"Azəriqaz İB-nin dörd növbəli iş rejimində tətbiq olunan ədalətsiz növbə bölgüsü ilə tanış olaq..." "DİA-AZ" xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında SOCAR Azəriqaz İstehsalat Birliyinin Aysu adlı işçisi paylaşıb.
Narazı vətəndaş daha sonra bildirir: "4 ay ərzində qeyri-qanuni gecə növbələrinin gündüzlə əvəzlənməsi əmək hüquqlarımızı kobud şəkildə pozur, Baş dispetçerlərin və "WhatsApp" xidməti personalının bu qrafikdən kənarda qalmasının səbəbini Azər Məmmədov izah edə bilmir.
Tələb edirik ki, ay ərzində gecə növbələrinin gündüzlə əvəzlənməsi qaydası istisnasız olaraq bütün növbəli çalışan heyətə şamil edilsin. İş vaxtının bölgüsündəki bu imtiyazlı yanaşma dərhal aradan qaldırılmalıdır..."








