İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                 

“Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” - Hafiz Hacıyev
Tarix: 6-06-2025, 12:24 | Çap et

İyunun 3-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin Qarabağa növbəti, sayca yeddinci birgə səfəri baş tutub. Məhz Cəbrayıl və Zəngilan rayonlarına təşkil olunan bu növbəti birgə səfər, siyasi dialoqun təşviqi, milli həmrəyliyin möhkəmləndirilməsi və azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin yerində izlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident Administrasiyasının təşəbbüsü ilə reallaşan layihə təkcə siyasi partiyalararası dialoqu dərinləşdirmir. Eyni zamanda müxtəlif ictimai-siyasi institutların Qarabağda aparılan yenidənqurma proseslərinə birbaşa şahidlik etməsini təmin edir. İşğaldan azad edilmiş torpaqlara səfər edən partiya rəhbərləri də yüksək təəssüratla geri dönüblər. Budəfəki səfər turunda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də olub. Partiya rəhbəri qəzetimizə müsahibəsində Cəbrayıl və Zəngilanda həyata keçirilən quruculuq-bərpa prosesinin, görülən işlərin kifayət qədər yüksək səviyyədə olduğunu bildirib..
 
- Hafiz müəllim, budəfəki səfər təəssüratlarınız necə oldu? Cəbrayıl və Zəngilanda nələr gördünüz?
- Budəfəki səfərimizdə tamam başqa mənzərənin şahidi olduq. Millətin öz yurduna, dədə-baba torpaqlarına böyük istək və hörmətlə qayıtması, məskunlaşması bizi çox sevindirdi. Cəbrayılda yeni salınmış yaşayış məntəqəsində olduq, tikiş fabrikində qadınların çalışdığını görmək çox xoş oldu. Yeni infrastrukturlar yaradılıb, yeni elektrik stansiyaları tikilib. Çox böyük işlər görülüb. Cəbrayıl və Zəngilan o qədər gözəlləşib ki, sabah hamı getmək istəsə, onları yerləşdirməyə torpaq tapılmayacaq. Yeni iş yerləri açılır, yollar salınır, abadlıq işləri sürətlə gedir. Bu gün öz yurdlarına geri dönən qardaş-bacılarımız artıq təsərrüfatla məşğul olurlar, qapı-bacalarında özləri üçün toyuq-cücə saxlayırlar. İstixanalar fəaliyyət göstərir. Gördüklərimiz bizi ruhlandırdı. Cənab Prezident sağ olsun ki, bu işlərin görülməsinə birbaşa rəhbərlik edir, təlimatlarını verir. Təsəvvür etməzdim ki, müharibədən sonra qısa müddətdə bu qədər nəhəng işlər görülə bilər. Biz də öz təkliflərimizi verdik, istəyirik ki, orada görülən işlərə müəyyən köməkliyimiz dəysin, yardımçı olaq. Amma onsuz da görüləsi elə çox iş qalmayıb. Çox böyük masştablı işlər görülüb və görülməkdə davam edir. Zəngilan və Cəbrayıl belə sürətli quruculuq işləri ilə çox qısa müddətdə ən qabaqcıl rayonlar, şəhərlər sırasında olacaq.
 
- Hansı təklifləri verdiniz? İşğaldan azad edilmiş torpaqlarımızda daha hansı işlər görülsə yaxşı olar?
- Məsələn, Zəngilan rayonunda su hövzələri, vətəgələr var. Cəbrayıl rayonunda böyük bir göl var. Həmin göldə 500-600 ton farel balığı yetişdirmək olar. Prezidentin səlahiyyətli nümayəndəsi hörmətli Vahid Hacıyevə, Prezident Administrasiyasının şöbə müdiri hörmətli Ədalət Vəliyevə dedim ki, bu işdə bir mütəxəssis kimi onlara kömək edə bilərəm. Partiya sədrlərinin, deputatların da əksəriyyəti təklifimi bəyəndilər, razılaşdılar. Millət vəkili, BAP sədri Elşad Musayev efirdə çıxışı zamanı təklifimin təqdirəlayiq olduğunu dedi. İldə 5-10 milyon, 20 milyon manat balıqçılıq sənayesindən gəlir götürmək mümkündür. Göllərdə, vətəgələrdə nərə (asatrin), ağ balıq (beluqa) yetişdirilə bilər. Qara kürü istehsal edə, balıq satışını gücləndirə bilərik. Hər rayondan 50-60 milyon manat pul götürmək mümkündür. Hətta dedim ki, öz xərcim hesabına bu işləri görə bilərəm. Orada balıq konservi zavodu da yaratmaq olar. Bu sahədə böyük təcrübəm var, sovet vaxtı, müstəqillik dövründə mühüm vəzifələrdə çalışmışam, nazir olmuşam. Sevindirici məqam odur ki, rayon rəhbərliyinin özləri də təsərrüfat işləri ilə məşğul olurlar. Yeni salınmış qəsəbələrdə, kəndlərdə xalqın arasında yaşayırlar. Camaat da görür ki, rayonun səlahiyyətli nümayəndələri kənddə yaşayır, toyuq-cücə saxlayırlar, ağac əkirlər, torpaqlarında meyvə-tərəvəz, pomidor-xiyar yetişdirirlər. İnsanlar da onlara baxıb torpaqdan ikiəlli yapışmağa məcbur olurlar. Bu rayonların böyük gələcəyi var. Bir müxalif partiyanın sədri kimi üzümü cənab Prezidentə tutaraq öz təşəkkürümü bildirirəm.
 
- Köç prosesində, ev, torpaq və məşğulluq məsələsində bəzən sosial şəbəkələrdə kimlərinsə şikayətinə, narazılığına rast gəlinir. Hansısa problemlə rastlaşdınızmı? Haqlıdırlarmı sizcə?
- Məncə, şikayət edənlər haqsızdır, çünki narazılıqlara əsas yoxdur. Ora köçən hər bir vətəndaşa 12 sot torpaq verilib. 12 sot bilirsiz nə deməkdir? Çox böyük işlər görmək mümkündür. Həmin vətəndaş öz qapısında toyuq-cücə saxlaya, yaxud maldarlıq, heyvandarlıqla, əkin-biçinlə məşğul ola bilər. Hər cür şərait yaradılıb. Kim narazılıq edirsə, deməli, provokatordur. Bütün cəbrayıllılara, zəngilanlılara çağırış edirəm ki, getsinlər, öz torpaqlarında yaşasınlar. Digər yerlərdə əlavə pay torpaqları da ayıracaqlar. Getsinlər, əksinlər, biçsinlər. Zəngilanda neçə min hektar torpaq sahəsi əkilib, müasir suvarma sistemi ilə suvarırlar. Yaxın günlərdə taxılın biçimi gözlənilir. 7 minə yaxın yeni növ cins mal-qara saxlanılır. Ətçilik, heyvandarlıq kompleksləri salınıb. Müharibədən qısa müddət sonra Azərbaycanın öz gücü hesabına gördüyü bu qədər böyük işləri görməzdən gəlmək, qaralamaq olmaz. Düzdür, iş olan yerdə hansısa nöqsanlar olur, bu da təbiidir. Amma kiçik nöqsanı böyütmək, şişirtmək doğru deyil. Hamıya torpaq verilib. Sahibkarlara iş üçün böyük imkanlar yaradılıb, vergidən, gömrük rüsumlarından güzəştlər tətbiq edilib.
 
- Müəyyən təkliflər var ki, işğaldan azad olunmuş rayonların bəzi yerlərində erməni vəhşiliyinin izi saxlanılsın. Belə təkliflərə münasibətiniz necədir?
- Əgər münasib yerlər varsa, balaca bir ərazini saxlamaq olar. Təbii ki, kiminsə görməsi üçün böyük əraziləri olduğu kimi saxlaya bilmərik. Amma bir neçə dağıdılmış, viran qoyulmuş evi saxlamaq mümkündür. Gələn xarici qonaqlar, turistlər faşist ermənilərin barbar hərəkətlərinin izlərini öz gözləri ilə görsünlər. Gələcəkdə həmin bölgəyə çoxlu turistlər səyahət edəcək. Problemli məsələ deyil. Bu sahədə də müəyyən işlər görülür, deyilənə görə, dövlət proqramına salınıb.
 
- Müxaliflər arasında bu cür səfərləri tənqid edənlər də var. Gedənləri ittiham edirlər, belə səfərlərə ehtiyac olmadığını iddia edirlər...
- Səhv edirlər. Qəmbərov İsa öz dədəsinin məzarı üstünə getmirsə, agent şəbəkəsinin başçısı Kərimov Əli bu məsələləri qəbul etmirsə, biz neyləyə bilərik? Onların yasını saxlayası deyilik ki? Bizdə olan məlumata görə, Qəmbərov İsanın, Kərimov Əlinin trol dəstəsi müəyyən yerlərdə Qarabağ və Şərqi Zəngəzurda görülən işlərə qarşı qarayaxma kampaniyası aparırlar. Onların işi-gücü budur. Çalışırlar ki, ölkədə qarışıqlıq, narazılıq yaratsınlar. Bu da mümkün olan şey deyil. Boş şeylərdir. İşğaldan azad edilən bütün rayonların hamısında olmuşuq. Orada görülən işləri öz gözümüzlə görmüşük, yaxından müşahidə etmişik. Hamını dəvət edirəm. Xüsusən Bakıda pis vəziyyətdə yaşayanlar, yataqxanalarda üfunət içində yaşayan məcburi köçkünlərimiz təcili öz doğma yurdlarına qayıtmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru