Hesab edirəm ki, əmək mübahisələrində bu normaların tədbiq olunması daha düzgündür
Aşağıda göstərilən bu maddi hüquq norması praktikada tədbiq olunmasada, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulur:
1.Bu maddi hüquq normasına və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən: - bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
2. Qüvvədə olan Mediasiya Haqqında AR-sı Qanununa əsasən isə, əmək mübahisələrinə məhkəmdən əvvəl - mediasiyada baxılması məcburidir.
3. Fərdi əmək mübahisələrinə Mediasiyada baxılması, işçilər üçün:əlavə maddi xərc,vaxt itkisi, əziyyətlər və mübahisənin uzanması ilə nəticələnir, ən azı 1 ay müddətinə.
4. Fiktimcə: məhməməyə qədər fərdi əmək mübahisələrinə məcburi olaraq Mediasiyada deyil:
4.1. Həmkarlar İttifaqlarının nəzdində varsa: "Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan Komissiyada"baxılmasıməcburi olmalıdır.
4.2.Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən və dövlət orqanı olan - Dövlət Əmək Müfəttişliyi Xidmətində baxılması barədə normativ hüquqi xarakterli aktların qəbul edilmədi daha düzgündür.
4.3. Bu qurumların fərdi əmək mübahisəsinə baxılması və qərarının nə qədər qanuni və ya ədalətli olması isə başqa mövzudur.
5. Əgər müəssisədə həmkarlar ittifaqları təşkilatı varsa, bu qurumun nəzdində: "Fərdi Əmək Mübahisələri üzrə" Komissiyanın yaradılması, məhkəməyə müraciət etmək üçün mübahisəyə bu qurumda baxılması məcburi olmalıdır. Komissiyanın qərarından narazı qalan tərəf isə onun qərarını aldıqdan sonra məhkəməyə müraciət edə bilər.
6. Hal hazırda isə Əmək Məcəlləsində: fərdi əmək mübahisələrinə - məhkəməyə qədər: fərdi əmək mübahisələrində baxılması məcburi deyil və aşağıdakı qaydada nəzərdə tutulur:
7. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda, müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisəsi və məhkəməyə qədər baxan belə orqanın yaradılması nəzərdə tutula bilər.
8. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar tərəfləri qane etməzsə, mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər.
Məhkəməyə qədər əmək mübahisələrinə baxılarkən işçinin: Fərdi əmək mübahisəsi komissiyasında, həm də Dövlət Əmək Müfəttişliyi Xidmətində bu əmək mübahisəsi üzrə iştirakı təmin olunmalıdır.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)