Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…” .....                     Quru sərhədləri ilə bağlı mühüm açıqlama .....                     "Qardaşım özünü öldürsə, KİM CAVAB VERƏCƏK?" .....                     Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri .....                     "Məni Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar" .....                     "AUTODOC AS COMPANY" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Şeyxin kürəkəni olan səfir azərbaycanlıları tədbirə buraxmayıb .....                     Parisin “konsul oyunu”: Cənubi Qafqaza yürüş, yoxsa Bakıya mesaj? .....                     Araz Musayevdən sensasion müraciət: 'Azərbaycana gəlməyə qorxuram...' .....                     "O məzar mənim üçün məktəbdir, dərsdir, ibrətdir..." .....                     Lerikdə itkin düşmüş 35 yaşlı kişini öldürməkdə şübhəli bilinən qazi saxlanılıb .....                     “Vətən müharibəsində on min düşmən əsgəri “ağıllı tərpənərək” aradan çıxdı” .....                     “Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” .....                     Tanınmış həkim nazirliyi heçə saydı, video paylaşdı .....                     Qərbi Azərbaycan İcmasından anlaşılmaz addım: Vəsiqə paylayan təşkilat? .....                     Kiyevə sülh lazım deyil .....                     Rusiya və Ukrayna arasında humanitar kanallar üzrə real irəliləyiş var .....                     Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi: Qohumları onu təhdid edir? .....                     Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma .....                     “Nəsibə xanım burada olub, bu evi necə satım? .....                     Ermənistanda Azərbaycan postuna tapança tuşlayan şəxsə qarşı cinayət işi açılıb .....                     İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir .....                     Ölkəni silkələyən 2 milyardlıq araşdırma: .....                     Son bir ildə Azərbaycanda 64 orta məktəb bağlanıb .....                     Ukraynaya hücumlarda İran və Şimali Koreya silahları istifadə olunur .....                     Azərbaycan-Ermənistan danışıqları başlayıb? .....                     ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib .....                     Bakıda üç narkotik istifadəçisinin şok əməlləri: “Sovetski”dən adam oğurladılar, dənizdə... .....                     SOCAR-a yaxın daha bir şirkət təsis edilib .....                     Azadə Hüseynovaya vəzifə verildi .....                     Ərdoğanla Pezeşkian regional və qlobal məsələləri müzakirə edib .....                     “Qumar kralı”nın həbsi uzandı .....                     Ermənistan polisinin 10 əməkdaşı narkotik istifadəsinə görə işdən qovulub .....                     “Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” .....                     “Milyonlarla istifadəçisi var, amma böyük məbləğlərlə qazanmaq üçün hər şeyi hesablayıb” .....                     Ermənistan hakimiyyətində demokratik böhran dərinləşir .....                     “AXC xalqla yox, mafiya ilə işləyirdi” .....                     Ermənistan Baş nazirindən etiraf: .....                     Bakıda tikiləcək yeni parkın layihə sənədlərinə 2,4 milyon xərclənəcək .....                     “Kredit Servis BOKT”nin mənfəəti azalıb .....                 

Gözlər Xankəndidə: 10 ölkə Qarabağa niyə toplaşır? - GƏLİŞMƏ
Tarix: 3-06-2025, 08:55 | Çap et

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Darla Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvəsini müzakirə edib. Bildirilib ki, telefon danışığı əsnasında Pakistanın baş diplomatı “bu həftənin əvvəlində Azərbaycana səfəri zamanı göstərilmiş səmimi qonaqpərvərliyə görə xarici işlər nazirinə təşəkkür edib”.

“Hər iki nazir 2025-ci ilin iyul ayının əvvəlində Azərbaycanda keçiriləcək İƏT Zirvəsinin təfərrüatlarını, iştirakçılarını və mexanizmlərini müzakirə ediblər”, - press-relizdə diqqətə çatdırılıb.

Qeyd edək ki, İƏT-in 17-ci Zirvəsi 3-4 iyul tarixlərində Xankəndi şəhərində keçiriləcək. Builki mövzu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıq barədə olacaq

Qeyd edək ki, 2023-cü ilin noyabrında Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilib.

Beynəlxalq iqtisadi toplantının Xankəndidə təşkili əlamətdar hadisədir. Bu həm də Xankəndini diqqət mərkəzinə gətirir. 30 ildən çox separatizmə yuva olmuş bu Azərbaycan şəhərində heç bir rəsmi tədbir və yaxud beynəlxalq konfrans keçirilməyib. Ordumuz şəhəri xunta rejimindən təmizlədikdən sonra Xankəndidə qanuni idarəetmə qurulub.

1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb.

Təşkilatın məqsədi davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsidir.

Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra - 1992-ci ildə təşkilata üzv olub. Hazırda mənzil-qərargahı Tehranda yerləşən İƏT-in 10 üzvü var - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İran.

İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir.

1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.

2023-cü ilin yanvarında təşkilata sədrlik Özbəkistandan Azərbaycana keçib. Azərbaycan “İƏT-ə üzv dövlətlər arasında ticarət əməkdaşlığına dair Çərçivə Sazişi”, “İƏT regionunda tranzit nəqliyyat haqqında Saziş”, “İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş” kimi sazişlər imzalayıb. Bu sazişlərin məqsədi üzv dövlətlər arasında iqtisadi əməkdaşlığı gücləndirmək və daxili ticarəti inkişaf etdirməkdir. Nazirlər Şurasının 21-ci iclasında Bakıda İƏT Araşdırma Mərkəzinin yaradılması haqqında qərar qəbul edilib.

Qeyd edək ki, son illərdə dünyada regional əsaslı birliklərin fəallaşması və əhəmiyyətinin artması müşahidə olunur. Eyni coğrafi məkanda yerləşən dövlətlərin sərhəd və milli yaxınlığı əməkdaşlıq üçün geniş perspektivlər açır. Sərhədyanı regionların inkişafı, beynəlxalq ticarətə inteqrasiya, nəqliyyat və tranzit sahələrdə əməkdaşlıq iqtisadi inkişafa, mehriban qonşuluğa və fövqəladə vəziyyətlərdə qarşılıqlı yardıma yüksək imkanlar yaradır.

Hazırda İƏT-ə üzv olan ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır. Bu o deməkdir ki, təşkilat həm region, həm də istehlakçı potensialı baxımından kifayət qədər ciddi potensiala malikdir. Bu potensialına görə təşkilatın böyük perspektivi olduğu hesab edilir. İƏT üzvləri arasındakı illik ticarət dövriyyəsi 76 milyard dollara çatır.

Azərbaycan təşkilatın demək olar ki, bütün üzvləri ilə sıx inteqrasiya, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi siyasəti yürüdür. Belə ki, Bakı Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla Asiyadan Avropaya yükdaşımaların təşkilini nəzərdə tutan Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində iqtisadi əlaqələrini genişləndirir. Ölkələrin nəqliyyat infrastrukturlarının inteqrasiyası istiqamətində çoxsaylı mühüm layihələr həyata keçirilməkdədir. Regionda marağı olan və faktiki rəqabət aparan Avropa İttifaqı, ABŞ və Çinin dəstəyini əldə edən layihənin inkişaf perspektivləri çox yüksək qiymətləndirilir.

Eyni zamanda Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə Avropaya yaşıl enerji dəhlizinin yaradılması üzərində işləyir. Üç ölkə arasında ötən ilin mayında bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin Azərbaycan üzərindən Avropaya ötürülməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Azərbaycan İranla Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində uğurla əməkdaşlıq edir. Zaman-zaman yaranan fikir ayrılıqları və soyuqlaşmalara baxmayaraq, ölkələr arasında ticarət-iqtisadi əlaqələr dinamikdir. Maraqlıdır ki, Şimaı-Cənub Nəqliyyat Dəhlizinin əsas komponentlərindən biri olan Qəzvin-Rəşt-Astara dəmiryol xəttinin tikintisi məsələsi 2012-ci ildə İƏT çərçivəsində prioritet layihələrdən biri kimi tövsif edilib.

Nəhayət, Azərbaycanın Türkiyə və Pakistanla münasibətləri ictimai-siyasi, sosial, mədəni və iqtisadi həyatın bütün sahələrində yüksək sürətlə inkişaf edir. 44 günlük Vətən müharibəsi dövründə hər iki ölkənin Azərbaycana verdiyi birmənalı dəstək bu ilin mayında Hindistanın aqressiyası ilə üzləşən Pakistana münasibətdə Azərbaycan və Türkiyə tərəfindən sərgilənib. Ötən həftə Pakistanın baş naziri və Türkiyə Prezidenti Azərbaycana gəlib, Şuşada üç dövlətin rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli zirvə görüşü keçirilib, qarşılıqlı əməkdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinə yönəlik mühüm qərarla qəbul edilib.

İƏT üzvü olan ölkələrdən İran, Pakistan və Əfqanıstan istisna olmaqla, qalanlarla Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində də dərin əməkdaşlıq əlaqələrinə malikdir.

Ticarət sahəsində Azərbaycan İƏT-in Ticarət və İnvestisiya Palatası (ECO CCI) vasitəsilə üzv ölkələr arasında ticarət maneələrinin aradan qaldırılmasına və qarşılıqlı investisiya imkanlarının artırılmasına dəstək verib. İƏT çərçivəsində azad ticarət sazişlərinin hazırlanması və gömrük prosedurlarının sadələşdirilməsi kimi təşəbbüslər Azərbaycanın iqtisadi maraqlarına xidmət edir. Ölkənin ixrac potensialı, xüsusilə qeyri-neft sektorunda, İƏT bazarlarında genişlənməyə imkan yaradır. Kənd təsərrüfatı məhsulları, sənaye malları və turizm sektoru Azərbaycanın İƏT ölkələri ilə ticarət əlaqələrində mühüm yer tutur.

İƏT zirvələrinin tarixinə nəzər yetirsək, bu tədbirlərdə həmişə üzv ölkələrin dövlət rəhbərlərinin iştirak etdiyini görürük. Bu baxımdan, İran prezidentinin azad olunmuş Xankəndinə gəlişi mühüm hadisə hesab oluna bilər.

İqtisadçı Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, İƏT zirvəsinin Xankəndidə keçirilməsi daha çox siyasi mənaya malikdir: “Bunun iqtisadi yükündən daha çox siyasi yükü var. Azərbaycanın Xankəndi də daxil olmaqla, işğaldan azad olunmuş torpaqlarımız üzərində suveren hüquqlarının xüsusilə də region ölkələri, İran tərəfindən tanınması, qəbul edilməsi baxımından tədbirin əhəmiyyəti böyükdür. Ümumiyyətlə, təşkilat iqtisadi əməkdaşlıq məqsədilə yaransa da, həmişə daha çox siyasi əlaqələr baxımından əhəmiyyətə malik olub. Elə buna görə də qırx ildən çox yaşı olsa da, üzv dövlətlərin iqtisadi inteqrasiyasında əhəmiyyətli rol oynaya bilməyib, dövlətlər daha çox iki və bir neçə tərəfli münasibətlər çərçivəsində əməkdaşlıq edirlər. Yəni təşkilat daxilində əməkdaşlıq mümkün potensialının az bir hissəsini əhatə edir.

Bu baxımdan, üzvlərin birgə görüşlərinin intensivləşdirilməsinə ehtiyac var. Eyni zamanda bu görüşlərin effektivliyinin artırılması üçün ölçüləbilən nəticələrin əldə olunması vacibdir. Təbii ki, siyasi baxımdan hazırkı şəraitdə Türkiyə, Azərbaycan və Pakistan arasında olan əlaqələrin üst səviyyədə olması, İranın da regionda Azərbaycanın mövqeyini son dövrlərdə açıq şəkildə dəstəkləməsi, hesab edirəm ki, perspektivdə İqtisadi Əməkdaşlıq Təşkilatının 40 il öncə yaranarkən qarşıya qoyduğu hədəflərə çatması üçün münbit şərait yaradır”.

E.Əmirovun sözlərinə görə, sədrlik Azərbaycana keçdikdən sonra təşkilatın fəaliyyətində ciddi canlanma müşahidə edilir: “Azərbaycan təşəbbüskar ölkədir. Heç vaxt hansısa təşkilata üzvlük xatirinə üzv olmur, hansısa birliyə rəhbərlik dövründə aktiv təşəbbüsləri ilə onun fəaliyyətini gücləndirir. Elə Qoşulmama Hərəkatına rəhbərliyi dövründə Azərbaycanın bu qurumun inkişafına verdiyi töhfələri yada salmaq kifayətdir ki, ölkəmizin beynəlxalq müstəvidə üzərinə düşən öhdəlikləri necə böyük məsuliyyətlə icra etdiyini görmək mümkün olsun. Belə aktivliyi Azərbaycan BMT-dən başlayaraq, üzv olduğu 18 beynəlxalq təşkilat, tərəfdaşlıq etdiyi 12 beynəlxalq qurum çərçivəsində nümayiş etdirir: hər zaman təşəbbüskardır, müxtəlif problemlərin aradan qaldırılması istiqamətində konkret təkliflərlə çıxış edir, onların icrasına nail olur. Bu aktivlik İqtisadi Əməkdalıq Təşkilatına sədrliyi dövründə də açıq görünür”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…” - NƏ BAŞ VERİR?
Bu gün, 07:03
Quru sərhədləri ilə bağlı mühüm açıqlama – Yay başladığı üçün…
Bu gün, 07:01
"Qardaşım özünü öldürsə, KİM CAVAB VERƏCƏK?" - İTTİHAM VAR...
Bu gün, 06:52
Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Məni Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar" - 9 qat dünya çempionundan şok MÜSAHİBƏ
Bu gün, 06:31
"AUTODOC AS COMPANY" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:22
Şeyxin kürəkəni olan səfir azərbaycanlıları tədbirə buraxmayıb - İDDİA
Bu gün, 06:19
Parisin “konsul oyunu”: Cənubi Qafqaza yürüş, yoxsa Bakıya mesaj? - Fransa Ermənistanda yeni mövqe qazanmağa çalışır
Bu gün, 05:54
Araz Musayevdən sensasion müraciət: 'Azərbaycana gəlməyə qorxuram...' - Sifarişi verənlər azadlıqdadır?
Bu gün, 05:48
"O məzar mənim üçün məktəbdir, dərsdir, ibrətdir..."
Bu gün, 05:39
Lerikdə itkin düşmüş 35 yaşlı kişini öldürməkdə şübhəli bilinən qazi saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 00:05
“Vətən müharibəsində on min düşmən əsgəri “ağıllı tərpənərək” aradan çıxdı” - AKTUAL
Bu gün, 00:02
“Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” - Ağamirzədən Hacı Aqil Məlikova ETİRAZ
Dünən, 21:39
Tanınmış həkim nazirliyi heçə saydı, video paylaşdı - VİDEO
Dünən, 21:34
Qərbi Azərbaycan İcmasından anlaşılmaz addım: Vəsiqə paylayan təşkilat? - NƏ BAŞ VERİR?
Dünən, 19:04
Kiyevə sülh lazım deyil - Rusiya Prezidenti
Dünən, 19:00
Rusiya və Ukrayna arasında humanitar kanallar üzrə real irəliləyiş var - Lavrov
Dünən, 18:14
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi: Qohumları onu təhdid edir? - TƏFƏRRÜAT
Dünən, 18:01
Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?
Dünən, 17:57
“Nəsibə xanım burada olub, bu evi necə satım? - “Yuxu” filminin çəkildiyi həyətdə...
Dünən, 17:52
Ermənistanda Azərbaycan postuna tapança tuşlayan şəxsə qarşı cinayət işi açılıb - erməni mediası
Dünən, 17:47
İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
Dünən, 17:44
Ölkəni silkələyən 2 milyardlıq araşdırma: - “Mətbuat azadlığı”, “insan haqları” və “demokratiya”...
Dünən, 17:41
Son bir ildə Azərbaycanda 64 orta məktəb bağlanıb – Rayonlar üzrə siyahı
Dünən, 17:37
Ukraynaya hücumlarda İran və Şimali Koreya silahları istifadə olunur - Zelenski
Dünən, 17:33
Azərbaycan-Ermənistan danışıqları başlayıb? – “Real nəticələr ola bilər”
Dünən, 17:31
ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib
Dünən, 17:27
Bakıda üç narkotik istifadəçisinin şok əməlləri: “Sovetski”dən adam oğurladılar, dənizdə... - TƏFƏRRÜAT
Dünən, 17:25
SOCAR-a yaxın daha bir şirkət təsis edilib - DETALLAR
Dünən, 17:21
Azadə Hüseynovaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:17
Ərdoğanla Pezeşkian regional və qlobal məsələləri müzakirə edib
Dünən, 17:06
“Qumar kralı”nın həbsi uzandı - Şikayəti rədd edildi
Dünən, 16:29
Ermənistan polisinin 10 əməkdaşı narkotik istifadəsinə görə işdən qovulub
Dünən, 16:22
“Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” - Ağamirzədən Hacı Aqil Məlikova ETİRAZ
Dünən, 16:17
“Milyonlarla istifadəçisi var, amma böyük məbləğlərlə qazanmaq üçün hər şeyi hesablayıb” - Deputat “Azercell”i tənqid etdi
Dünən, 16:11
Ermənistan hakimiyyətində demokratik böhran dərinləşir - GƏLİŞMƏ
Dünən, 16:05
“AXC xalqla yox, mafiya ilə işləyirdi” - Zərdüşt Əlizadə
Dünən, 16:01
Ermənistan Baş nazirindən etiraf: - Bunu ölüm təhlükəsi altında etdim
Dünən, 15:57
Bakıda tikiləcək yeni parkın layihə sənədlərinə 2,4 milyon xərclənəcək
Dünən, 15:53
“Kredit Servis BOKT”nin mənfəəti azalıb
Dünən, 15:49
“AFB Bank”da SİNFİ BƏRABƏRSİZLİK!!! - İşçi maaşı azalıb, rəhbərlik isə...
Dünən, 15:34
Dövlət qurumu illik audit üçün “RSM Azerbaijan” şirkətini seçdi
Dünən, 15:21
2400 manat gəlirlə kim reklama müftə çəkilməz ki?! - “Çünki o Rasim Balayevdir”
Dünən, 15:18
Nail Mehbalıyev mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:16
Tanınmış hotelin pulunu mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 15:11
Daha bir tiktoker azadlığa buraxıldı
Dünən, 15:10
İctimaiyyətdən “Azercell”-ə etirazlar davam edir - DETALLAR
Dünən, 13:11
Nazir müavininin anası 103 yaşında vəfat edib
Dünən, 13:09
Moskvada çeçenlərin oğurladığı şəxsin həyatında Azərbaycanın rolu... - TƏFƏRRÜAT
Dünən, 13:06
Müğənninin ƏN BÖYÜK ARZUSU: - “İstəyirəm, pullarımı ora xərcləyim”
Dünən, 12:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru