"Şikayətim "Qala sığorta" şirkətindəndir". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımda giley olunur.
Xatırladaq ki, "Qala Sığorta"nın barəsində ən çox şikayət olunan şirkətlərdən olduğu dəfələrlə yerli KİV-də tirajlanıb. Və çoxdan bəllidir ki, sığorta sekoturunun "QALA"sı çürük çıxıb...
Elə bunlara diqqət yönəldən narazı vətəndaş daha sonra bildirir:
"Kasko sığorta olunan maşınla nəqliyyat hadisəsi baş verib. 700 manata yaxın xərci var. Amma "Qala Sığorta"dan deyirlər ki, cəmi-cümlətanı 30 manat ayıra bilərik".














