Parisin “konsul oyunu”: Cənubi Qafqaza yürüş, yoxsa Bakıya mesaj? .....                     Araz Musayevdən sensasion müraciət: 'Azərbaycana gəlməyə qorxuram...' .....                     "O məzar mənim üçün məktəbdir, dərsdir, ibrətdir..." .....                     Lerikdə itkin düşmüş 35 yaşlı kişini öldürməkdə şübhəli bilinən qazi saxlanılıb .....                     “Vətən müharibəsində on min düşmən əsgəri “ağıllı tərpənərək” aradan çıxdı” .....                     “Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” .....                     Tanınmış həkim nazirliyi heçə saydı, video paylaşdı .....                     Qərbi Azərbaycan İcmasından anlaşılmaz addım: Vəsiqə paylayan təşkilat? .....                     Kiyevə sülh lazım deyil .....                     Rusiya və Ukrayna arasında humanitar kanallar üzrə real irəliləyiş var .....                     Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi: Qohumları onu təhdid edir? .....                     Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma .....                     “Nəsibə xanım burada olub, bu evi necə satım? .....                     Ermənistanda Azərbaycan postuna tapança tuşlayan şəxsə qarşı cinayət işi açılıb .....                     İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir .....                     Ölkəni silkələyən 2 milyardlıq araşdırma: .....                     Son bir ildə Azərbaycanda 64 orta məktəb bağlanıb .....                     Ukraynaya hücumlarda İran və Şimali Koreya silahları istifadə olunur .....                     Azərbaycan-Ermənistan danışıqları başlayıb? .....                     ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib .....                     Bakıda üç narkotik istifadəçisinin şok əməlləri: “Sovetski”dən adam oğurladılar, dənizdə... .....                     SOCAR-a yaxın daha bir şirkət təsis edilib .....                     Azadə Hüseynovaya vəzifə verildi .....                     Ərdoğanla Pezeşkian regional və qlobal məsələləri müzakirə edib .....                     “Qumar kralı”nın həbsi uzandı .....                     Ermənistan polisinin 10 əməkdaşı narkotik istifadəsinə görə işdən qovulub .....                     “Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” .....                     “Milyonlarla istifadəçisi var, amma böyük məbləğlərlə qazanmaq üçün hər şeyi hesablayıb” .....                     Ermənistan hakimiyyətində demokratik böhran dərinləşir .....                     “AXC xalqla yox, mafiya ilə işləyirdi” .....                     Ermənistan Baş nazirindən etiraf: .....                     Bakıda tikiləcək yeni parkın layihə sənədlərinə 2,4 milyon xərclənəcək .....                     “Kredit Servis BOKT”nin mənfəəti azalıb .....                     “AFB Bank”da SİNFİ BƏRABƏRSİZLİK!!! .....                     Dövlət qurumu illik audit üçün “RSM Azerbaijan” şirkətini seçdi .....                     2400 manat gəlirlə kim reklama müftə çəkilməz ki?! .....                     Nail Mehbalıyev mərkəzə direktor təyin edildi .....                     Tanınmış hotelin pulunu mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub .....                     Daha bir tiktoker azadlığa buraxıldı .....                     İctimaiyyətdən “Azercell”-ə etirazlar davam edir .....                 

Şəmkir xəstəxanasının baş həkimini öldürmək istədilər – ŞOK FAKTLAR
Tarix: 3-06-2025, 08:51 | Çap et

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əliyevi şantaj etməkdə ittiham olunan rayon sakini, 1987-ci il təvəllüdlü Elçin Babayevin cinayət işinə baxılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Elçin 15 sentyabr 2023-cü ildə, saat 08.00 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoruna məktub yazıb, ondan 16 min manat məbləğində pul istəyib, iki il əvvəl “Zavod yolu” adlanan ərazidəki zibillikdən tapdığı patronu da zərfə qoyub. E.Bavayev məktubu Şəmkir Rayon Mərkəzi Xəstəxanasının giriş qapısındakı mühafizəçiyə verib və onu həmin xəstəxananın baş həkiminə təqdim etməsini istəyib.

İstintaq orqanı tərəfindən Elçin barəsində Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən E.Babayev özünü təqsirli bilib. O bildirib ki, 15 sentyabr 2023-cü ildə, içərisində bir yazılı vərəq və bir boş güllə olan zərfi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının mühafizəçisinə verib, onu xəstəxananın baş həkiminə çatdırmasını istəyib: “Mühafizəçi məktubu çatdıracağını dedi. Bundan sonra həmin gün axşam saatlarında Şəmkir Rayon Polis Şöbəsinin əməliyyat müvvəkilləri yaşadığım evə gəldi və məni polis şöbəsinə apardılar”.

Təqsirləndirilən şəxs verilmiş suallara cavabında bildirib ki, məktubda baş həkimdən 16 min manat pul tələb edib: “Pulu verməyəcəyi təqdirdə xatırladığım qədəri ilə onu cəzalandıracağımı və yaxud öldürəcəyimi yazmışam. Əvvəllər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimini tanımamışam. Mənim qardaşımın xəstəliyi ilə əlaqədar sənədləri olsa da, ona pensiya təyin etməyiblər. Bununla bağlı 2 il müddətində müraciətlərimizə müsbət cavab verilməyib. Mən də həmin 2 il müddətində qardaşıma təyin edilməyən pensiyanın məbləğini təxmini hesablamışam və onu baş həkimdən tələb etmişəm. Sözügedən məktubu yazmışam, onu Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə göndərən zaman içkili olmuşam. Zərfin içərisindəki güllə “Kalaşnikov” avtomatının istifadə olunmayan gülləsidir. Həmin gülləni mən tapmışam və tapan zaman onun içərisində barıt olmayıb. Həmin güllənin baş hissəsinə ip keçiriərək, özümdə saxlamışam”.

Təqsirləndirilən şəxsin məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyətlər müəyyən edilib.

E.Babayev ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə almayıb: “Psixi cəhətdən özümü sağlam hesab edirəm. Rəsmi olaraq işləmirəm. Fərdi əməklə məşğul oluram. Zərərçəkmiş şəxsi qiyabi tanıyıram. Onunla aramızda düşmənçilik və ədavət yoxdur”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həkimə məktub yazmağı hadisədən təxminən 3-4 gün əvvəl yaşadığı ünvandaca ağlına gəlib: “Həmin məktubda onu öldürəcəyimi bildirirək, pul tələb etməyi qərara aldım. Məktubu yazdım və yaşadığım evdə çarpayının altına qoydum. Növbəti gün saat 08.00 radələrində həmin məktubu zərfə qoyaraq, aparıb xəstəxananın mühafiəzəçisinə verdim. Zərfi Elçin həkimə çatdırılmasını xahiş etdim. Mühafizəçi zərfi alıb, onu həkimə çatdıracağını bildirdi. Mən də bundan sonra həmin ünvanı tərk edərək, yaşadığım ünvana qayıtdım”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Elçin Əliyevin sözlərinə görə, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində işləyir: “Təqsirləndirilən Elçinlə tanışlığımız onun qardaşının xəstəliyi səbəbindən olub. Təqsirləndirilən şəxs, qardaşının psixoloji problemləri olduğu üçün çox sayda iynə udması ilə bağlı bizə müraciət etmişdi. Lakin biz qarın boşluğunda çox sayda iynə olduğu üçün əməliyyat edə bilmədiyimizi bildirdik, onu Bakıda yerləşən xəstəxanaya göndərdik. Bundan sonra təqsirləndirilən şəxsin qardaşı müalicə olunaraq rayona qayıtdı. Onun səhhəti ilə bağlı Elçinin anası yanıma gedib-gəlib. Mən də Elçinin qardaşının səhhəti ilə bağlı daim tövsiyyələrimi vermişəm və münasibətlərimiz də yaxşı olub. Eyni zamanda təqsirləndirilən şəxsin qardaşının əlillik dərəcəsi alması üçün psixiatriya xəstəxanasında müalicə almalı olduğunu bildirmişəm. Ailəsi də bununla razılaşıb və mənə təşəkkür edib. Hadisə baş verən gün işə gəldim. Xidməti otağımın qarşısına çatanda katibə mənə bir ədəd zərf verdi. Mən də zərfi götürdüm, içəridə vətəndaşlar olduğu üçün açmadım. Zərfdə qabarıqlıq olduğunu gördüm. Lakin içərisində elektron imza olduğunu ehtimal etdim. Daha sonra zərfin üzərindəki yazıya diqqət edən zaman onun üzərində “Baş həkim” sözlərinin yazıldığını gördüm. Bunun rəsmi yazı olmadığını dərk etdim. Daha sonra sözügedən məsələ ilə bağlı polis orqanına müraciət etdim”.

Zərərçəkmiş şəxs bildirib ki, zərfi açdıqda onun içərisində bir ədəd məktub və bir ədəd patron olub: “Məktubun içərisində xatırlamadığım banka məxsus kart hesabı qeyd olunmuşdu və 1 ay müddətində həmin hesaba 16.000 manat məbləğində pul ödəməyəcəyim təqdirdə məni ağır cəzanın gözlədiyi qeyd edilmişdi. Təqsirləndirilən şəxs tərəfindən zərfdə göndərilmiş patronun dolu, yaxud boş olması barədə məlumatım olmayıb”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Bu hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmasını, buna əsas olmadığı halda Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edilməsini və təyin olunmuş cəzanın şərti hesab olunmasına dair qərar qəbul edilməsini xahiş edib.

Şikayətə Gəncə Apellyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb. Məsələni araşdıran hakimlər heyəti qərar elan edib.

Qərara görə, şikayət qismən təmin edilib və təqsirləndirilən şəxsin cəzası 3 ilə endirilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Parisin “konsul oyunu”: Cənubi Qafqaza yürüş, yoxsa Bakıya mesaj? - Fransa Ermənistanda yeni mövqe qazanmağa çalışır
Bu gün, 05:54
Araz Musayevdən sensasion müraciət: 'Azərbaycana gəlməyə qorxuram...' - Sifarişi verənlər azadlıqdadır?
Bu gün, 05:48
"O məzar mənim üçün məktəbdir, dərsdir, ibrətdir..."
Bu gün, 05:39
Lerikdə itkin düşmüş 35 yaşlı kişini öldürməkdə şübhəli bilinən qazi saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 00:05
“Vətən müharibəsində on min düşmən əsgəri “ağıllı tərpənərək” aradan çıxdı” - AKTUAL
Bu gün, 00:02
“Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” - Ağamirzədən Hacı Aqil Məlikova ETİRAZ
Dünən, 21:39
Tanınmış həkim nazirliyi heçə saydı, video paylaşdı - VİDEO
Dünən, 21:34
Qərbi Azərbaycan İcmasından anlaşılmaz addım: Vəsiqə paylayan təşkilat? - NƏ BAŞ VERİR?
Dünən, 19:04
Kiyevə sülh lazım deyil - Rusiya Prezidenti
Dünən, 19:00
Rusiya və Ukrayna arasında humanitar kanallar üzrə real irəliləyiş var - Lavrov
Dünən, 18:14
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi: Qohumları onu təhdid edir? - TƏFƏRRÜAT
Dünən, 18:01
Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?
Dünən, 17:57
“Nəsibə xanım burada olub, bu evi necə satım? - “Yuxu” filminin çəkildiyi həyətdə...
Dünən, 17:52
Ermənistanda Azərbaycan postuna tapança tuşlayan şəxsə qarşı cinayət işi açılıb - erməni mediası
Dünən, 17:47
İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
Dünən, 17:44
Ölkəni silkələyən 2 milyardlıq araşdırma: - “Mətbuat azadlığı”, “insan haqları” və “demokratiya”...
Dünən, 17:41
Son bir ildə Azərbaycanda 64 orta məktəb bağlanıb – Rayonlar üzrə siyahı
Dünən, 17:37
Ukraynaya hücumlarda İran və Şimali Koreya silahları istifadə olunur - Zelenski
Dünən, 17:33
Azərbaycan-Ermənistan danışıqları başlayıb? – “Real nəticələr ola bilər”
Dünən, 17:31
ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib
Dünən, 17:27
Bakıda üç narkotik istifadəçisinin şok əməlləri: “Sovetski”dən adam oğurladılar, dənizdə... - TƏFƏRRÜAT
Dünən, 17:25
SOCAR-a yaxın daha bir şirkət təsis edilib - DETALLAR
Dünən, 17:21
Azadə Hüseynovaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:17
Ərdoğanla Pezeşkian regional və qlobal məsələləri müzakirə edib
Dünən, 17:06
“Qumar kralı”nın həbsi uzandı - Şikayəti rədd edildi
Dünən, 16:29
Ermənistan polisinin 10 əməkdaşı narkotik istifadəsinə görə işdən qovulub
Dünən, 16:22
“Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” - Ağamirzədən Hacı Aqil Məlikova ETİRAZ
Dünən, 16:17
“Milyonlarla istifadəçisi var, amma böyük məbləğlərlə qazanmaq üçün hər şeyi hesablayıb” - Deputat “Azercell”i tənqid etdi
Dünən, 16:11
Ermənistan hakimiyyətində demokratik böhran dərinləşir - GƏLİŞMƏ
Dünən, 16:05
“AXC xalqla yox, mafiya ilə işləyirdi” - Zərdüşt Əlizadə
Dünən, 16:01
Ermənistan Baş nazirindən etiraf: - Bunu ölüm təhlükəsi altında etdim
Dünən, 15:57
Bakıda tikiləcək yeni parkın layihə sənədlərinə 2,4 milyon xərclənəcək
Dünən, 15:53
“Kredit Servis BOKT”nin mənfəəti azalıb
Dünən, 15:49
“AFB Bank”da SİNFİ BƏRABƏRSİZLİK!!! - İşçi maaşı azalıb, rəhbərlik isə...
Dünən, 15:34
Dövlət qurumu illik audit üçün “RSM Azerbaijan” şirkətini seçdi
Dünən, 15:21
2400 manat gəlirlə kim reklama müftə çəkilməz ki?! - “Çünki o Rasim Balayevdir”
Dünən, 15:18
Nail Mehbalıyev mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:16
Tanınmış hotelin pulunu mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 15:11
Daha bir tiktoker azadlığa buraxıldı
Dünən, 15:10
İctimaiyyətdən “Azercell”-ə etirazlar davam edir - DETALLAR
Dünən, 13:11
Nazir müavininin anası 103 yaşında vəfat edib
Dünən, 13:09
Moskvada çeçenlərin oğurladığı şəxsin həyatında Azərbaycanın rolu... - TƏFƏRRÜAT
Dünən, 13:06
Müğənninin ƏN BÖYÜK ARZUSU: - “İstəyirəm, pullarımı ora xərcləyim”
Dünən, 12:59
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir - “Eurasia.net”
Dünən, 12:56
Daha bir tikinti şirkəti hakim qarşısında… - Nə qərar veriləcək?
Dünən, 12:52
Ermənistanda indikindən daha legitim hökumət olmayıb - Paşinyan
Dünən, 12:48
Bu kreditlər silinir? - AÇIQLAMA
Dünən, 12:45
"Finoko" BOKT-un zərəri 2 dəfəyə yaxın artıb, kapitalı müflislik həddinə düşüb
Dünən, 12:41
“Roşka” ləqəbli tiktokerin həbs müddəti uzadılıb
Dünən, 12:38
Bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru