Dövlət Gömrük Komitəsinin rəhbərliyində və strukturlarında total kadr islahatları nəzərdə tutulub. Bu barədə "DİA-AZ"a DGK-dəki mötəbər mənbə xəbər verib.
Qaynaq iddia edir ki, həm ixtisarlar və həm də ciddi postlarda kadr dəyişikliyi planlaşıdırılır.
Mənbənin söylədikləri:
"Ola bilsin ki, Şahin Bağırovun özü ndə yola salınsın. Çünki o da etimadı doğrultmayıb və ona tapşırılan işi layiqincə yerinə yetirə bilmir. Çox ciddi kəsirlər var. Bu isə "yuxarılar"ın nəzərindən yayınmır. Məsələ təkcə elan olunan rəsmi rəqmlərdə deyil. İkinci mühasibatlıq hələ də var və çox ciddi kəsir var..."
Mənbə məhz buna görə, Şahin Bağırovun özünün də dəyişdirilmə ehtimallarının olduğunu deyir:
"Amma istənilən halda total kadr islahatları planlanır və yay aylarında bu baş verəcək..."