İran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib.
“Fars”ın xəbərinə görə, bunu İran parlamentinin vitse-spikeri Haci Babayi deyib.
Onun sözlərinə görə, Hörmüz boğazından keçən gəmilərin rüsumlarından əldə edilən gəlir ilk dəfə olaraq İran Mərkəzi Bankına köçürülüb.
Qeyd edək ki, İran hazırda ABŞ-ın blokadasının atəşkəsi pozduğunu əsas gətirərək, Hörmüz boğazını tamamilə bağlayıb.










