İrəvan Bakını yenə haqlı çıxardı .....                     Berlinlə bundan sonra .....                     “Liseylər sosial status simvoluna çevrilərsə, .....                     2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? .....                     Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi .....                     Xüsusi karantin rejimi iyun ayında başa çatıb, yoxsa...? .....                     "Tramp və Maskın birbaşa danışığı gözlənilmir" .....                     Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağırıla bilər .....                     Matviyenko Ermənistana: .....                     Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi .....                     Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı .....                     Xətaidə konsert proqramı təşkil olundu .....                     Azərbaycan dilində şeir oxuyan Pezeşkian .....                     İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ .....                     DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI .....                     İndi əsas oyunlar Ermənistanda gedir .....                     “Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” .....                     Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: .....                     18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza... .....                     İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” .....                     "Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam" .....                     Başçı kefqom olanda RAYON BU GÜNƏ QALIR... .....                     Naxçıvan Konstitusiyası dəyişir .....                     Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza .....                     56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona şiddət göstərdi .....                     Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ... .....                     ADNSU-da yeni enerji laboratoriyası qurulur .....                     Rusiyada uşaqlara təcavüz edib .....                     Tramp Mask ilə qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib .....                     Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş .....                     "Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin..." .....                     “Manaf sözlərinə görə layiqli cavabını alacaq” .....                     Paşinyan Fransanı “ürəyindən vurdu”, İlham Əliyevin dediklərini təsdiqlədi .....                     Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var .....                     Naxçıvanda Əməkdar artist vəfat etdi .....                     "Diaspor və Rusiyadakı erməni icmaları kilsəyə daha çox etibar edir" .....                     Sosial yardımı da pulu olana verirlər... .....                     Hindistanın Bakını “güllə atmadan yıxmaq” yuxusu .....                 

Parisin “konsul oyunu”: Cənubi Qafqaza yürüş, yoxsa Bakıya mesaj? - Fransa Ermənistanda yeni mövqe qazanmağa çalışır
Tarix: Dünən, 05:54 | Çap et

Ermənistanın Qoris meriyasının yaxınlığında Fransanın Fəxri Konsulluğu açılıb. Fəxri konsul vəzifəsinə Ermənistan vətəndaşı, milliyyətcə erməni olan Qoris Frankofon Mərkəzinin direktoru Karmen Apunts təyin edilib.

Açılış mərasimində Fransanın Ermənistandakı və Ermənistanın Fransadakı səfirləri, Ermənistan Respublikasının ərazi idarəetməsi və infrastruktur naziri, xarici işlər nazirinin müavini, Sünik qubernatoru, Qoris meri, Fransanın Vyen şəhərinin meri, fransalı senatorlar və digər rəsmi şəxslər iştirak ediblər.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro bir müddət əvvəl İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında Qoris şəhərində konsulluq açacaqlarını bəyan etmişdi.

Qeyd edək ki, Fəxri Konsulluq institutu Baş Konsulluqla müqayisədə daha aşağı statusa malikdir. Adətən, fəxri konsulun diplomatik toxunulmazlığı olmur və o, siyasi funksiyalar yerinə yetirmir. Onun fəaliyyəti əsasən humanitar və mədəni təşəbbüslər, bəzən isə konsulluq xidməti göstərilməsi ilə məhdudlaşır.

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının professoru, siyasi elmlər doktoru Aleksey Fenenko “Vestnik Kavkaza”ya müsahibəsində Ermənistan və Fransa hakimiyyətlərinin Qorisdə konsulluq açmaqla hansı məqsəd güddüklərini şərh edib.

“Ermənistan Fransanı Azərbaycana qarşı hərbi revanş cəhdlərinə cəlb etməyə ümid edir. Ermənistan rəhbərliyinin əsas məqsədi Azərbaycanla döyüşə bilmək üçün ölkəni silahlandıracaq, müasir silah verəcək tərəfdaş tapmaqdır”, - deyə o bildirib.

“İrəvan elə şərait yaratmağa çalışır ki, NATO-nun Ermənistanla münasibətlərdə geri çəkilə biləcəyi heç bir məqam qalmasın. Xüsusən də, Fransa ilə Azərbaycan arasında münasibətləri o dərəcəyə qədər korlamağa çalışır ki, daxili siyasi vəziyyətdən asılı olmayaraq, Parisin Ermənistana silah tədarükündən başqa alternativi qalmasın. Baş verən bu hadisə də Fransanı İrəvanın revanşist planlarına cəlb etmək üçün təxribatdır” - Fenenko qeyd edib.

“Amma Fransanın da öz motivasiyası var. Birincisi, Fransa hakimiyyəti güclü erməni diasporuna baxaraq hərəkət edir. Hətta ABŞ-da belə erməni diasporu dövlətə Fransada olduğu qədər təsir edə bilmir. Məhz bu qüvvə Fransanı Ermənistana dəstək və Azərbaycanla qarşıdurmaya doğru sürükləyir”, - rusiyalı politoloq əlavə edib.

“Bundan əlavə, Qorisdə, Azərbaycanla sərhəddə və İran sərhədinə yaxın ərazidə konsulluq açmaqla prezident Emmanuel Makron özünü xarici siyasətdə uğurlu lider kimi təqdim etmək, Fransanın Cənubi Qafqaza nüfuzunu daha da artırdığını nümayiş etdirmək istəyir” - Aleksey Fenenko fikrini tamamlayıb.

Maraqlıdır, görəsən rusiyalı professorun bu qənaəti həqiqətə nə dərəcədə uyğundur? Doğrudanmı, Fəxri Konsulluğun fəaliyyəti Azərbaycanın təhlükəsizliyi üçün ciddi təhlükə yarada bilər?

Bununla bağlı Pressklub.az-a danışan müstəqil siyasi ekspert Nəsimi Məmmədli xatırladıb ki, SSRİ-nin dağılmasından sonra ABŞ və Avropa İttifaqı Cənubi Qafqaz regionuna vahid geosiyasi məkan kimi yanaşırdı.

“Güclü erməni lobbisinin səyi nəticəsində ABŞ və Fransada Ermənistana münasibətdə müəyyən istisnalar olmasına baxmayaraq, ümumilikdə Cənubi Qafqazın üç dövlətinə eyni standartlar tətbiq edilirdi. Məsələn, regionu Avropa siyasi və hüquqi standartlarına yaxınlaşdırmaq, müxtəlif siyasi və hüquqi birliklərdə iştirakını təmin etmək kimi məsələlərdə vahid yanaşma mövcud idi.

Lakin Qarabağ münaqişəsinin hərbi həllindən və Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra Qərbin Cənubi Qafqaz siyasəti dəyişdi. Hazırda Avropa Cənubi Qafqaz siyasətini ABŞ-la koordinasiya etmir. Ümumiyyətlə, həm ABŞ-ın, həm də Avropanın Cənubi Qafqaza dair siyasəti hələ də tam dəqiq və konkret deyil. Bu, daha çox situativ xarakter daşıyır.

Azərbaycanın Avropanın 10 dövləti ilə çox yaxşı, 11 ölkə ilə isə orta səviyyəli ikitərəfli münasibətləri var. Digər Avropa ölkələri ilə münasibətlərdə müəyyən problemlər qalır. Əsas problem isə Fransadır.

Gürcüstan rəhbərliyi öz strateji təhlükəsizliyini daha çox Çin və region ölkələri ilə əməkdaşlıqda görür. Ermənistan rəhbərliyi isə ABŞ, Fransa, Hindistan və İranla xüsusi strateji münasibətlərə üstünlük verir. Lakin bu münasibətlər hələ də, sabit və davamlı xarakter daşımır. Cənubi Qafqazın gələcəyini Rusiya-Ukrayna müharibəsinin nəticəsi və ABŞ-ın İran və Çinə münasibətdə həyata keçirəcəyi yeni siyasət müəyyən edəcək”, - ekspert bildirib.

Onun sözlərinə görə, Sünik bölgəsində yaşayan əhali təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirir. “Əgər erməni sosial şəbəkələrinə inansaq, iddia olunur ki, Sünikdən Ermənistanın digər bölgələrinə və xaricə miqrasiya baş verir. Ermənistan hökuməti bu problemi həll etmək üçün regionda İranın konsulluğunu açıb. Fransanın konsulluq açması da əhalinin miqrasiyasının qarşısını almağa xidmət edir. Eyni zamanda bu addımlar Azərbaycanın hansısa hərbi addımlar atmaq ehtimalına qarşı qabaqlayıcı tədbirlər kimi qiymətləndirilir.

Fransa hökuməti Cənubi Qafqazdakı mövcudluğunu davam etdirdiyini nümayiş etdirmək və erməni lobbisinin dəstəyini qoruyub saxlamaq üçün Ermənistana xüsusi önəm verir.

Hazırda Cənubi Qafqazda qüvvələr nisbəti Azərbaycanın xeyrinə formalaşıb. Eyni zamanda regional və qlobal siyasi proseslər də Azərbaycanın maraqları çərçivəsində inkişaf edir. Bu vəziyyətin yaxın illərdə radikal şəkildə dəyişməsi real deyil. Ona görə də, Ermənistanın yaxın və orta perspektivdə Azərbaycana ciddi təhlükə yaratmaq imkanı məhduddur”, - deyə Məmmədli fikrini yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan Bakını yenə haqlı çıxardı – Prezident iki ay öncə nə demişdi?..
Bu gün, 17:08
Berlinlə bundan sonra NƏ ETMƏLİ?..
Bu gün, 17:06
“Liseylər sosial status simvoluna çevrilərsə, təhsildə ədalətsizlik dərinləşəcək”
Bu gün, 17:04
2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? - GİLEY
Bu gün, 17:01
Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi - FOTO
Bu gün, 16:59
Xüsusi karantin rejimi iyun ayında başa çatıb, yoxsa...? - Bəzi vətəndaşlarların iddiasına CAVAB
Bu gün, 16:57
"Tramp və Maskın birbaşa danışığı gözlənilmir" - Reuters
Bu gün, 16:55
Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağırıla bilər - İLGİNC
Bu gün, 16:52
Matviyenko Ermənistana: - Biz sizi heç nəyə məcbur etmirik
Bu gün, 16:49
Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi
Bu gün, 13:00
Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı – Buna görə?!
Bu gün, 12:56
Xətaidə konsert proqramı təşkil olundu
Bu gün, 12:54
Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək?
Bu gün, 12:44
İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ - KİV
Bu gün, 12:34
DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI - İLGİNC
Bu gün, 12:32
İndi əsas oyunlar Ermənistanda gedir - ŞƏRH
Bu gün, 12:26
“Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” - Hafiz Hacıyev
Bu gün, 12:24
Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: - İrəvanda gərginlik
Bu gün, 12:17
18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza...
Bu gün, 12:16
İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi - DETALLAR
Bu gün, 12:06
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:03
“Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” - deputat
Bu gün, 11:59
"Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam"
Bu gün, 11:49
Başçı kefqom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:46
Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq
Bu gün, 11:37
Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza – Xəbərdarlıq edildi
Bu gün, 11:34
56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona şiddət göstərdi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ... - NARAZILIQ VAR...
Bu gün, 11:26
ADNSU-da yeni enerji laboratoriyası qurulur - 580 MİNLİK TENDER NƏTİCƏSİ
Bu gün, 11:13
Rusiyada uşaqlara təcavüz edib Azərbaycanda gizləndi
Bu gün, 11:08
Tramp Mask ilə qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib - TASS
Bu gün, 11:03
Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş - Görünəni odur ki...
Bu gün, 10:37
"Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin..." - ETİRAZ VAR...
Bu gün, 10:30
“Manaf sözlərinə görə layiqli cavabını alacaq” - Sahib İbrahimov
Bu gün, 10:22
Paşinyan Fransanı “ürəyindən vurdu”, İlham Əliyevin dediklərini təsdiqlədi - “3 avroya sayt açıb...”
Bu gün, 10:16
Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 10:06
Naxçıvanda Əməkdar artist vəfat etdi - FOTO
Bu gün, 10:03
"Diaspor və Rusiyadakı erməni icmaları kilsəyə daha çox etibar edir" - deputat
Bu gün, 09:41
Sosial yardımı da pulu olana verirlər... - NARAZILIQ VAR...
Bu gün, 09:37
Hindistanın Bakını “güllə atmadan yıxmaq” yuxusu - NƏ BAŞ VERİR?
Bu gün, 09:28
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 09:27
Azərbaycan məhkəmələri `GÜL VURUR`... - Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi...
Bu gün, 09:22
"Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir
Bu gün, 09:20
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:15
“907-ci düzəliş” Trampın masasında - AKTUAL
Bu gün, 09:11
Təzəpir məscidində bayram namazı qılınıb
Bu gün, 09:01
Töhfə Bayramovadan SƏHİYYƏMİZƏ TÖHFƏ - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Ankaranın dediyini Bakı etdi - Ərdoğandan İsraillə bağlı təəccübləndirən qərar
Bu gün, 06:23
UNEC 650 min manatlıq mühafizə xidməti alacaq - DETALLAR
Bu gün, 02:27
Müasir dövrdə sovet QAYDALARI – JEK-lərin aqibəti NECƏ OLACAQ?
Bu gün, 02:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru