Əsas Səhifə > Güney Press > Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edibBu gün, 13:14 |
|
İran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib. “Fars”ın xəbərinə görə, bunu İran parlamentinin vitse-spikeri Haci Babayi deyib. Onun sözlərinə görə, Hörmüz boğazından keçən gəmilərin rüsumlarından əldə edilən gəlir ilk dəfə olaraq İran Mərkəzi Bankına köçürülüb. Qeyd edək ki, İran hazırda ABŞ-ın blokadasının atəşkəsi pozduğunu əsas gətirərək, Hörmüz boğazını tamamilə bağlayıb. Geri qayıt |