Marketdəki bu məhsullar təhlükə saçır .....                     Tramp və İlon Mask arasında münasibətlər gərginləşir .....                     Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…” .....                     Quru sərhədləri ilə bağlı mühüm açıqlama .....                     "Qardaşım özünü öldürsə, KİM CAVAB VERƏCƏK?" .....                     Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri .....                     "Məni Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar" .....                     "AUTODOC AS COMPANY" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Şeyxin kürəkəni olan səfir azərbaycanlıları tədbirə buraxmayıb .....                     Parisin “konsul oyunu”: Cənubi Qafqaza yürüş, yoxsa Bakıya mesaj? .....                     Araz Musayevdən sensasion müraciət: 'Azərbaycana gəlməyə qorxuram...' .....                     "O məzar mənim üçün məktəbdir, dərsdir, ibrətdir..." .....                     Lerikdə itkin düşmüş 35 yaşlı kişini öldürməkdə şübhəli bilinən qazi saxlanılıb .....                     “Vətən müharibəsində on min düşmən əsgəri “ağıllı tərpənərək” aradan çıxdı” .....                     “Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” .....                     Tanınmış həkim nazirliyi heçə saydı, video paylaşdı .....                     Qərbi Azərbaycan İcmasından anlaşılmaz addım: Vəsiqə paylayan təşkilat? .....                     Kiyevə sülh lazım deyil .....                     Rusiya və Ukrayna arasında humanitar kanallar üzrə real irəliləyiş var .....                     Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi: Qohumları onu təhdid edir? .....                     Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma .....                     “Nəsibə xanım burada olub, bu evi necə satım? .....                     Ermənistanda Azərbaycan postuna tapança tuşlayan şəxsə qarşı cinayət işi açılıb .....                     İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir .....                     Ölkəni silkələyən 2 milyardlıq araşdırma: .....                     Son bir ildə Azərbaycanda 64 orta məktəb bağlanıb .....                     Ukraynaya hücumlarda İran və Şimali Koreya silahları istifadə olunur .....                     Azərbaycan-Ermənistan danışıqları başlayıb? .....                     ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib .....                     Bakıda üç narkotik istifadəçisinin şok əməlləri: “Sovetski”dən adam oğurladılar, dənizdə... .....                     SOCAR-a yaxın daha bir şirkət təsis edilib .....                     Azadə Hüseynovaya vəzifə verildi .....                     Ərdoğanla Pezeşkian regional və qlobal məsələləri müzakirə edib .....                     “Qumar kralı”nın həbsi uzandı .....                     Ermənistan polisinin 10 əməkdaşı narkotik istifadəsinə görə işdən qovulub .....                     “Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” .....                     “Milyonlarla istifadəçisi var, amma böyük məbləğlərlə qazanmaq üçün hər şeyi hesablayıb” .....                     Ermənistan hakimiyyətində demokratik böhran dərinləşir .....                     “AXC xalqla yox, mafiya ilə işləyirdi” .....                     Ermənistan Baş nazirindən etiraf: .....                 

Saatlıda 59 yaşlı kişi hansı vəzifəli şəxsə rüşvət verib? – MƏHKƏMƏ
Tarix: 3-06-2025, 08:48 | Çap et

Saatlı Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyası ilə yaxın əlaqələri olan və onlara rüşvət verməkdə ittiham edilən İlqar Məmmədovun məhkəməsi başa çatıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Saatlı rayon sakini, 1966-cı il təvəllüdlü İlqar əlillik almaq istəyən insanlarla görüşüb və onlara müvafiq sənədlərin hazırlanmasında yardım göstərəcəyini vəd edib.

İttihama görə, İlqar ümumilikdə 26 nəfərdən leykoz, ağır eşitmə, xərçəng və digər xəstəliklər əsasında əlillik dərəcələrinin və əlilliyə görə əmək pensiyalarının təyin edilməsində və ya qüvvədə olma müddəti başa çatmış əlillik dərəcələrinin və əlilliyə görə əmək pensiyalarının müddətinin saxta yollarla uzadılmasında vasitəçilik edərək, 1500-8000 min manat arası rüşvət alıb.

Onun aldığı pulların ümumi dəyərinin 84800 manat olması müəyyən edilib. Bu məbləğdən komissiya sədrinə və digər vəzifəli şəxslərlə də pay çatıb.

İstintaqla sənədlərin saxta olduğu, həkimlər tərəfindən heç bir real tibbi əsas olmadan müvafiq arayışların hazırlandığı aşkara çıxıb. Ayrı-ayrı şəxslərlə bağlı müxtəlif diaqnozlara dair saxta məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil olunub. Bunun üçün sədrin və komissiya üzvlərinin elektron imza kartlarından istifadə edilib.

İstintaq orqanı İlqar barəsində Cinayət Məcəlləsinin 312-1.1-ci (şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi) maddəsi ilə ittiham elan edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar həmin ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2020-2023-cü illər ərzində Saatlı Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasının üzvləri ilə ayrı-ayrı rayon sakinləri arasında pul müqabilində leykoz, ağır eşitmə, xərçəng və digər xəstəliklər əsasında əlillik dərəcələrinin, əlilliyə görə əmək pensiyalarının təyin edilməsində və ya qüvvədə olma müddəti başa çatmış əlillik dərəcələrinin və əlilliyə görə əmək pensiyalarının müddətinin uzadılmasında vasitəçilik edib: “Saatlı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları ilə etibarlı münasibətlərim vardı. Ona görə də çoxsaylı rayon sakinlərindən müxtəlif məbləğlərdə pullar almışam və Saatlı Rayon Mərkəzi Xəstəxanasnını əməkdaşlarına verərək, əlillik dərəcələrinin təyin və ya bərpa edilməsinə nail olmuşam. Bəzi hallarda isə maraqlı şəxslər barəsində “Forma 88” nümunəli elektron göndərişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə yüklənsə də, imtina cavabları verilib. Vasitəçilik xidmətlərinə görə özüm də müəyyən miqdarda gəlir əldə etmişəm. Əlilliyin təyini və ya bərpası müqabilində müxtəlif məbləğlərdə pul almışam. Amma həmin şəxslər heç bir tibb müəssisəsində əyani müayinəyə göndərilməyib. Yalnız şəxsiyyət vəsiqələrinin surətlərini təqdim etmişəm, elə bu məlumatlar əsasında onların barəsində elektron sistemə “Forma 88”lər yerləşdiriib. Zəruri tibbi sənədlərin hazırlanması isə Saatlı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı və digərləri tərəfindən təmin edilib”.

İlqarın ifadəsinə görə, 2021-ci ildə Saatlı rayonu ərazisində görüşərkən qudası Əmiralı gəlini, yəni doğma qızına əlillik pensiyası düzəltdirməsini xahiş edib: “Mən də bu məsələ ilə bağlı qudamı Saatlı Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhəti Komissiyasının sədri işləyən şəxsin yanına göndərdim. Sonradan eşitdiyimə görə qudam gəlini üçün əlillik pensiyası düzəltdirməsi üçün komissiya sədrinə 32 3.800 manat verib. Bildiyinə görə Əmiralı pulu verdikdən təxminən bir ay yarım sonra qızıma pensiya təyin olunub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəllər onun vasitəçiliyi olmadan 2-ci qrup əlilliyə görə əmək pensiyası almış Gündüz adlı şəxs əlillik müddəti 2021-ci ildə başa çatdığına görə əlilliyin müddətini uzatmaq barədə maraqlanmaq üçün həmin ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə Saatlı rayonu ərazisində ona müraciət edib və əlilliyin bərpasında köməklik göstərməsini xahiş edib: “Mən isə öz növbəmdə 5.000 manat müqabilində əlillik müddətinin uzadılmasını təmin etmək imkanımın olduğunu, pulu verdikdən sonra heç bir tibb müəssisəsinə getməyəcəyimi bildirdim. Lakin əlilliyi konkret olaraq kimin vasitəsilə bərpa etdirəcəyimi deməmişəm. Mən bir neçə gün ərzində hissə-hissə iki dəfəyə - birinci dəfə 3.500 manat, ikinci dəfə 1.500 manat olmaqla cəmi 5.000 manat pul vəsaitini Saatlı rayonu ərazisində təklikdə görüşərkən Gündüzdən almışam. Daha sonra həmin pulu və Gündüzün şəxsiyyət vəsiqəsinin surətini Saatlı Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhəti Komissiyasının sədrinə xəstəxanadakı xidməti otağında şəxsən özünə vermişəm. Ondan məsələni nizama salmasını, yəni Gündüzə əlillik dərəcəsi təyin edilməsindən ötrü barəsində Forma 88 rəsmiləşdirməsini xahiş etmişəm. O da öz növbəsində sözümü yerə salmayaraq məsələni həll etməyə razılığını ifadə etdi. Bundan bir müddət sonra Gündüzün pensiyası bərpa olundu”.

İlqar daha sonra ifadəsində göstərib ki, Mehman adlı şəxs 2022-ci ilin sonlarında rayon ərazisində ona müraciət edib və 2007-ci ildə yaşa görə əmək pensiyasına çıxmış anası –1934-cü il təvəllüdlü Əzizənin 2022-ci ildə vəfat etdiyini, mərhumun ölümü barədə aidiyyəti orqanlara məlumat vermədən pensiyasını ilin sonuna qədər aldığını, ona görə də, pensiyanın artıq alınmasının qanuni görünməsi üçün mərhumun ölüm tarixini ilin sonlarına yazdırmaq istədiyini bildirib, bu məsələdə köməklik göstərməsini xahiş edib: “Mən bu məsələnin həlli üçün Mehmandan 800 manat pul alaraq komissiya sədrinə xidməti otağında şəxsən vermişəm və Mehmanın anasının ölüm tarixini 2022-ci ilin mart ayı əvəzinə həmin ilin sonlarına rəsmiləşdirməsini xahiş etmişəm. Pulun müqabilində Adəm Əzizənin ölüm tarixini saxtalaşdıraraq bu barədə tibbi şəhadətnamə verib”.

Təqsirləndirilən şəxs digər epizodlar üzrə də etiraf edici ifadələr verib. Ona müraciət edən tanışlarından aldığı pulları Saatlı Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasının sədrinə rüşvət qismində verib.

Saatlı Rayon Məhkəməsinin hökmü ilə İlqar 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalından həbsə alınıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 312.1-ci (rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddəsinə tövsif edilməsini, cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Bu şikayətə Şirvan Apellyasiya Məhkəməsində hakim Habil Bəhmənovun sədrliyi ilə baxılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib.

Qərara görə, şikayət qismən təmin edilib və Saatlı Rayon Məhkəməsinin hökmü dəyişdirilib. İlqarın barəsində 3 il müddətinə olan cəza 7 min manat cərimə cəzası ilə əvəz edilib.

Qərarda göstərilib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən 31 yanvar 2025-ci il tarixdən 20 may 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla təyin olunmuş cərimə cəzası yüngülləşdirilib və cərimə cəzası 5000 manat müəyyən edilib.

Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, həbsdən dərhal azad olunub.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Marketdəki bu məhsullar təhlükə saçır – Üzərindəki yazıya baxın
Bu gün, 07:47
Tramp və İlon Mask arasında münasibətlər gərginləşir - “The Wall Street Journal”
Bu gün, 07:44
Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…” - NƏ BAŞ VERİR?
Bu gün, 07:03
Quru sərhədləri ilə bağlı mühüm açıqlama – Yay başladığı üçün…
Bu gün, 07:01
"Qardaşım özünü öldürsə, KİM CAVAB VERƏCƏK?" - İTTİHAM VAR...
Bu gün, 06:52
Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Məni Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar" - 9 qat dünya çempionundan şok MÜSAHİBƏ
Bu gün, 06:31
"AUTODOC AS COMPANY" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:22
Şeyxin kürəkəni olan səfir azərbaycanlıları tədbirə buraxmayıb - İDDİA
Bu gün, 06:19
Parisin “konsul oyunu”: Cənubi Qafqaza yürüş, yoxsa Bakıya mesaj? - Fransa Ermənistanda yeni mövqe qazanmağa çalışır
Bu gün, 05:54
Araz Musayevdən sensasion müraciət: 'Azərbaycana gəlməyə qorxuram...' - Sifarişi verənlər azadlıqdadır?
Bu gün, 05:48
"O məzar mənim üçün məktəbdir, dərsdir, ibrətdir..."
Bu gün, 05:39
Lerikdə itkin düşmüş 35 yaşlı kişini öldürməkdə şübhəli bilinən qazi saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 00:05
“Vətən müharibəsində on min düşmən əsgəri “ağıllı tərpənərək” aradan çıxdı” - AKTUAL
Bu gün, 00:02
“Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” - Ağamirzədən Hacı Aqil Məlikova ETİRAZ
Dünən, 21:39
Tanınmış həkim nazirliyi heçə saydı, video paylaşdı - VİDEO
Dünən, 21:34
Qərbi Azərbaycan İcmasından anlaşılmaz addım: Vəsiqə paylayan təşkilat? - NƏ BAŞ VERİR?
Dünən, 19:04
Kiyevə sülh lazım deyil - Rusiya Prezidenti
Dünən, 19:00
Rusiya və Ukrayna arasında humanitar kanallar üzrə real irəliləyiş var - Lavrov
Dünən, 18:14
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi: Qohumları onu təhdid edir? - TƏFƏRRÜAT
Dünən, 18:01
Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?
Dünən, 17:57
“Nəsibə xanım burada olub, bu evi necə satım? - “Yuxu” filminin çəkildiyi həyətdə...
Dünən, 17:52
Ermənistanda Azərbaycan postuna tapança tuşlayan şəxsə qarşı cinayət işi açılıb - erməni mediası
Dünən, 17:47
İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
Dünən, 17:44
Ölkəni silkələyən 2 milyardlıq araşdırma: - “Mətbuat azadlığı”, “insan haqları” və “demokratiya”...
Dünən, 17:41
Son bir ildə Azərbaycanda 64 orta məktəb bağlanıb – Rayonlar üzrə siyahı
Dünən, 17:37
Ukraynaya hücumlarda İran və Şimali Koreya silahları istifadə olunur - Zelenski
Dünən, 17:33
Azərbaycan-Ermənistan danışıqları başlayıb? – “Real nəticələr ola bilər”
Dünən, 17:31
ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib
Dünən, 17:27
Bakıda üç narkotik istifadəçisinin şok əməlləri: “Sovetski”dən adam oğurladılar, dənizdə... - TƏFƏRRÜAT
Dünən, 17:25
SOCAR-a yaxın daha bir şirkət təsis edilib - DETALLAR
Dünən, 17:21
Azadə Hüseynovaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:17
Ərdoğanla Pezeşkian regional və qlobal məsələləri müzakirə edib
Dünən, 17:06
“Qumar kralı”nın həbsi uzandı - Şikayəti rədd edildi
Dünən, 16:29
Ermənistan polisinin 10 əməkdaşı narkotik istifadəsinə görə işdən qovulub
Dünən, 16:22
“Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” - Ağamirzədən Hacı Aqil Məlikova ETİRAZ
Dünən, 16:17
“Milyonlarla istifadəçisi var, amma böyük məbləğlərlə qazanmaq üçün hər şeyi hesablayıb” - Deputat “Azercell”i tənqid etdi
Dünən, 16:11
Ermənistan hakimiyyətində demokratik böhran dərinləşir - GƏLİŞMƏ
Dünən, 16:05
“AXC xalqla yox, mafiya ilə işləyirdi” - Zərdüşt Əlizadə
Dünən, 16:01
Ermənistan Baş nazirindən etiraf: - Bunu ölüm təhlükəsi altında etdim
Dünən, 15:57
Bakıda tikiləcək yeni parkın layihə sənədlərinə 2,4 milyon xərclənəcək
Dünən, 15:53
“Kredit Servis BOKT”nin mənfəəti azalıb
Dünən, 15:49
“AFB Bank”da SİNFİ BƏRABƏRSİZLİK!!! - İşçi maaşı azalıb, rəhbərlik isə...
Dünən, 15:34
Dövlət qurumu illik audit üçün “RSM Azerbaijan” şirkətini seçdi
Dünən, 15:21
2400 manat gəlirlə kim reklama müftə çəkilməz ki?! - “Çünki o Rasim Balayevdir”
Dünən, 15:18
Nail Mehbalıyev mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:16
Tanınmış hotelin pulunu mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 15:11
Daha bir tiktoker azadlığa buraxıldı
Dünən, 15:10
İctimaiyyətdən “Azercell”-ə etirazlar davam edir - DETALLAR
Dünən, 13:11
Nazir müavininin anası 103 yaşında vəfat edib
Dünən, 13:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru