Dövlət Turizm Agentliyi (DTA) Cənubi Koreya və İsraildən jurnalistlər, bloggerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinə 135 039 AZN xərcləyəcək.
"DİA-AZ" bildirir ki, bu səbəbdən Agentlik “Vata” MMC ilə müqavilə bağlayıb. Qeyd edək ki, siyahıya 30 nəfər daxildir. Amma önəmli olanı bu deyil.
"DİA-AZ" xatırladır ki, layihənin əvvəlki formasında Cənubi Koreya və İsraildən jurnalistlər, bloggerlər və turizm şirkətləri ilə yanaşı Hindistan nümayəndələrinin də adları çəkilirdi. Lakin Pakistan-Hindistan gərginliyi fonunda rəsmi Bakının İslamabadı açıq-aşkar dəstəkləməsi və bunun da ardından Hindistanın ayrı-ayrı turizm şirkətlərinin Azərbaycanı boykot etməsi son nəticədə Dövlət Turizm Agentliyini də öz layhiəsində dəyişiklik etməyə vadar edib.