Bu ilin ilk 4 ayı ərzində Azərbaycana səfər edən əcnəbi turistlər Qarabağ iqtisadi rayonunda 25 min 544 gecə keçiriblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbi turistlər bu ilin ilk 4 ayında Şərqi Zəngəzur iqtisadi rayonunda gecələməyiblər.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə əcnəbi turistlər Qarabağ iqtisadi rayonunda 21 min 566 gecə keçiriblər, Şərqi Zəngəzur iqtisadi rayonunda isə gecələmə olmayıb.
Qeyd edək ki, Qarabağ iqtisadi rayonuna səfər edən əcnəbi turistlər otellərdə cəmi 508 gecə keçiriblər və bu ümumi gecələmələrin 2%-ni təşkil edib. Gecələmələrin 211-i Ağcabədi, 297-si isə Şuşa şəhərindəki otellərin payına düşüb. Əcnəbi turistlər digər rayonlarda ya öz evlərində, ya da qohumlarının və dostlarının evlərində qalıblar.
Məsələn, ən çox turist Ağdamda gecələyib – 11 min 845 gecə. Bunun 5 min 454-ü qohumların və dostların, 6 min 391-i isə özlərinin və ya ailə üzvlərinin evlərində keçirilib.