqına üzv olmağa iddialı bir ölkədə insanların sosial şəbəkə yazıları səbəbindən təqib olunması və həbs edilməsi qəbuledilməzdir.
Hakimiyyəti təmsil edən deputat Sarqis Xandanyan Sançes Amorun sözlərinə cavab olaraq Rusiyanı ittiham edərək “Ermənistana yardım etmək üçün insanları göndərmək və ölkəyə təsir göstərmək cəhdləri”ndən danışıb.















