İranın ABŞ ilə növbəti danışıqlarda iştirakı məsələsi hələlik müzakirə mərhələsində qalır.
Teleqraf xəbər verir ki, Tunisdə fəaliyyət göstərən İran səfiri Mir Məsud Hüseyniyan bildirib ki, danışıqların vaxtı və keçiriləcəyi yer Vaşinqtonun atacağı addımlardan asılı olacaq.
Diplomat qeyd edib ki, yekun qərar bölgədəki vəziyyətin inkişafı və diplomatik məsləhətləşmələrin nəticələri nəzərə alınaraq açıqlanacaq.
Onun sözlərinə görə, İranın danışıqlarda iştirakı ABŞ tərəfinin davranışından birbaşa asılıdır.
Səfir həmçinin vurğulayıb ki, tərəflər arasında mövqelərin ciddi şəkildə fərqlənməsi, eləcə də Vaşinqtonun təzyiq siyasəti növbəti mərhələnin vaxtı və məkanının müəyyənləşdirilməsində əsas rol oynayır.








