2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? .....                     Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi .....                     Xüsusi karantin rejimi iyun ayında başa çatıb, yoxsa...? .....                     "Tramp və Maskın birbaşa danışığı gözlənilmir" .....                     Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağırıla bilər .....                     Matviyenko Ermənistana: .....                     Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi .....                     Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı .....                     Xətaidə konsert proqramı təşkil olundu .....                     Azərbaycan dilində şeir oxuyan Pezeşkian .....                     İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ .....                     DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI .....                     İndi əsas oyunlar Ermənistanda gedir .....                     “Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” .....                     Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: .....                     18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza... .....                     İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” .....                     "Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam" .....                     Başçı kefqom olanda RAYON BU GÜNƏ QALIR... .....                     Naxçıvan Konstitusiyası dəyişir .....                     Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza .....                     56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona şiddət göstərdi .....                     Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ... .....                     ADNSU-da yeni enerji laboratoriyası qurulur .....                     Rusiyada uşaqlara təcavüz edib .....                     Tramp Mask ilə qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib .....                     Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş .....                     "Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin..." .....                     “Manaf sözlərinə görə layiqli cavabını alacaq” .....                     Paşinyan Fransanı “ürəyindən vurdu”, İlham Əliyevin dediklərini təsdiqlədi .....                     Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var .....                     Naxçıvanda Əməkdar artist vəfat etdi .....                     "Diaspor və Rusiyadakı erməni icmaları kilsəyə daha çox etibar edir" .....                     Sosial yardımı da pulu olana verirlər... .....                     Hindistanın Bakını “güllə atmadan yıxmaq” yuxusu .....                     “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib .....                     Azərbaycan məhkəmələri `GÜL VURUR`... .....                     "Bu, biz döyüşçülərə qarşı təxribatdır" .....                 

Şeyx İrəvanda hakimiyyəti “dəyişir” - NƏ BAŞ VERİR?
Tarix: 4-06-2025, 09:06 | Çap et

Nikol Paşinyanın son açıqlamalarından sonra erməni kilsəsi ilə Ermənistanın baş naziri arasında münasibətlər kəskinləşib. Gərginliyin səbəbi kilsənin ictimai-siyasi proseslərdə fəal iştirakı olub ki, Paşinyan bunu dünyəvi işlərə müdaxilə və kilsənin faktiki olaraq “müxalifət institutuna çevrilməsi” kimi şərh edib.

Paşinyanın ritorikası kilsə dairələrinin kəskin rəddinə səbəb olub. Kilsə iyerarxları, o cümlədən Quqark, Sünik və Tavuş yeparxiyalarının rəhbərləri bunu bütün erməni Apostol kilsəsinə təhqir hesab ediblər.

Məlumdur ki, onun Paşinyanla çoxdankı və barışmaz fikir ayrılıqları var və o, bundan əvvəl baş naziri könüllü istefaya çağırıb. Paşinyanla kilsə arasındakı qarşıdurmaya siyasi müxalifət də qoşulub. Rusiya təbliğatının ruporu olan “Sputnik Armenia” bu məsələ ilə bağlı müxalifəti təmsil edən deputat Ayk Mamicanyanın açıqlamalarını dərc edib. Erməni deputat bu mövzuda gözlənilmədən Şeyxülislam Allahşükür Paşazadənin adını hallandırıb. Mamicanyan iddia edib ki, “Paşinyan Paşazadənin erməni kilsəsinə qarşı başlatdığı kampaniyaya” dəstək verir.

Rusiyanın “Sputnik Armenia” qeyd edir ki, “Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür Paşazadə bir müddət əvvəl bildirmişdi ki, erməni ziyarətgahları, o cümlədən 1700 illik tarixi olan "müqəddəs Eçmiədzin kilsəsi" “tarixi Azərbaycan torpaqları”nda yerləşir və erməni Apostol kilsəsi region ölkələri üçün təhlükə yaradır".

Ermənistandakı rusiyapərəst müxalifət, o cümlədən ona dəstək verən Rusiya media resursları hər imkandan, o cümlədən hökumət-kilsə gərginliyindən Paşinyana qarşı istifadə etməyə çalışır və bu işdə hətta Allahşükür Paşazadənin də adını hallandırırlar.

Qeyd edək ki, Ermənistanın dini lideri ilə Şeyx bir neçə dəfə görüşüb. Şeyxin dediyinə görə, İkinci Qarabağ savaşından sonra da Qareginin apardığı revanşizm siyasəti, müharibəyə çağırışı, erməniləri qarşıdurmaya səsləməsi səbəbindən onunla yeni görüş mümkün deyil: “Gələcəkdə həyatı başa düşəndən sonra, top-tüfənglə deyil, danışıq yolu ilə gəlib yaxınlaşacaqsa, biz də onunla danışıq yolu ilə bu işləri görə bilərik”.

İndiki şəraitdə kilsə ilə Ermənistan hökuməti arasında kəskinləşən münaqişənin, mənəvi qınaqların və teoloji iddiaların birbaşa siyasi hesablamalarla iç-içə olduğu, siyasi qarşıdurmaya çevrildiyi göz qabağındadır. Görünən odur ki, müxalifət qüvvələri bu vəziyyətdən istifadə edərək, yepiskop Qalstanyan fiqurundan Paşinyana ictimai müqavimətin yeni simvolu kimi istifadə edərək küçə etirazları təşkil etmək niyyətindədirlər.

Milli Məclisin üzvü Azər Badamov “Yeni Müsavat”a açıqlamasında kilsənin bu fəaliyyətinin Ermənistanı ancaq məhvə apardığını söylədi: “Ermənistan kilsəsi tarixən azərbaycanlı və ermənilər arasında ədavət və nifaqın salınmasına, münaqişələrin qızışdırılmasına xidmət edib. O cümlədən Ermənistan hakimiyyətini təzyiq altında saxlamış və kilsənin əlatısına çevirərək idarə etmişdi. Kilsə həm də hakimiyyətləri devirməklə müəyyən mənfur planların icraçısı rolunu oynayıb. Amma Nikol Paşinyanın hakimiyyətə gəlməsi və Ermənistanda dövləti dindən ayırmaqla dünyəvi dövlətin qurulması istiqamətində atdığı addımlar kilsənin uzun illər ərzində apardığı çirkin siyasətə qarşı oldu. Ona görə də hakimiyyətə gəldiyi ilk gündən kilsə Paşinyana qarşı çıxmış və onun siyasətini dəstəkləməyib. Kilsənin apardığı siyasət əsasən Azərbaycan torpaqlarını işğal etmək, mifik Ermənistan yaratmaq xəyalları ilə insanları ancaq uçuruma yuvarlatmaqla bağlı olub. Paşinyan və onun komandası hakimiyyətə gələndən sonra kilsənin gəlirləri ilə maraqlanması və vergiyə cəlb edilməsi ilə bağlı səsləndirdiyi fikirlər Qaraginlərin xoşuna gəlməmişdi. Çünki onlar kilsədən həm də böyük pulların yuyulması üçün istifadə edir. Ona görə də torpaqların delimitasiyasına başlandığı dövrdə kilsənin ssenarisi üzrə Paşinyanı devirmək üçün Baqrat Srbazanın rəhbərliyi altında uzun sürən etiraz aksiyalarına başlanıldı. Amma kilsə bu aksiyaları kütləviləşdirə bilmədi və qışqırıb yorulandan sonra biabırcasına sakitləşməli oldu. Mətbuatda ermənilərin katolikosu II Qareginin İsveçrədə qondarma "artsax"a həsr olunmuş beynəlxalq konfransdan İrəvana qayıdıb ali ruhanilərin toplantısında Paşinyan hökumətinin kilsəyə qarşı başlatdığı kampaniyanı müzakirə edəcəyi bildirilir. O cümlədən kilsənin yenidən ruhanilərin rəhbərliyi ilə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün etiraz aksiyalarına başlayacağı gözlənilir. Bu, erməni kilsəsinin sülhdən uzaq olduğunu və xarici qüvvələr tərəfindən idarə olunaraq Ermənistanda vəziyyəti gərginləşdirmək istiqamətində yenidən hərəkətə keçməsi deməkdir".

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov hesab edir ki, Paşinyan və kilsə arasında qarşıdurma bundan sonra daha da kəskinləşəcək: “Paşinyanla erməni kilsəsi arasında olan münasibətlərdəki gərginlik yeni deyil və artıq uzun müddətdir ki, davam edir. Xüsusilə də Rusiya tərəfindən anti-Paşinyan kampaniyasına start verilməsi ilə bu gərginlik açıq müstəviyə keçib. Ermənistan müxalifətinin Paşinyan qarşısında zəifliyini görən və kilsənin ictimai təsir imkanlarını nəzərə alan Rusiyanın müxalifətə dəstək məqsədilə kilsəni hərəkətə keçirdiyi hər kəs üçün aydın olan həqiqətdir. Qalstanyanın başlatdığı və Rusiyaya bağlı olan Köçəryan-Sərkisyan cütlüyünün də dəstəklədiyi etiraz aksiyaları bunun bariz sübutudur.

Paşinyan da sifarişin haradan gəldiyini bildiyi üçün və eləcə də kütlənin kilsənin təsiri altına düşməməsi üçün zaman-zaman kilsə ilə bağlı olan neqativ məsələləri ictimailəşdirərək onların nüfuzunu baltalayan mövqe sərgiləmək məcburiyyətində qalıb. Bir müddət əvvəl kilsəyə toplanan vəsaitlərin ayrı-ayrı şəxslərin ciblərinə axdığını deyən və kilsə rəhbərlərini korrupsiyada ittiham edən Paşinyan üçün xüsusilə indiki mərhələdə kilsəni neytrallaşdırmaq və siyasi proseslərdən uzaqlaşdırmaq olduqca vacibdir. Çünki qarşıda Paşinyan və komandası üçün olduqca vacib seçkilər var və bu seçkilərdə kilsənin müxalifətlə birgə hərəkət edəcəyi şübhəsizdir. Odur ki, biz seçki dövründə Paşinyan və kilsə arasında qarşıdurmanın daha da kəskinləşəcəyini görəcəyik, hətta kilsənin ayrı-ayrı rəhbərlərinə qarşı cinayət işlərinin qaldırılması da mümkündür. Erməni müxalifətinin bu qarşıdurmada kilsənin yanında olmasının da əslində dinlə bir bağlılığı yoxdur. Hər şey eyni mərkəzdən gələn sifarişlərlə bağlıdır. Erməni ictimai rəyində antitürk ovqatının üstünlük təşkil etdiyini bilən müxaliflər zaman-zaman Paşinyanı Azərbaycan casusu adlandırdıqları kimi, indi də Allahşükür Paşazadənin II Qaregin və erməni Apostol kilsəsi haqqında dediklərinə istinad edərək Paşinyan və Paşazadənin eyni mövqedən çıxış etməsi ilə bağlı ictimai rəy formalaşdırmağa çalışırlar. Paşinyan hakimiyyəti və kilsə arasındakı gərginliyin nə ilə sonlanacağını təbii ki, zaman göstərəcək. Amma istənilən halda hadisələrin bu şəkildə gedişi qarşıdakı dönəmdə Ermənistanı daha çətin günlərin və qarşıdurmanın gözlədiyini deməyə əsas verir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? - GİLEY
Bu gün, 17:01
Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi - FOTO
Bu gün, 16:59
Xüsusi karantin rejimi iyun ayında başa çatıb, yoxsa...? - Bəzi vətəndaşlarların iddiasına CAVAB
Bu gün, 16:57
"Tramp və Maskın birbaşa danışığı gözlənilmir" - Reuters
Bu gün, 16:55
Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağırıla bilər - İLGİNC
Bu gün, 16:52
Matviyenko Ermənistana: - Biz sizi heç nəyə məcbur etmirik
Bu gün, 16:49
Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi
Bu gün, 13:00
Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı – Buna görə?!
Bu gün, 12:56
Xətaidə konsert proqramı təşkil olundu
Bu gün, 12:54
Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək?
Bu gün, 12:44
İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ - KİV
Bu gün, 12:34
DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI - İLGİNC
Bu gün, 12:32
İndi əsas oyunlar Ermənistanda gedir - ŞƏRH
Bu gün, 12:26
“Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” - Hafiz Hacıyev
Bu gün, 12:24
Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: - İrəvanda gərginlik
Bu gün, 12:17
18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza...
Bu gün, 12:16
İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi - DETALLAR
Bu gün, 12:06
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:03
“Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” - deputat
Bu gün, 11:59
"Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam"
Bu gün, 11:49
Başçı kefqom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:46
Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq
Bu gün, 11:37
Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza – Xəbərdarlıq edildi
Bu gün, 11:34
56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona şiddət göstərdi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ... - NARAZILIQ VAR...
Bu gün, 11:26
ADNSU-da yeni enerji laboratoriyası qurulur - 580 MİNLİK TENDER NƏTİCƏSİ
Bu gün, 11:13
Rusiyada uşaqlara təcavüz edib Azərbaycanda gizləndi
Bu gün, 11:08
Tramp Mask ilə qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib - TASS
Bu gün, 11:03
Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş - Görünəni odur ki...
Bu gün, 10:37
"Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin..." - ETİRAZ VAR...
Bu gün, 10:30
“Manaf sözlərinə görə layiqli cavabını alacaq” - Sahib İbrahimov
Bu gün, 10:22
Paşinyan Fransanı “ürəyindən vurdu”, İlham Əliyevin dediklərini təsdiqlədi - “3 avroya sayt açıb...”
Bu gün, 10:16
Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 10:06
Naxçıvanda Əməkdar artist vəfat etdi - FOTO
Bu gün, 10:03
"Diaspor və Rusiyadakı erməni icmaları kilsəyə daha çox etibar edir" - deputat
Bu gün, 09:41
Sosial yardımı da pulu olana verirlər... - NARAZILIQ VAR...
Bu gün, 09:37
Hindistanın Bakını “güllə atmadan yıxmaq” yuxusu - NƏ BAŞ VERİR?
Bu gün, 09:28
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 09:27
Azərbaycan məhkəmələri `GÜL VURUR`... - Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi...
Bu gün, 09:22
"Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir
Bu gün, 09:20
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:15
“907-ci düzəliş” Trampın masasında - AKTUAL
Bu gün, 09:11
Təzəpir məscidində bayram namazı qılınıb
Bu gün, 09:01
Töhfə Bayramovadan SƏHİYYƏMİZƏ TÖHFƏ - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Ankaranın dediyini Bakı etdi - Ərdoğandan İsraillə bağlı təəccübləndirən qərar
Bu gün, 06:23
UNEC 650 min manatlıq mühafizə xidməti alacaq - DETALLAR
Bu gün, 02:27
Müasir dövrdə sovet QAYDALARI – JEK-lərin aqibəti NECƏ OLACAQ?
Bu gün, 02:25
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:20
Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
Bu gün, 02:12
FHN-nin tabeliyindəki qurum ləğv olunan tenderi yenidən reallaşdırmaq istəyir - 136 min manatlıq avtomobil üçün
Bu gün, 01:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru