Ramiz Mehdiyevin “Dövlət Şurası”nda müxalifət liderləri də var .....                     NAR-da mühüm dəyişiklik .....                     Qafqazın geopolitik taleyi “logistika savaşı”ndan asılıdır .....                     Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır .....                     Ramiz Mehdiyev ÖLKƏNİ BELƏ İDARƏ EDƏCƏKDİ... .....                     Ermənistan-Türkiyə dialoqu yaxın vaxtlarda nəzərəçarpacaq nəticələr verməlidir .....                     "Sayğac dəyişdiriləndə abonentə məlumat verilməlidir..." .....                     AQTA yaxasını KƏNARA ÇƏKƏ BİLMƏZ... .....                     Azərbaycanın Təbrizdəki baş konsulu vəzifəsinə yeni təyinat olub .....                     Sabah "fövqəlnazir"in ailə şirkətinin məhkəməsidir .....                     Hesablama Palatası "Azəristiliktəchizat"da nöqsanlar aşkarlayıb .....                     Azərbaycan İordaniyaya yeni səfir təyin edib .....                     Eldar Səlimov İraqa səfir təyin edilib .....                     Azərbaycan Yaponiyaya yeni səfir təyin edib .....                     Meksikaya yeni səfir təyin edilib .....                     Azərbaycanın Yaponiyaya yeni səfiri təyin edilib .....                     Azərbaycanın Meksikadakı səfiri .....                     Azərbaycanın Yaponiyadakı səfiri geri çağırılıb .....                     Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxıb .....                     Azərbaycanda sobalar, plitələr və aspiratorlar üçün məcburi standartlar hazırlanır .....                     3 gün əvvəl işdən çıxarılan generalın Saleh Səmədovla əlaqəsi üzə çıxdı .....                     Elçin Babayevin ŞÜBHƏLİ TENDERLƏRİ... .....                     DOST Agentliyi 3 illik auditor seçir .....                     Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında .....                     “Qaçqınkom”un sektor müdiri vəfat edib .....                     Zabil Qəhrəmanov təcridxanaya köçürüldü .....                     Audiovizual Şura MTV-nin cərimələnməsi üçün məhkəməyə müraciət edib .....                     Buralar Mehdiyevin nəzarətindədir... .....                     Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb .....                     Hava dəyişkən buludlu olacaq .....                     Valeh Mirzaliyev yetərsay düzəldib satınalma keçirir, Emin Əmrullayev isə… .....                     Ermənistanın Müstəqillik Bəyannaməsinə dəyişiklik olacaqmı? .....                     10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə .....                     “Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır .....                     Tramp Yaponiyadadır .....                     Kənd Təsərrüfatı Nazirliyinin gecikmiş dabaq tədbiri .....                     QHT sektorunda Ramiz Mehdiyev TƏZAHÜRLƏRİ... .....                     “İndiyədək Xəzərin statusu ilə bağlı mübahisələri Rusiya yox, İran qızışdırıb...” .....                     Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi .....                     Şəbnəm ETİRAF ETDİ .....                 

DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI - İLGİNC
Tarix: 6-06-2025, 12:32 | Çap et

Son günlər aktual olan mövzulardan biri də ali məktəblərə qəbul imtahanında tərtib olunan suallarla bağlıdır.

Belə ki, televiziya kanallarından birində Dövlət İmtahan Mərkəzinin bunker müəllimlərindən biri çıxışı zamanı qəbul imtahanında düşən sualla bağlı Kembric universitetindən sitat gətirib. İllərdir DİM sübut etməyə çalışır ki, imtahan sualları orta məktəb proqramını əhatə edir.

Kembriclə bağlı fakt onu göstərir ki, bu, heç də belə deyil. Əgər qəbul imtahanında bu kimi suallar tərtib olunacaqsa, orta məktəblərdə xarici ölkələrin dərsliklərindənmi istifadə edilməlidir?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında istifadə etdiyi sualların bir qisminin beynəlxalq dərs vəsaitlərindən, konkret indiki halda Kembric Universitetinin dərsliyindən götürülməsi faktı illərdir ictimaiyyətə təqdim olunan rəsmi izahların və hüquqi əsaslandırmaların ciddi şəkildə yanlış, manipulyativ olduğunu ortaya qoyur:

“DİM bu günə qədər israrla bildirirdi ki, qəbul və buraxılış imtahanlarında istifadə olunan suallar yalnız Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində təsdiqlənmiş tədris proqramı çərçivəsində hazırlanır. Lakin son hadisə göstərdi ki, bu iddia heç bir hüquqi və pedaqoji əsas daşımır.

