Şakro Molodoy illərin acığını BELƏ ÇIXDI .....                     İrəvanda açıq savaş: Kim kimi devirəcək? .....                     “Boz kardinal” İvanişvili hakimiyyətdə təsirini saxlayır .....                     İrəvan Bakını yenə haqlı çıxardı .....                     Berlinlə bundan sonra .....                     “Liseylər sosial status simvoluna çevrilərsə, .....                     2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? .....                     Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi .....                     Xüsusi karantin rejimi iyun ayında başa çatıb, yoxsa...? .....                     "Tramp və Maskın birbaşa danışığı gözlənilmir" .....                     Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağırıla bilər .....                     Matviyenko Ermənistana: .....                     Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi .....                     Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı .....                     Xətaidə konsert proqramı təşkil olundu .....                     Azərbaycan dilində şeir oxuyan Pezeşkian .....                     İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ .....                     DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI .....                     İndi əsas oyunlar Ermənistanda gedir .....                     “Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” .....                     Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: .....                     18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza... .....                     İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” .....                     "Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam" .....                     Başçı kefqom olanda RAYON BU GÜNƏ QALIR... .....                     Naxçıvan Konstitusiyası dəyişir .....                     Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza .....                     56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona şiddət göstərdi .....                     Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ... .....                     ADNSU-da yeni enerji laboratoriyası qurulur .....                     Rusiyada uşaqlara təcavüz edib .....                     Tramp Mask ilə qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib .....                     Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş .....                     "Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin..." .....                     “Manaf sözlərinə görə layiqli cavabını alacaq” .....                     Paşinyan Fransanı “ürəyindən vurdu”, İlham Əliyevin dediklərini təsdiqlədi .....                     Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var .....                     Naxçıvanda Əməkdar artist vəfat etdi .....                 

Azərbaycan BRİCS-ə üzvlükdən vaz keçir? - NƏ BAŞ VERİR?
Tarix: 4-06-2025, 08:45 | Çap et

Moskvada “Bərabər və bölünməz təhlükəsizlik arxitekturası: Cənub və Şərq dövlətləri üçün imkanlar və təhdidlər” mövzusunda keçirilən iki günlük zirvə görüşündə Rusiya tərəfinin yeni dünya düzənin yaradılmasında BRİCS-in rolunu xüsusi qabartması diqqət çəkib. Məsələn, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun iddiasına görə, “BRİCS-ə marağın artması dünya nizamının çoxqütblülüyünün dəstəklədiyinin bariz nümunəsidir”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da BRİCS ölkələrinin tərəfdaşlığı əsas qlobal oyunçular və onların müxtəlif qitələri, mədəniyyətləri və dinləri təmsil edən tərəfdaşları arasında konstruktiv çoxtərəfli qarşılıqlı fəaliyyətin nümunəsi adlandırıb. BRİCS 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib. Təşkilata üzv ölkələrin ümumi əhalisi 3 milyard 240 milyon civarındadır. Bundan başqa, üzv ölkələrin iqtisadiyyatlarının ümumi həcmi 26 trilyon dollara yaxındır. Bu, dünya iqtisadiyyatının 26 faizini təşkil edir. Bu səbəbdən təşkilata üzv olmaq istəyən ölkələrin sayı çoxdur.

Baxmayaraq ki, Braziliya, Hindistan və CAR Qərblə qarşıdurmada maraqlı deyil, amma Pekin və Moskvanın məqsədi BRİCS-i anti-Qərb blokuna çevirməkdir. Bundan başqa, Pekin təşkilata daha çox ölkənin üzvlüyünə müsbət yanaşır.

Yada salaq ki, ötən il Azərbaycan da BRİCS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Çin tərəfi BRİCS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb. BRİCS hazırda Türkiyə də daxil olmaqla dünyanın 40 ölkəsi ilə bu və ya digər formada əməkdaşlıq və ya üzvlük müzakirələri aparır. Lakin BRİCS Avropa İttifaqı və ya NATO kimi bir blok deyil, nizamnaməsi və üzvləri üzərində tələbləri və öhdəlikləri yoxdur.

Üzv olmaq istəyən dövlət BRİCS-ə rəhbərlik edən ölkəyə müraciət edir. Müraciət edən ölkə əvvəlcə “üzvlüyə maraqlı” statusunda olur, sonra perspektivli üzv dövləti adını alır. Daha sonra “dəvət olunmuş BRİCS üzv dövlət” statusuna keçir və nəhayət 4-cü mərhələdə BRİCS üzvü olan dövlət olur.

Rəsmi Bakı da BRİCS-ə üzvlükdə niyyəti nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir. Amma sonuncu konfransın tezislərindən aydın olur ki, xüsusilə Rusiya BRİCS-i Qərbə qarşı güc kimi istifadə etmək istəyir. Bu halda Azərbaycan BRİCS-ə üzvlükdən vaz keçə bilərmi?

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, BRİCS-i cəlbedici edən əsas meyarlardan biri bu təsisatın çoxşaxəli dialoqu fəal şəkildə təşviq etməsi, neytrallıq və açıqlıq siyasəti ilə bağlıdır: “Bu siyasət BRİCS-ə təsir dairəsini genişləndirməyə və Qərb institutlarından asılılığa son qoymaq istəyən daha çox inkişaf etməkdə olan ölkələri cəlb etməyə imkan verir. Digər vacib məqam isə BRİCS-in müxtəlif siyasi sistemlərə və iqtisadi modellərə malik ölkələri özündə birləşdirməsi ilə bağlıdır ki, bu da təşkilatı müasir dövrün müxtəlif çağırışlarına qarşı çevik və uyğunlaşa bilən edir. Ölkəmizin BRİCS-ə üzvlükdə maraqlı olması isə çoxtərəfli diplomatiya həyata keçirməsi ilə bağlıdır. Belə ki, regionda sülhün, təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması dövlətimizin xarici siyasətində xüsusi yer tutur. Bu isə öz növbəsində müxtəlif qütblərin bir araya gətirilməsində, yeni dostların, tərəfdaşların qazanılmasında Azərbaycanın rolunu daha da artırır. Başqa sözlə desək, Rusiyanın istəklərinə baxmayaraq, yuxarıda da dediyim kimi, müxtəlif siyasi sistemlərə və iqtisadi modellərə malik ölkələri özündə birləşdirən və çoxşaxəli dialoqu və neytrallığı təşviq edən bir qurumu anti-Qərb blokuna çevirmək elə də asan məsələ deyil. BRİCS-i təsis edən beş ölkədən üçünün - Braziliya, Hindistan və Cənubi Afrika Respublikasının Qərblə ticari münasibətləri ortadadır. BRİCS-ə sonradan qoşulan Birləşmiş Ərəb Əmirlikləri, Misir kimi ölkələrin də Qərblə kifayət qədər yaxşı iqtisadi-ticari münasibətləri mövcuddur. BRİCS+ çərçivəsində tərəfdaş ölkə status almış ölkələrin də bir qismi Qərblə yaxşı iqtisadi münasibətlərə malikdir. Üstəgəl, təsisatın aparıcı güclərindən biri olan Çin üçün də elektromobil və süd məhsulları ilə bağlı ticarəti çəkişmələrə baxmayaraq Avropa İttifaqı ən böyük ticarət tərəfdaşı olaraq qalır. Bütün bunları göz önünə gətirdikdə Rusiyanın BRİCS-i anti-Qərb blokuna çevirmək cəhdlərinin fayda verməyəcəyini deyə bilərik. Belə vəziyyətdə isə Azərbaycanın da bu quruma üzvlük istəyindən vaz keçməsi gözlənilmir. BRICS-in anti-Qərb blokuna çevrilməsi bütün tərəflərlə qarşılıqlı faydalı əməkdaşlığı və müstəqil siyasət yürütməyi özü üçün prioritet hesab edən Azərbaycanın da maraqlarına cavab vermir”.

Politoloq Oqtay Qasımov bildirdi ki, Azərbaycan dünyanın müxtəlif güc mərkəzləri, eləcə də bu və ya digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdədir: “Bu cür balanslı siyasət davam edir və özünün nəticələrini də verməkdədir. Azərbaycanın son dövrlər maraq göstərdiyi və əməkdaşlıq etdiyi qurumlardan biri də BRİCS-dir. Bu quruma üzv olan ölkələrin bir çoxu ilə Azərbaycan kifayət qədər yaxşı münasibətlərdədir. Eyni zamanda həmin qurumdakı ölkələrin içərisindəki bəzi ölkələrlə bizim sıxıntılarımız var. Bütün bunlara baxmayaraq Azərbaycan BRİCS formatında ikitərəfli əməkdaşlığa üstünlük verir. Keçən il Azərbaycan Prezidenti bu təşkilatın Kazanda keçirilən toplantısına da dəvət olundu. Ölkəmiz BRİCS-lə əməkdaşlığı gələcəkdə daha yüksək səviyyəyə qaldırmaq haqqında da düşünür. Amma Azərbaycan məsələlərə öz maraqları daxilində baxarkən eyni zamanda iştirak etdiyi təşkilatların hansısa qütb və geopolitik qarşıdurmalar zəminində olmasında maraqlı deyil. Belə ki, Azərbaycanın həm Qərblə, həm də qlobal Cənub ölkələri ilə kifayət qədər yaxşı münasibətləri var. Azərbaycan BRICS-in aparıcı ölkələrindən olan həm Rusiya, həm də Çinlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Doğrudur, Rusiya BRİCS-i daha çox qlobal güc mərkəzi kimi Qərblə qarşıdurmada istifadə etməyə çalışır, amma düşünmürəm ki, təşkilata daxil olan ölkələr Rusiyanın bu istəyi ilə razıdırlar”.

Politoloq qeyd etdi ki, BRİCS üzvü olan ölkələrin bəzilərinin ABŞ-la, Qərblə iqtisadi əlaqələri BRİCS ölkələri ilə əlaqələrindən daha dərinə işləyib. Azərbaycan da vəziyyəti anında qiymətləndirir, əgər gələcəkdə bu təşkilatı hansısa bir ideoloji və geopolitik mübarizə mərkəzinə çevirmək cəhdləri olacaqsa, əlbəttə, Azərbaycan oraya üzvlüklə bağlı qərarında bir daha düşünməli olacaq: “Bütün hallarda Azərbaycan BRİCS-lə daha çox ticari və iqtisadi sahədə əlaqələrin gücləndirilməsində tərəfdardır. Azərbaycan geopolitik məsələlərə daha diqqətli və özünün maraqları kontekstindən baxmağa üstünlük verir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şakro Molodoy illərin acığını BELƏ ÇIXDI - Moskva "sxodka"sı
Bu gün, 17:14
İrəvanda açıq savaş: Kim kimi devirəcək? - GƏLİŞMƏ
Bu gün, 17:12
“Boz kardinal” İvanişvili hakimiyyətdə təsirini saxlayır - ŞƏRH
Bu gün, 17:09
İrəvan Bakını yenə haqlı çıxardı – Prezident iki ay öncə nə demişdi?..
Bu gün, 17:08
Berlinlə bundan sonra NƏ ETMƏLİ?..
Bu gün, 17:06
“Liseylər sosial status simvoluna çevrilərsə, təhsildə ədalətsizlik dərinləşəcək”
Bu gün, 17:04
2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? - GİLEY
Bu gün, 17:01
Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi - FOTO
Bu gün, 16:59
Xüsusi karantin rejimi iyun ayında başa çatıb, yoxsa...? - Bəzi vətəndaşlarların iddiasına CAVAB
Bu gün, 16:57
"Tramp və Maskın birbaşa danışığı gözlənilmir" - Reuters
Bu gün, 16:55
Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağırıla bilər - İLGİNC
Bu gün, 16:52
Matviyenko Ermənistana: - Biz sizi heç nəyə məcbur etmirik
Bu gün, 16:49
Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi
Bu gün, 13:00
Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı – Buna görə?!
Bu gün, 12:56
Xətaidə konsert proqramı təşkil olundu
Bu gün, 12:54
Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək?
Bu gün, 12:44
İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ - KİV
Bu gün, 12:34
DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI - İLGİNC
Bu gün, 12:32
İndi əsas oyunlar Ermənistanda gedir - ŞƏRH
Bu gün, 12:26
“Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” - Hafiz Hacıyev
Bu gün, 12:24
Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: - İrəvanda gərginlik
Bu gün, 12:17
18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza...
Bu gün, 12:16
İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi - DETALLAR
Bu gün, 12:06
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:03
“Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” - deputat
Bu gün, 11:59
"Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam"
Bu gün, 11:49
Başçı kefqom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:46
Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq
Bu gün, 11:37
Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza – Xəbərdarlıq edildi
Bu gün, 11:34
56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona şiddət göstərdi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ... - NARAZILIQ VAR...
Bu gün, 11:26
ADNSU-da yeni enerji laboratoriyası qurulur - 580 MİNLİK TENDER NƏTİCƏSİ
Bu gün, 11:13
Rusiyada uşaqlara təcavüz edib Azərbaycanda gizləndi
Bu gün, 11:08
Tramp Mask ilə qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib - TASS
Bu gün, 11:03
Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş - Görünəni odur ki...
Bu gün, 10:37
"Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin..." - ETİRAZ VAR...
Bu gün, 10:30
“Manaf sözlərinə görə layiqli cavabını alacaq” - Sahib İbrahimov
Bu gün, 10:22
Paşinyan Fransanı “ürəyindən vurdu”, İlham Əliyevin dediklərini təsdiqlədi - “3 avroya sayt açıb...”
Bu gün, 10:16
Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 10:06
Naxçıvanda Əməkdar artist vəfat etdi - FOTO
Bu gün, 10:03
"Diaspor və Rusiyadakı erməni icmaları kilsəyə daha çox etibar edir" - deputat
Bu gün, 09:41
Sosial yardımı da pulu olana verirlər... - NARAZILIQ VAR...
Bu gün, 09:37
Hindistanın Bakını “güllə atmadan yıxmaq” yuxusu - NƏ BAŞ VERİR?
Bu gün, 09:28
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 09:27
Azərbaycan məhkəmələri `GÜL VURUR`... - Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi...
Bu gün, 09:22
"Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir
Bu gün, 09:20
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:15
“907-ci düzəliş” Trampın masasında - AKTUAL
Bu gün, 09:11
Təzəpir məscidində bayram namazı qılınıb
Bu gün, 09:01
Töhfə Bayramovadan SƏHİYYƏMİZƏ TÖHFƏ - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru