İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                 

"Rusbaş" Saleh Səmədovu BU CƏZA gözləyir - AÇIQLAMA
Tarix: 3-06-2025, 08:31 | Çap et

Xəbər verildiyi kimi, faşizm üzərində Qələbə gününün ildönümündə - mayın 9-u tədbirində SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib. İmişli Rayon Məhkəməsi Saleh Səmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Onun vergidən yayınmada (CM-in 179-cu maddəsi - “Mənimsəmə”) ittiham edildiyi bildirilir.

Qeyd edək ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, S.Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. S.Səmədov həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Saleh Səmədovu hansı cəza gözləyir?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Saleh Səmədovun hansı cəzaya məruz qala biləcəyini anlamaq üçün əvvəlcə ona qarşı irəli sürülmüş ittiham maddəsinə və ümumi hüquqi kontekstə baxmaq lazımdır: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi mənimsəmə və israfetmə adlanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə 179.1-ci maddə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını mənimsəmə və ya israf etmədir, 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə və ya digər alternativ cəzalarla nəticələnə bilər”.

Natiq Ələsgərov deyib ki, əgər bu əməl vəzifəli şəxs tərəfindən, xüsusilə təkrar və ya külli miqdarda törədilibsə, maddənin daha ağırlaşdırılmış bəndləri şamil oluna bilər: “Məsələn, 179.3.2 və ya 179.3.3 maddələri ilə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutula bilər. Hazırda Saleh Səmədov haqqında ilkin olaraq 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu, onun məhkəmə araşdırması dövründə istintaq təcridxanasında saxlanılması deməkdir”.

Natiq Ələsgərov deyib ki, ittihamla bağlı işin detalları hələlik bəlli olmadığından, mənimsəmənin miqyası, şəxsin əldə etdiyi məbləğin həcmi, onun vəzifə səlahiyyətlərindən necə istifadə etməsi kimi amillər məhkəmənin yekun qərarında əsas rol oynayacaq: “Əgər Saleh Səmədova qarşı irəli sürülən mənimsəmə ittihamı sübuta yetirilərsə, o, 2 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər. Bu, konkret maddənin bəndindən asılı olacaq. Əgər günahı sübuta yetirilməzsə və ya əməlin ciddiliyi az hesab edilərsə, o zaman şərti cəza və ya cərimə ilə də qurtula bilər”.

Xatırladaq ki, Saleh Səmədov 1962-ci ildə İmişli rayonunda anadan olub. “Azərişıq” ASC-də rəhbər vəzifələrdə, YAP İmişli Təşkilatında fəal olub. Dövlət İdarəçilik Akademiyasını və İqtisad İnstitutunu bitirib. Müxtəlif illərdə icra strukturlarında, ticarət müəssisələrində, Məşğulluq Mərkəzində, Metrologiya institutunda rəhbərlik edib. 1993-cü ildən YAP üzvüdür. Rayonda şərab zavodu və digər biznes sahələrinə malikdir.

Saleh Səmədovun ictimai qınaq obyektinə çevrilməsində əsas səbəb onun mayın 9-da SSRİ bayrağı və “Georgi lentini” nümayiş etdirməsi olub. Bu lent rəsmi olaraq Azərbaycanda qadağan edilməsə də, rus imperializmini və separatizmi simvolizə etdiyi üçün qıcıqla qarşılanır.

Azərbaycan Respublikası qanunlarında “Georgi lenti” ifadəsi birbaşa keçmir. Lakin Konstitusiya və “İctimai asayişin qorunması haqqında” qanunlar bu tip rəmzlərin istifadəsinə dolayısı qadağalar qoyur. Azərbaycan Konstitusiyanın 7-ci maddəsində deyilir: "Azərbaycan dövləti dünyəvi, hüquqi və unitar dövlətdir. Onun ərazi bütövlüyü və suverenliyi şübhə altına alına bilməz". Konstitusiyamızın 12-ci maddəsində isə deyilir: Dövlətin ali məqsədi insan hüquq və azadlıqlarını qorumaqdır. “İctimai tədbirlərin keçirilməsi qaydaları haqqında” qanuna əsasən, ictimai tədbirlərdə yalnız Azərbaycan dövlət atributlarından istifadə edilməlidir. Başqa bir dövlətin, xüsusən də Azərbaycanın ərazi bütövlüyünə və milli maraqlarına tarixi zərbə vurmuş bir imperiyanın rəmzini sinəyə taxmaq, sadəcə, nadanlıq deyil, bu, məsuliyyətsizliyin və potensial təhlükənin açıq təzahürüdür. Bu hərəkətin özü cinayət məsuliyyəti yaratmasa da, onun barəsində əvvəllər başlanmamış istintaq işlərinin aktivləşdirilməsinə və ya daha diqqətli araşdırmaya səbəb olmuş ola bilər. Lakin bu iş həm hüquqi, həm də ictimai-siyasi yük daşıdığı üçün onun sonluğu sırf qanunlarla deyil, eyni zamanda cəmiyyətin və dövlətin mövcud siyasi münasibətləri ilə də formalaşa bilər.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru