Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yaxın daha bir şirkət təsis edilib.
Banker.az-ın əldə etdiyi xəbərə görə, bu, “SOCAR Dunqa” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Şirkət Dövlət Vergi Xidməti tərəfindən 30 may 2025-ci ildə dövlət qeydiyyatına alınıb.
“SOCAR Dunqa”nın qeydiyyat ünvanı Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev.121-da (SOCAR Tower) yerləşir.
Şirkətin nizamnamə kapitalı 1000 manat olmaqla ona Ramil Pənahov Məhərrəm oğlu rəhbərlik edəcək.
Xatırladaq ki, bundan öncə isə “SOCAR Zone I” və “SOCAR BTBK” MMC-lər dövlət qeydiyyatına alınıb.