Əsas Səhifə > Güney Press > İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib

İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib


Bu gün, 18:01

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini tutmaq istəyən namizədlər sənədlərini 27 aprel 2026-cı il saat 9.00-dan 8 may 2026-cı il saat 18.00-dək Azərbaycan Respublikası Audiovizual Şurasına (ünvan: Bakı şəhəri, A.M. Şərifzadə küçəsi 315) təqdim etməlidirlər.

Bu barədə APA-ya Şuradan məlumat verilib.

Namizədə dair tələblər:

Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
Namizəd ali təhsilli olmalıdır.
Əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, həmçinin məhkumluğu ödənil­məmiş şəxs namizəd ola bilməz.
Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxs namizəd ola bilməz.
Təqdim olunmalı sənədlər:

Ərizə
Şəxsiyyət vəsiqəsinin surəti
Əmək kitabçasının surəti
Kadrların şəxsi uçot vərəqi (fotoşəkil ilə)
Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq olunmuş surəti
Qeyd olunan sənədlər 2 nüsxədə təqdim olunmalıdır.

Sənədlərin qəbulu üzrə məsul şəxs:

Kamran Əliyev (Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi)


Geri qayıt