Rusiyanın Ukrayna ilə bağlı memorandumu kompromis tapmaq məqsədi ilə hazırlanıb.
Axar.az xəbər verir ki, bunu Rusiya MDB ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixin deyib.
O, Ukraynanın təkliflərinin sülh üçün uyğunluq təşkil etmədiyini vurğulayıb:
“Rusiya memorandumu məhz yekun məqsəd üçün hazırlayıb ki, onun üçün ümumiyyətlə, bütün bu danışıqlara başlanılıb, yəni onun əsasında sülh sazişinin bağlanmasının mümkün olacağı kompromis tapılsın”.
Qeyd edək ki, ötən gün Rusiya Ukrayna tərəfinə cəbhənin müəyyən hissələrində iki-üç günlük atəşkəs təklif edib.