İrandan Ərdoğana Zəngəzur cavabı .....                     Zaur müəllim gələndən 1100 nəfər ixtisara düşüb: DAVAMI VAR... .....                     Kürdəmirdə 12 erkən nikahın QARŞISI alındı .....                     Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər .....                     “Azercell”in yeni qərarı bir daha sübut etdi ki, Azərbaycanda iqtisadi model normal deyil .....                     “Sherlock”da hesab üstündə dava .....                     Bakıda bu binalar da sökülə bilər .....                     SOCAR-ın tenderləri kimlərin cibinə gedir? .....                     Azərbaycanlı deputat ölkədən qaçdı, mandatı əlindən alınır .....                     Culfada separatçı bayraqlar .....                     Çoşqundan gənc aktyorlara İRAD .....                     AZAL Təbrizə birbaşa uçuşlar açır və Tehran istiqamətində reyslərin sayını artırır .....                     "Bəs niyə bu torpağı bələdiyyə mənə satmışdı?" .....                     “Hörümçək toru”, yoxsa “Dilkəsdi” əməliyyatı .....                     Turizm Agentliyi də hind turistlərdən imtina etdi... .....                     Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir .....                     II Qaregin Paşinyanın ittihamına cavab verə bilmədi .....                     Gömrükdə ciddi islahat gözlənilir .....                     Ermənistan Polisinə yeni rəis təyin olunub .....                     İrəvanın səmimiyyətinə şübhə və: sülh mesajları fonunda savaşa hazırlıq .....                     Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar .....                     Pezeşkian türk diplomatı Bakıya göndərir .....                     Ölkədə sağlam ruhlu gənclik yetişir .....                     Bu gün idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər .....                     Paşinyanın yubiley məclisi: .....                     Azərbaycan şirkəti səhmdarlarını yığıncağa çağırır .....                     Separatçıların “şər yuvaları” tarixdən silinir .....                     Təkcə “Taurus” yox... .....                     Bizləri hədəfə alan BAHALAŞMA BUMU .....                     Abşeronda kişi 110 manat borca görə döyüldü .....                     İranın yeni səfiri əvvəllər də Azərbaycanda işləyibmiş .....                     Rusiyada anti-Azərbaycan isteriyası .....                     “Nar” uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu .....                     Gözlər Xankəndidə: 10 ölkə Qarabağa niyə toplaşır? .....                     Şəmkir xəstəxanasının baş həkimini öldürmək istədilər .....                     Toy etmək istəyənlərin nəzərinə: Yeni qayda gələ bilər .....                     Saatlıda 59 yaşlı kişi hansı vəzifəli şəxsə rüşvət verib? .....                     `Azercell`ə qarşı TOTAL ETİRAZLAR .....                     Dərs yükü ağır, imtahan çətin… .....                     "Rusbaş" Saleh Səmədovu BU CƏZA gözləyir .....                 

Tehran xəbərdarlıq mesajı ilə hesablaşmaq məcburiyyətindədir - Ərdoğanın İrana Zəngəzur mesajı
Tarix: 1-06-2025, 06:53 | Çap et

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizindən danışıb. Ərdoğan bildirib ki, Zəngəzur dəhlizi Azərbaycan və Naxçıvan üçün təkcə quru yolu deyil, həm də Türkiyə üzərindən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Vurğulayıb ki, bu dəhlizin qısa müddətdə açılması Cənubi Qafqazda nəqliyyat və enerji infrastrukturunu gücləndirəcək: "Biz qonşumuz İranın bölgəmizdə sülhə və inkişafa xidmət edəcək bu addımları dəstəkləyəcəyini gözləyirik. Çox istərdik ki, onlar bu “qazan-qazan” prinsipindən faydalansınlar. Atılan hər bir addım, hər açılan qapı, dəhliz iqtisadi fayda ilə bərabər, sonda ölkələri bir-birinə daha da yaxınlaşdıracaq". Ərdoğan əlavə edib ki, Türkiyə Cənubi Qafqazda sülh və əmin-amanlıq görmək istəyir: "Regionda daimi sülhün mövcudluğu hamının xeyrinə olacaq. Azərbaycan və Ermənistan arasında sülh artıq üfüqdədir və bundan məmnunuq. Bu prosesi yaxından izləyirik, lazımi töhfəni veririk. Əldə olunacaq sülh Azərbaycan, Ermənistan və ölkəmiz üçün də dəyərli olacaq. Biz də Ermənistanla diqqətli bir normallaşma prosesini yaşayırıq. Həm sülhdən, həm də normallaşmadan ölkələrimizin fayda qazanacağını da görəcəyik. Odur ki, bununla bağlı zərrə qədər narahatlıq yoxdur".

Ərdoğanın açıqlamasını Sherg.az-a təhlil edən politoloq Elçin Xalidbəyli deyib ki, Zəngəzur dəhlizi türk dünyası üçün böyük önəm daşıyır. Ekspert diqqətə çatdırıb ki, türk dünyasının və türk dövlətlərinin inteqrasiyasında həlledici faktorlardan biri məhz Zəngəzur dəhlizidir:

"Böyük ehtimalla, yaxın gələcəkdə bu nəqliyyat-kommunikasiya xətti açılacaq. Dəhlizin açılmasında Avropa və Asiya ölkələri də maraqlıdır. Bu yol Orta Dəhlizin əsas komponentlərindən biridir. Zəngəzur dəhlizi Avropa qitəsini Asiya qitəsi ilə birləşdirəcək önəmli nəqliyyat-kommunikasiya xəttidir. Dəhlizin açılmasına müqavimət göstərənlər olsa da, daha böyük qlobal güclər fəaliyyətə başlamasında maraqlı olduqlarını açıq bəyan edirlər. Xüsusən, Avropanın inkişaf etmiş ölkələri, Çin başda olmaqla Asiyanın aparıcı dövlətləri Zəngəzur dəhlizinə böyük önəm verirlər. Türkiyə Prezidenti R.T.Ərdoğanın dedikləri də ciddi əhəmiyyət kəsb edir".

E.Xalidbəyli vurğulayıb ki, Ərdoğanın açıqlamasında İrana dolayısı yolla, üstüörtülü şəkildə xəbərdarlıq mesajı verildi:

 "Ərdoğan İranın nəzərinə çatdırır ki, Tehran hökuməti Zəngəzur dəhlizinin işə düşməsinə maneə göstərsə də, Zəngəzur dəhlizi istənilən halda açılacaq və İran bu reallıqla barışmaq məcburiyyətində qalacaq. Zəngəzur dəhlizinin açılmasında Türkiyə də maraqlıdır. Ankara Tehranı balanslaşdırma gücünə malik güclü NATO dövlətidir. Türkiyə prezidenti İrana mesaj verir ki, müqavimət göstərmək, etiraz etmək tamamilə mənasızdır. Türkiyə Azərbaycanla birlikdə bu dəhlizin işə düşməsinə nail olacaq, heç kim qarşısını ala bilməz. Ərdoğan Zəngəzur dəhlizinin önündəki əngəllərdən birini tam dəqiqliyi ilə işarə etdi, rəsmi Tehrana mesajını göndərdi. Rəsmi Tehran xəbərdarlıq mesajı ilə hesablaşmaq məcburiyyətindədir".

Analitik hesab edir ki, əslində, Ermənistan da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır: 

"Ermənistanın blokadadan çıxmasında bu dəhliz xüsusi rol oynayacaq mühüm geoiqtisadi layihədir. Zəngəzur dəhlizi ilə bərabər digər nəqliyyat-kommunikasiya xətlərinin açılması da reallaşa bilər. Ermənistanda radikal-revanşist qüvvələr buna qarşı çıxırlar. Paşinyan hakimiyyəti dəhlizin hələlik Azərbaycanın şərtləri daxilində açılmasına cəsarət edə bilmir və sülh sazişindən sonrakı mərhələyə saxlamaq istəyir. Böyük ehtimalla, sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında əsas müzakirə mövzusuna çevriləcək".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrandan Ərdoğana Zəngəzur cavabı - Tehran da onu deyirsə...
Bu gün, 12:13
Zaur müəllim gələndən 1100 nəfər ixtisara düşüb: DAVAMI VAR... - BELƏ DAVAM ADARSA...
Bu gün, 12:08
Kürdəmirdə 12 erkən nikahın QARŞISI alındı - AÇIQLAMA
Bu gün, 12:04
Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər - İLGİNC FAKTLAR
Bu gün, 11:59
“Azercell”in yeni qərarı bir daha sübut etdi ki, Azərbaycanda iqtisadi model normal deyil – Tahir Kərimli
Bu gün, 11:51
“Sherlock”da hesab üstündə dava - Xanım müştəri həbs edildi
Bu gün, 11:45
Bakıda bu binalar da sökülə bilər – Dəyişiklik gözlənilir
Bu gün, 11:39
SOCAR-ın tenderləri kimlərin cibinə gedir? - Security Operation Services MMC-də qaranlıq iddialar
Bu gün, 11:19
Azərbaycanlı deputat ölkədən qaçdı, mandatı əlindən alınır - TƏFƏRRÜAT
Bu gün, 11:11
Culfada separatçı bayraqlar - ermənilərin İranda təxribatı
Bu gün, 11:08
Çoşqundan gənc aktyorlara İRAD - “Sənətini püxtələşdir, sonra pulun dalınca get”
Bu gün, 11:01
AZAL Təbrizə birbaşa uçuşlar açır və Tehran istiqamətində reyslərin sayını artırır - DİQQƏT!
Bu gün, 10:56
"Bəs niyə bu torpağı bələdiyyə mənə satmışdı?" - GİLEY
Bu gün, 10:51
“Hörümçək toru”, yoxsa “Dilkəsdi” əməliyyatı - GƏLİŞMƏ...
Bu gün, 10:48
Turizm Agentliyi də hind turistlərdən imtina etdi... - ÇÜNKİ...
Bu gün, 10:45
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir - “TRT Haber”
Bu gün, 10:38
II Qaregin Paşinyanın ittihamına cavab verə bilmədi
Bu gün, 10:33
Gömrükdə ciddi islahat gözlənilir - Şahin Bağırov isə...
Bu gün, 10:31
Ermənistan Polisinə yeni rəis təyin olunub - “Armenpress”
Bu gün, 10:25
İrəvanın səmimiyyətinə şübhə və: sülh mesajları fonunda savaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 10:23
Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar - TƏFƏRRÜAT
Bu gün, 10:20
Pezeşkian türk diplomatı Bakıya göndərir - GƏLİŞMƏ
Bu gün, 10:13
Ölkədə sağlam ruhlu gənclik yetişir - MƏQALƏ
Bu gün, 10:10
Bu gün idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:08
Paşinyanın yubiley məclisi: - “Gecəyə kimi yeyib içdilər və…”
Bu gün, 09:52
Azərbaycan şirkəti səhmdarlarını yığıncağa çağırır
Bu gün, 09:41
Separatçıların “şər yuvaları” tarixdən silinir - LAZIM İDİ...
Bu gün, 09:35
Təkcə “Taurus” yox... - Ukrayna üçün daha çox raket
Bu gün, 09:30
Bizləri hədəfə alan BAHALAŞMA BUMU - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:24
Abşeronda kişi 110 manat borca görə döyüldü - MƏHKƏMƏ
Bu gün, 09:15
İranın yeni səfiri əvvəllər də Azərbaycanda işləyibmiş - DOSYE
Bu gün, 09:06
Rusiyada anti-Azərbaycan isteriyası - daha bir irqçi çıxış, Bakıdan sərt reaksiya...
Bu gün, 09:04
“Nar” uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu - FOTO
Bu gün, 09:00
Gözlər Xankəndidə: 10 ölkə Qarabağa niyə toplaşır? - GƏLİŞMƏ
Bu gün, 08:55
Şəmkir xəstəxanasının baş həkimini öldürmək istədilər – ŞOK FAKTLAR
Bu gün, 08:51
Toy etmək istəyənlərin nəzərinə: Yeni qayda gələ bilər - AKTUAL
Bu gün, 08:49
Saatlıda 59 yaşlı kişi hansı vəzifəli şəxsə rüşvət verib? – MƏHKƏMƏ
Bu gün, 08:48
`Azercell`ə qarşı TOTAL ETİRAZLAR - BOYKOTA ÇAĞIRIŞ...
Bu gün, 08:45
Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi
Bu gün, 08:33
"Rusbaş" Saleh Səmədovu BU CƏZA gözləyir - AÇIQLAMA
Bu gün, 08:31
Paşinyan çəkinmədən aktiv və gəlirləri haqqında bəyannaməni Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təqdim etdi... - "Armtimes"
Bu gün, 08:28
İcra başçısının qardaşı dünyasını dəyişib
Bu gün, 08:26
Maddi hüquq normaları... - Ekspert danışır
Bu gün, 08:16
MODERN SAVAŞI ilk tətbiq edən BAKI: Ukrayna təcrübəsi də yarandı... - Bundan sonra nə edəcəyik...
Bu gün, 08:10
Qiymətlərlə bağlı kəskin dəyişiklik olacaq – Bu tarixdən…
Bu gün, 07:06
Bu memorandum əsasında sülh sazişi imzalana bilər - KİV
Bu gün, 07:03
Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı - Burası Azərbaycandır...
Bu gün, 06:49
Dövlət Sosial Müdafiə Fondunun Binəqədi nümayəndəliyinin vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 06:41
Tehran Zəngəzur dəhlizindən qorxur - FAKT BUDUR!
Bu gün, 06:39
Dövlət çətiri altında OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru