İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini tutmaq istəyən namizədlər sənədlərini 27 aprel 2026-cı il saat 9.00-dan 8 may 2026-cı il saat 18.00-dək Azərbaycan Respublikası Audiovizual Şurasına (ünvan: Bakı şəhəri, A.M. Şərifzadə küçəsi 315) təqdim etməlidirlər.
Bu barədə APA-ya Şuradan məlumat verilib.
Namizədə dair tələblər:
Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
Namizəd ali təhsilli olmalıdır.
Əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, həmçinin məhkumluğu ödənilməmiş şəxs namizəd ola bilməz.
Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxs namizəd ola bilməz.
Təqdim olunmalı sənədlər:
Ərizə
Şəxsiyyət vəsiqəsinin surəti
Əmək kitabçasının surəti
Kadrların şəxsi uçot vərəqi (fotoşəkil ilə)
Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq olunmuş surəti
Qeyd olunan sənədlər 2 nüsxədə təqdim olunmalıdır.
Sənədlərin qəbulu üzrə məsul şəxs:
Kamran Əliyev (Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi)