Təhsil Nazirliyinin təsdiqlədiyi milli kurikulum sənədlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 dekabr tarixli, 257 nömrəli qərarına əsasən, ölkənin bütün orta məktəblərində tədris prosesi yalnız “Təhsil haqqında” Qanunun 19-cu və 20-ci maddələri əsasında təsdiqlənmiş tədris planları və proqramları ilə aparılmalıdır.

Bu sənədlərdə Kembric və ya digər beynəlxalq dərs vəsaitlərinə əsaslanmaq, ümumiyyətlə, nəzərdə tutulmur. Həmin sənədlərdə açıq şəkildə göstərilir ki, ümumi təhsil sistemində verilən biliklər milli proqramlarla uyğunlaşdırılmalı və şagirdlərin qiymətləndirilməsi bu çərçivədə aparılmalıdır.

Bu baxımdan, DİM tərəfindən Kembric mənbəyinə istinad edilərək tərtib olunan sual, hüquqi baxımdan əsassızdır, çünki o, dövlətin qəbul etdiyi təhsil siyasəti və hüquqi çərçivə ilə ziddiyyət təşkil edir. Buradakı daha ciddi problem isə ondan ibarətdir ki, bu yanaşma yalnız texniki və metodoloji səhv deyil, həm də sosial ədalətsizliyin açıq bir formasıdır.

İmtahanlara hazırlaşan abituriyentlərin əksəriyyəti yalnız məktəbdə öyrəndikləri ilə kifayətlənir. Ailələrinin maddi vəziyyəti onlara əlavə hazırlıq və ya xarici dərs vəsaitlərindən istifadə imkanı vermir. Lakin DİM tərəfindən xarici mənbəyə əsaslanan sualın imtahana daxil edilməsi o deməkdir ki, bu tip şagirdlər bilərəkdən imtahanda uğursuzluğa məhkum edilir”.

O bildirib ki, bu, imtahanların ədalətlilik prinsipini pozur və Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş “təhsil hüququnda bərabərlik” prinsipini ciddi şəkildə zədələyir. Ekspertin sözlərinə görə, statistikaya baxdıqda, 2024-cü ildə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 47%-i 200 balın altında nəticə göstərib:

“Riyaziyyat fənni üzrə nəticələrin orta balı 12-dən aşağı olub ki, bu da həm tədrisin keyfiyyəti, həm də imtahanın reallıqla uyğun gəlmədiyinin göstəricisidir. Əgər bu nəticələrin arxasında sualların milli proqramdan kənar mənbələrə əsaslanması dayanırsa, o zaman məsuliyyət təkcə məktəb sisteminin deyil, sual hazırlayan strukturun, yəni DİM-in üzərindədir.

Bu vəziyyətdə təqsiri müəllimlərdə və ya şagirdlərdə axtarmaq, məsuliyyəti cəmiyyətə ötürmək səmimi deyil və ictimai etimadı tam şəkildə sarsıdır. DİM-in bu yanaşması sistemli şəkildə ikiüzlülüyün formalaşmasına səbəb olur:

bir tərəfdən şagirdə deyilir ki, sən məktəbdəki dərslərə əsasən imtahana hazırlaş, digər tərəfdən isə imtahanda qarşısına xarici dərsliklərdən götürülmüş, əslində milli proqramla heç bir əlaqəsi olmayan suallar çıxarılır. Bu yanaşma təhsildə şəffaflıq, etimad və bərabərlik prinsipini dağıdır.

Qanunvericiliyə əsasən, DİM yalnız müvafiq icra orqanı tərəfindən təsdiqlənmiş fənn proqramları üzrə imtahanlar təşkil edə bilər. Lakin faktiki vəziyyət göstərir ki, DİM öz mandatını aşır, özünü ali pedaqoji qurum kimi aparır və bu, artıq hüquqi məsuliyyət daşıyan ciddi pozuntudur.

Dünya təcrübəsinə nəzər saldıqda, imtahan sistemlərinin mənbə şəffaflığına ciddi riayət etdiyini görürük. Məsələn, Finlandiyada qəbul imtahanları tam şəkildə dövlətin təsdiqlədiyi kurikulumlara əsaslanır, bütün suallar ictimaiyyətə əvvəlcədən format və məzmun baxımından izah olunur. Estoniyada və Sinqapurda sual bankları dövlətin rəsmi proqram sənədlərinə uyğun şəkildə hazırlanır və ictimaiyyətə açıq olur.

Türkiyədə ÖSYM tərəfindən keçirilən YKS imtahanları yalnız MEB (Milli Eğitim Bakanlığı) proqramı çərçivəsində təşkil olunur və bunu istənilən şagird əvvəlcədən bilir. Bu ölkələrin heç birində dövlət orqanı imtahan sualını Harvard, Oxford, Kembric dərsliyinə istinadla əsaslandırmır. Çünki bu, təhsil siyasətində xaos və qeyri-müəyyənlik yaradır. Azərbaycan isə bu baxımdan təəssüf ki, nə milli, nə də beynəlxalq modelə əsaslanan davamlı və etibarlı sistem yarada bilir”.

Ekspertin fikrincə, DİM-in bu addımı yalnız şagirdləri deyil, eyni zamanda müəllimləri də çıxılmaz vəziyyətə salır:

“Çünki müəllim tədris etdiyi proqram üzrə suallara hazırlıq aparır, lakin imtahanda onun şagirdi tam fərqli yanaşma ilə üz-üzə qalır.

Bu isə müəllimin cəmiyyətdə nüfuzuna da mənfi təsir göstərir. Eyni zamanda, dərs deyən müəllim bu sualı izah edə bilmir, çünki həmin məzmun onun rəsmi tədris proqramında yoxdur. Bu ziddiyyət pedaqoji sistemin içindən çürüdüyünü və idarəetmənin koordinasiyadan uzaq olduğunu sübut edir.

Bu şəraitdə dəyişməli olan ilk məsələ sual hazırlama və təsdiqləmə mexanizminin hüquqi nəzarətə götürülməsidir. DİM artıq özbaşına ekspert komandası ilə, cəmiyyətə hesabat vermədən, rəsmi dərs proqramlarını yox sayaraq fəaliyyət göstərə bilməz. Elm və Təhsil Nazirliyi imtahanlarda istifadə olunan hər bir sualın rəsmi proqramlara uyğunluğunu yoxlamalı, ictimaiyyətə illik hesabat təqdim etməlidir.

Eyni zamanda, sualların hazırlanmasında istifadə edilən hər bir mənbə açıqlanmalı, şagirdlər bu məlumatlarla qabaqcadan tanış olmalıdırlar. Əks halda, bu proses “qeyri-rəsmi elitarizmin” formalaşmasına, yəni yalnız xarici mənbə əldə edə bilənlərin uğurlu nəticə göstərməsinə gətirib çıxaracaq. DİM-in beynəlxalq mənbələrə əsaslanan imtahan sistemini tətbiq etməsi yalnız o halda mümkündür ki, orta məktəblərin proqramları da həmin beynəlxalq proqramlarla uyğunlaşdırılsın.

Bunun üçün isə bütün tədris sistemi dəyişdirilməli, müəllimlərin ixtisasartırması, dərsliklərin yenilənməsi və məktəb infrastrukturunun beynəlxalq səviyyəyə gətirilməsi prosesi həyata keçirilməlidir. Bu baş vermədiyi halda isə DİM-in bu cür addımı yalnız təhsildə süni elitalar yaradacaq, sosial-iqtisadi imkanlara əsaslanan nəticə fərqliliyini daha da dərinləşdirəcək.

Nəticə etibarilə, DİM-in bu cür yanaşması nə pedaqoji baxımdan əsaslıdır, nə hüquqi baxımdan qanunlara uyğundur, nə də ictimai baxımdan ədalətlidir. Bu, sistemli və idarəolunmayan bir prosesin bariz nümunəsidir və dərhal dəyişdirilməlidir. Əks halda, bu yanaşma təhsildə etimadı məhv edəcək və gələcək nəsillərdə sistemə qarşı inamsızlıq toxumları səpəcək. Bu isə yalnız bir imtahan məsələsi deyil, bütün bir cəmiyyətin təhsil mədəniyyətinə və inkişafına vurulan ciddi zərbədir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramiz Mehdiyevin “Dövlət Şurası”nda müxalifət liderləri də var - İLGİNC
Bu gün, 21:18
NAR-da mühüm dəyişiklik - BUNDAN SONRA...
Bu gün, 21:09
Qafqazın geopolitik taleyi “logistika savaşı”ndan asılıdır - Məhz Zəngəzur dəhlizi regional lideri müəyyən edəcək
Bu gün, 18:15
Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır
Bu gün, 18:12
Ramiz Mehdiyev ÖLKƏNİ BELƏ İDARƏ EDƏCƏKDİ... - XƏYANƏTİN DETALLARI...
Bu gün, 17:33
Ermənistan-Türkiyə dialoqu yaxın vaxtlarda nəzərəçarpacaq nəticələr verməlidir - Mirzoyan
Bu gün, 17:27
"Sayğac dəyişdiriləndə abonentə məlumat verilməlidir..." - Amma gör, AZƏRİQAZ NƏ EDİR...
Bu gün, 17:00
AQTA yaxasını KƏNARA ÇƏKƏ BİLMƏZ... - ƏSLİNDƏ...
Bu gün, 16:49
Azərbaycanın Təbrizdəki baş konsulu vəzifəsinə yeni təyinat olub - SƏRƏNCAM
Bu gün, 16:39
Sabah "fövqəlnazir"in ailə şirkətinin məhkəməsidir -15 il əvvəl mülkü alıblar, pulunu vermirlər
Bu gün, 16:36
Hesablama Palatası "Azəristiliktəchizat"da nöqsanlar aşkarlayıb - TƏFƏRRÜAT
Bu gün, 16:34
Azərbaycan İordaniyaya yeni səfir təyin edib
Bu gün, 16:32
Eldar Səlimov İraqa səfir təyin edilib
Bu gün, 16:31
Azərbaycan Yaponiyaya yeni səfir təyin edib
Bu gün, 16:30
Meksikaya yeni səfir təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:29
Azərbaycanın Yaponiyaya yeni səfiri təyin edilib
Bu gün, 16:28
Azərbaycanın Meksikadakı səfiri GERİ ÇAĞRILDI
Bu gün, 16:26
Azərbaycanın Yaponiyadakı səfiri geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 16:25
Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxıb - FOTOFAKT
Bu gün, 16:23
Azərbaycanda sobalar, plitələr və aspiratorlar üçün məcburi standartlar hazırlanır
Bu gün, 16:15
3 gün əvvəl işdən çıxarılan generalın Saleh Səmədovla əlaqəsi üzə çıxdı - FOTO
Bu gün, 16:14
Elçin Babayevin ŞÜBHƏLİ TENDERLƏRİ... - BU NƏDİ BELƏ?
Bu gün, 16:09
DOST Agentliyi 3 illik auditor seçir
Bu gün, 16:03
Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında iştirak etməyəcək
Bu gün, 13:40
“Qaçqınkom”un sektor müdiri vəfat edib
Bu gün, 13:37
Zabil Qəhrəmanov təcridxanaya köçürüldü - AÇIQLAMA
Bu gün, 13:09
Audiovizual Şura MTV-nin cərimələnməsi üçün məhkəməyə müraciət edib
Bu gün, 13:03
Buralar Mehdiyevin nəzarətindədir... - İDDİA
Bu gün, 13:01
Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb
Bu gün, 12:47
Hava dəyişkən buludlu olacaq - belə deyirlər...
Bu gün, 12:42
Valeh Mirzaliyev yetərsay düzəldib satınalma keçirir, Emin Əmrullayev isə… - BU NƏDİ BELƏ?..
Bu gün, 12:40
Ermənistanın Müstəqillik Bəyannaməsinə dəyişiklik olacaqmı? - AÇIQLAMA
Bu gün, 12:34
10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə - Övladları üzərindən alver aparanlar var
Bu gün, 12:32
“Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır – QALMAQAL
Bu gün, 12:29
Tramp Yaponiyadadır
Bu gün, 12:26
Kənd Təsərrüfatı Nazirliyinin gecikmiş dabaq tədbiri - Milyonlar xərclənəcək
Bu gün, 12:22
QHT sektorunda Ramiz Mehdiyev TƏZAHÜRLƏRİ... - Mehdiyevlə əlaqədə olan Azər Qasımov necə nüfuz edib...
Bu gün, 12:15
“İndiyədək Xəzərin statusu ilə bağlı mübahisələri Rusiya yox, İran qızışdırıb...” - ŞƏRH
Bu gün, 12:06
Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:02
Şəbnəm ETİRAF ETDİ - “Ağlaya-ağlaya dedi, qoca kişiyə ərə gedirsən?”
Bu gün, 11:59
Prokuror icra başçısının sabiq müavininə 7,5 il cəza istədi - TƏFƏRRÜAT
Bu gün, 11:57
İşsizlər tibbi sığortanı necə ödəyəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:48
Əli Kərimli haqda məqaləni bəyənən YAP-ın deputatı DANIŞDI - FOTO
Bu gün, 11:39
Məsələnin ata-oğul, bacı-qardaş kontekstində müzakirəsinin əleyhinəyəm - Elçin Ağamalı
Bu gün, 11:33
Ermənistan ordusunun sərhədlərindən kənarda həll etməli heç bir vəzifəsi yoxdur - Paşinyan
Bu gün, 11:28
“Hesab.az”ın (Golden Pay) rəhbərliyində dəyişiklik baş verib - BUNDAN SONRA...
Bu gün, 11:22
Tramp Putinin "Burevestnik" raketi ilə bağlı bəyanatını "yersiz" adlandırıb - "Kommersant"
Bu gün, 11:19
Azərbaycanda adambaşına 1 794, Ermənistanda 2 143 kVt/s elektrik enerjisi istehsal olunub - CƏDVƏL
Bu gün, 11:15
Azər Maqsudov 4 il azadlıqdan məhrum edilib - QƏRAR
Bu gün, 11:12
2026-cı il sülh üçün həlledici il olacaq - Paşinyan
Bu gün, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru