Mərkəzi Bankın valyuta ehtiyatları 619 milyon dollar azalıb .....                     “AzSığorta”nın rəhbərliyində təyinat olub .....                     “Orxan, mahnıların zibillikdir” .....                     İrandan Ərdoğana Zəngəzur cavabı .....                     Zaur müəllim gələndən 1100 nəfər ixtisara düşüb: DAVAMI VAR... .....                     Kürdəmirdə 12 erkən nikahın QARŞISI alındı .....                     Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər .....                     “Azercell”in yeni qərarı bir daha sübut etdi ki, Azərbaycanda iqtisadi model normal deyil .....                     “Sherlock”da hesab üstündə dava .....                     Bakıda bu binalar da sökülə bilər .....                     SOCAR-ın tenderləri kimlərin cibinə gedir? .....                     Azərbaycanlı deputat ölkədən qaçdı, mandatı əlindən alınır .....                     Culfada separatçı bayraqlar .....                     Çoşqundan gənc aktyorlara İRAD .....                     AZAL Təbrizə birbaşa uçuşlar açır və Tehran istiqamətində reyslərin sayını artırır .....                     "Bəs niyə bu torpağı bələdiyyə mənə satmışdı?" .....                     “Hörümçək toru”, yoxsa “Dilkəsdi” əməliyyatı .....                     Turizm Agentliyi də hind turistlərdən imtina etdi... .....                     Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir .....                     II Qaregin Paşinyanın ittihamına cavab verə bilmədi .....                     Gömrükdə ciddi islahat gözlənilir .....                     Ermənistan Polisinə yeni rəis təyin olunub .....                     İrəvanın səmimiyyətinə şübhə və: sülh mesajları fonunda savaşa hazırlıq .....                     Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar .....                     Pezeşkian türk diplomatı Bakıya göndərir .....                     Ölkədə sağlam ruhlu gənclik yetişir .....                     Bu gün idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər .....                     Paşinyanın yubiley məclisi: .....                     Azərbaycan şirkəti səhmdarlarını yığıncağa çağırır .....                     Separatçıların “şər yuvaları” tarixdən silinir .....                     Təkcə “Taurus” yox... .....                     Bizləri hədəfə alan BAHALAŞMA BUMU .....                     Abşeronda kişi 110 manat borca görə döyüldü .....                     İranın yeni səfiri əvvəllər də Azərbaycanda işləyibmiş .....                     Rusiyada anti-Azərbaycan isteriyası .....                     “Nar” uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu .....                     Gözlər Xankəndidə: 10 ölkə Qarabağa niyə toplaşır? .....                     Şəmkir xəstəxanasının baş həkimini öldürmək istədilər .....                     Toy etmək istəyənlərin nəzərinə: Yeni qayda gələ bilər .....                     Saatlıda 59 yaşlı kişi hansı vəzifəli şəxsə rüşvət verib? .....                 

Adı Saleh olan, əməli saleh olmayan adam – İki səhvi 4 aylıq həbslə nəticələnidi
Tarix: 1-06-2025, 12:12 | Çap et

Ötən ayın 9-da, Hitler nasizmi üzərində qələbə gününün 80-ci ildönümündə təşkil etdiyi anım tədbirində SSRİ bayraqları qaldıran və sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edən Saleh Səmədovun bir şəkildə təzyiqə məruz qalacağı gözlənilirdi.


Çoxları düşünürdü ki, bu, ictimai qınaqdan və üzvü olduğu partiyanın rəhbərliyi tərəfindən məzəmmət olunmaqdan o yana keçməyəcək.


Çünki SSRİ dövrünə rəğbət bildirmək, “gül kimi hökumət idi, dağıtdılar, getdi” deyə o dönəmlər üçün xiffət ifadə etmək, hətta müasir dövrdə Rusiya rəhbərliyindən orden-medal almaq bu ölkədə qəbahət sayılan işlər sırasında deyil və qanunla təqib olunmur.


Düzdür, Səmədov SSRİ dövrünə, eyni zamanda çar dönəminə rəğbətini birləşdirərək, “rusun adı olan yerdə axar sular dayanar” ədası göstərmiş, necə deyərlər, barıtı çox eləmişdi, amma bu da onun həbsi üçün qanuni əsas ola bilməzdi. Ortada böyük qələbə və onun qazanılmasında payı olan yarım milyondan çox azərbaycanlının xatirəsinin anılması faktı var. Ola bilsin, Səmədovun babaları və digər əzizləri həmin müharibədə iştirak edib.


Heç hazırda Saleh Səmədova qarşı irəli sürülən və barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilməsinə səbəb olan ittihamlar arasında “sovet bayrağı”na, “Georgi lenti”nə aid heç nə yoxdur. Adamı vergidən yayınmada ittiham edirlər.


Keçən ayın bu günləri isə o, İmişli rayonunun “baş ağsaqqalı” (rayon ağsaqqallar şurasının sədri) olaraq, başına gələcəklərdən xəbərsiz halda 9 maya hazırlaşırdı.


O zaman bu ölkədə S.Səmədovu çox adam tanımırdı. O, əsasən İmişlidə tanınırdı. Bu rayonda isə onun imkanlı iş adamı, bəlkə də xeyriyyəçi kimi tanıyırdılar.


Bir düşünülməmiş hərəkət və çıxış onun ad-soyadını ölkəylə bir etdi.


Həmin tədbirdən çəkilmiş fotoşəkillər ölkə mediasını başına götürəndən, mərasimin digər detalları ictimailəşəndən bir gün sonra Səmədovun varidatı da açıqlandı. Məlum oldu ki, onun İmişlidə "Kral saray" adlı şadlıq sarayı, çay evləri şəbəkəsi, uşaq bağçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, 20 hektar ərazini əhatə edən istixanası, bahalı "Rolls-Roys" markalı lüks avtomobili var.


Ayrıca, S.Səmədovun Bakıda da çoxsaylı villaları, marketləri, restoranları və tikinti şirkətinin olduğu barədə informasiyalar yayıldı.


Yəni bir günün içində ortaya çıxdı ki, “SSRİ aşiqi” olan bu adam sovet dönəmində ikrahla anılan milyonçu kapitalistdir.


Bax, o zaman təcrübəli həmkarlarımız belə bir qeyd etdilər ki, Səmədov “qırmızı bayrağı” və “zolaqlı lenti” ilə özünü hədəfə çıxardı, indi onu ortalığa çəkəcək, bu sərvətin qanuni yolla əldə edilib-edilmədiyini yoxlayacaqlar.


Bu, köhnə əyyamlardan qalan qaydadır. Adı bədnam olmuş arxalı, güclü adamlar bir saatın içində immunitetlərini itirib yıxılırlar, hücum etmək, qisas almaq növbəsi əlibaltalılara çatır.


Ataların məşhur sözünü də unutmaq olmaz: “Çox söz yalansız, çox pul haramsız olmaz”. Hətta müasir dövrdə “çox pul talansız olmaz” demək daha dəqiq səslənir.


İndi S.Səmədova qarşı ittiham irəli sürənlər əmindirlər ki, onun malik olduğu var-dövlətin çox hissəsinin qanunsuz əməllər nəticəsində əldə olunduğunu sübut edə biləcəklər. Burada “vergidən yayınma halları” da olacaq, “qanunsuz tenderlər udmaq” da, “işçilərlə əmək müqaviləsi bağlamamaq” da, “sui-istifadə halları” da və sair və ilaxır da.


“Ağsaqqal”ın barəsində sonradan yayılan məlumatlardan biri də budur ki, o, özünü hələ 4 ay öncə hədəfə çıxarıbmış, avtomobili yol-patrul xidməti tərəfindən saxlanıldığına görə rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin ünvanına “ağsaqqala yaraşmayan ifadələr” səsləndiribmiş. O zaman ona əvvəlcə 30 sutka həbs cəzası kəsiblər, sonra 15 sutkaya endiriblər.


Başqa sözlə, puluna, varidatına, əlaqələrinə güvənən bu adam artıq hökumətlə hökumətlik edirmiş və bu, onun birinci səhvi olub. İkinci səhvin nə olduğunu isə bütün ölkə bilir.


Burada da qoca Şərqin dəyişməz adət-ənənələrindən birinin əlamətləri var: malı-pulu artan adamların harınlaması, gözünün ayağının altına görməməsi, özünü qanunlardan, hər şeydən üstün sayması və s.

Bunun axırı isə heç vaxt yaxşı qurtarmır. 

Söz yox, Səmədovu 4 aydan sonra olmasa da, 4 ilə qalmayacaq, buraxacaqlar. Amma necə? O, azadlığa çıxandan sonra yenə də gur-guruldayan varlı iş adamı olacaqmı? Bunu gələcək göstərəcək.

Xalid KAZIMLI musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Bankın valyuta ehtiyatları 619 milyon dollar azalıb
Bu gün, 12:26
“AzSığorta”nın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:24
“Orxan, mahnıların zibillikdir” - Qalmaqal böyüdü
Bu gün, 12:18
İrandan Ərdoğana Zəngəzur cavabı - Tehran da onu deyirsə...
Bu gün, 12:13
Zaur müəllim gələndən 1100 nəfər ixtisara düşüb: DAVAMI VAR... - BELƏ DAVAM ADARSA...
Bu gün, 12:08
Kürdəmirdə 12 erkən nikahın QARŞISI alındı - AÇIQLAMA
Bu gün, 12:04
Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər - İLGİNC FAKTLAR
Bu gün, 11:59
“Azercell”in yeni qərarı bir daha sübut etdi ki, Azərbaycanda iqtisadi model normal deyil – Tahir Kərimli
Bu gün, 11:51
“Sherlock”da hesab üstündə dava - Xanım müştəri həbs edildi
Bu gün, 11:45
Bakıda bu binalar da sökülə bilər – Dəyişiklik gözlənilir
Bu gün, 11:39
SOCAR-ın tenderləri kimlərin cibinə gedir? - Security Operation Services MMC-də qaranlıq iddialar
Bu gün, 11:19
Azərbaycanlı deputat ölkədən qaçdı, mandatı əlindən alınır - TƏFƏRRÜAT
Bu gün, 11:11
Culfada separatçı bayraqlar - ermənilərin İranda təxribatı
Bu gün, 11:08
Çoşqundan gənc aktyorlara İRAD - “Sənətini püxtələşdir, sonra pulun dalınca get”
Bu gün, 11:01
AZAL Təbrizə birbaşa uçuşlar açır və Tehran istiqamətində reyslərin sayını artırır - DİQQƏT!
Bu gün, 10:56
"Bəs niyə bu torpağı bələdiyyə mənə satmışdı?" - GİLEY
Bu gün, 10:51
“Hörümçək toru”, yoxsa “Dilkəsdi” əməliyyatı - GƏLİŞMƏ...
Bu gün, 10:48
Turizm Agentliyi də hind turistlərdən imtina etdi... - ÇÜNKİ...
Bu gün, 10:45
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir - “TRT Haber”
Bu gün, 10:38
II Qaregin Paşinyanın ittihamına cavab verə bilmədi
Bu gün, 10:33
Gömrükdə ciddi islahat gözlənilir - Şahin Bağırov isə...
Bu gün, 10:31
Ermənistan Polisinə yeni rəis təyin olunub - “Armenpress”
Bu gün, 10:25
İrəvanın səmimiyyətinə şübhə və: sülh mesajları fonunda savaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 10:23
Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar - TƏFƏRRÜAT
Bu gün, 10:20
Pezeşkian türk diplomatı Bakıya göndərir - GƏLİŞMƏ
Bu gün, 10:13
Ölkədə sağlam ruhlu gənclik yetişir - MƏQALƏ
Bu gün, 10:10
Bu gün idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:08
Paşinyanın yubiley məclisi: - “Gecəyə kimi yeyib içdilər və…”
Bu gün, 09:52
Azərbaycan şirkəti səhmdarlarını yığıncağa çağırır
Bu gün, 09:41
Separatçıların “şər yuvaları” tarixdən silinir - LAZIM İDİ...
Bu gün, 09:35
Təkcə “Taurus” yox... - Ukrayna üçün daha çox raket
Bu gün, 09:30
Bizləri hədəfə alan BAHALAŞMA BUMU - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:24
Abşeronda kişi 110 manat borca görə döyüldü - MƏHKƏMƏ
Bu gün, 09:15
İranın yeni səfiri əvvəllər də Azərbaycanda işləyibmiş - DOSYE
Bu gün, 09:06
Rusiyada anti-Azərbaycan isteriyası - daha bir irqçi çıxış, Bakıdan sərt reaksiya...
Bu gün, 09:04
“Nar” uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu - FOTO
Bu gün, 09:00
Gözlər Xankəndidə: 10 ölkə Qarabağa niyə toplaşır? - GƏLİŞMƏ
Bu gün, 08:55
Şəmkir xəstəxanasının baş həkimini öldürmək istədilər – ŞOK FAKTLAR
Bu gün, 08:51
Toy etmək istəyənlərin nəzərinə: Yeni qayda gələ bilər - AKTUAL
Bu gün, 08:49
Saatlıda 59 yaşlı kişi hansı vəzifəli şəxsə rüşvət verib? – MƏHKƏMƏ
Bu gün, 08:48
`Azercell`ə qarşı TOTAL ETİRAZLAR - BOYKOTA ÇAĞIRIŞ...
Bu gün, 08:45
Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi
Bu gün, 08:33
"Rusbaş" Saleh Səmədovu BU CƏZA gözləyir - AÇIQLAMA
Bu gün, 08:31
Paşinyan çəkinmədən aktiv və gəlirləri haqqında bəyannaməni Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təqdim etdi... - "Armtimes"
Bu gün, 08:28
İcra başçısının qardaşı dünyasını dəyişib
Bu gün, 08:26
Maddi hüquq normaları... - Ekspert danışır
Bu gün, 08:16
MODERN SAVAŞI ilk tətbiq edən BAKI: Ukrayna təcrübəsi də yarandı... - Bundan sonra nə edəcəyik...
Bu gün, 08:10
Qiymətlərlə bağlı kəskin dəyişiklik olacaq – Bu tarixdən…
Bu gün, 07:06
Bu memorandum əsasında sülh sazişi imzalana bilər - KİV
Bu gün, 07:03
Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı - Burası Azərbaycandır...
Bu gün, 06:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru