Xaricdə yaşayan 7 bloger barəsində qiyabi həbs qərarı çıxarıldı .....                     Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq .....                     “Sovetski”dəki evlər sökülür: Sakinlər verilən puldan narazıdır .....                     Mərkəzi Bankın valyuta ehtiyatları 619 milyon dollar azalıb .....                     “AzSığorta”nın rəhbərliyində təyinat olub .....                     “Orxan, mahnıların zibillikdir” .....                     İrandan Ərdoğana Zəngəzur cavabı .....                     Zaur müəllim gələndən 1100 nəfər ixtisara düşüb: DAVAMI VAR... .....                     Kürdəmirdə 12 erkən nikahın QARŞISI alındı .....                     Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər .....                     “Azercell”in yeni qərarı bir daha sübut etdi ki, Azərbaycanda iqtisadi model normal deyil .....                     “Sherlock”da hesab üstündə dava .....                     Bakıda bu binalar da sökülə bilər .....                     SOCAR-ın tenderləri kimlərin cibinə gedir? .....                     Azərbaycanlı deputat ölkədən qaçdı, mandatı əlindən alınır .....                     Culfada separatçı bayraqlar .....                     Çoşqundan gənc aktyorlara İRAD .....                     AZAL Təbrizə birbaşa uçuşlar açır və Tehran istiqamətində reyslərin sayını artırır .....                     "Bəs niyə bu torpağı bələdiyyə mənə satmışdı?" .....                     “Hörümçək toru”, yoxsa “Dilkəsdi” əməliyyatı .....                     Turizm Agentliyi də hind turistlərdən imtina etdi... .....                     Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir .....                     II Qaregin Paşinyanın ittihamına cavab verə bilmədi .....                     Gömrükdə ciddi islahat gözlənilir .....                     Ermənistan Polisinə yeni rəis təyin olunub .....                     İrəvanın səmimiyyətinə şübhə və: sülh mesajları fonunda savaşa hazırlıq .....                     Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar .....                     Pezeşkian türk diplomatı Bakıya göndərir .....                     Ölkədə sağlam ruhlu gənclik yetişir .....                     Bu gün idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər .....                     Paşinyanın yubiley məclisi: .....                     Azərbaycan şirkəti səhmdarlarını yığıncağa çağırır .....                     Separatçıların “şər yuvaları” tarixdən silinir .....                     Təkcə “Taurus” yox... .....                     Bizləri hədəfə alan BAHALAŞMA BUMU .....                     Abşeronda kişi 110 manat borca görə döyüldü .....                     İranın yeni səfiri əvvəllər də Azərbaycanda işləyibmiş .....                     Rusiyada anti-Azərbaycan isteriyası .....                     “Nar” uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu .....                     Gözlər Xankəndidə: 10 ölkə Qarabağa niyə toplaşır? .....                 

Prezidentin “mesajlar lazımi ünvana çatacaq” ismarışı - Xəbərdarlıq düz oxunmasa...
Tarix: 31-05-2025, 10:29 | Çap et

“Əziz qardaşlarımın - Türkiyə Prezidenti və Pakistan Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaratdı. Bizim gücümüz birliyimizdədir”. “Yeni Müsavat” bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirib.

“Bu gün üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bizim birliyimizi bir daha göstərəcək, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”, - deyə dövlət başçısı qeyd edib.

Maraqlıdır, dövlət başçısı lazımi ünvan(lar) dedikdə hansı siyasi qütbləri və ya mərkəzləri nəzərdə tutub? Çünki hazırda hər üç ölkənin ayrı-ayrı problemləri mövcuddur. Məsələn, Azərbaycanla Ermənistan arasında münaqişə başa çatmayıb. Pakistanın da Hindistanla Kəşmir konflikti qalmaqdadır. Türkiyəyə gəldikdə, PKK səhifəsini qapatsa da, qardaş ölkəyə qarşı həmişə bədxah qüvvələrin məkrli planları var. Çünki Türkiyə gücləndikcə rəqibləri buna sevinmirlər.

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a açıqlamasında Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan ikinci üçtərəfli Zirvə görüşünü hər üç ölkənin həyatı, maraqları baxımından tarixi hadisə kimi dəyərləndirdi. Deputat qeyd etdi ki, Zirvə görüşündə hər üç ölkənin gələcək perspektivdə yeni təhlükəsizlik arxitekturasının təməlləri qoyuldu: “Dəyişən dünya nizamında bu çox vacibdir. Fərqli coğrafiyalarda yerləşən bu üç ölkə həm də İslam dünyasının öndə gedən ölkələrindəndir. Bu məqam üçtərəfli Zirvə toplantısının başqa bir məzmununu, mahiyyətini ortaya qoyur. Azərbaycan Prezidentinin ”Azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq" mesajı hər üç ölkəni terrora məhkum edən ilk növbədə islamofob dairələrə ünvanlanıb. Pakistan da bu günə qədər terrordan əziyyət çəkir. Özünü Pakistan əhalisində identik, Pakistana mənsub hesab edən Kəşmir və Cammu bölgəsinin müsəlmanlarına qarşı terror həyata keçirilir, Pakistan isə bununla mübarizə aparır. BMT-nin 1967-ci ildə Pakistan-Hindistan savaşından sonra danışıqların dinc yolla aparılması, Kəşmir və Cammuda referendumun keçirilməsi, hansı ölkənin seçilməsi ilə bağlı qətnamə qəbul etməsinə baxmayaraq, bu günə qədər qətnamənin icrası həyata keçirilməyib".

Deputat söylədi ki, bu məsələdə islamofob mərkəzlərin marağı var: “Azərbaycan 30 ildən çoxdur ki, islamofobiyadan bəslənərək daha da güclənən erməni terrorizminə qarşı savaşır. Şübhəsiz ki, bu prosesdə Ermənistanı ən çox dəstəkləyən islamofob mərkəzlərdir ki, bu gün də bu dəstək davam edir. Qardaş Türkiyə də 40 ildən çoxdur ki, bu mərkəzlərdən, hətta NATO müttəfiqləri tərəfindən dəstəklənən PKK terrorundan əziyyət çəkir. Hazırkı tarixi mərhələdə hər üç ölkə qətiyyət, cəsarət nümayiş etdirərək bu problemlərdən xilas olmaqdadırlar. Azərbaycan ərazi bütövlüyünü, suveren hüquqlarını tam bərpa edib, qardaş Türkiyə PKK-ya son zərbə vuraraq özünü buraxmasına nail olub, qardaş Pakistan isə ikigünlük savaşda situativ döyüşdən qalib çıxıb. Bu üçlüyün gücünün göstəricisidir. Bir sözlə, Laçında gələcək dünya nizamı üçün bizi istəməyən islamofob, antitürk mərkəzlərə lazımi mesajlar verildi”.

Siyasi təhlilçi Aqşin Kərimovun sözlərinə görə, liderlər regional, qlobal problemlərə dair yalnız öz qənaətlərini bölüşmür, eyni zamanda, üçtərəfli yürüdüləcək qətiyyətli siyasəti elan edirlər: “Bu, dünya nizamında zərərli təsirlər yaradan hökmranlıqlara qarşı tutarlı və prinsipial mövqelərin üçtərəfli formatdakı elanıdır. Azərbaycan-Türkiyə-Pakistan ittifaqının yüksəlməsi regiondakı süni geosiyasi axarları dəyişmək, qlobal idarəetmə institutlarının hegemonluğunu neytrallaşdırmaq üçün müdafiə strategiyasını vurğulayır. Yəni Bakı-Ankara-İslamabad üçbucağı təkcə bir bölgənin - Cənubi Qafqazın - deyil, ümumilikdə Avrasiya geosiyasətində əsas rolları qeyd edən bir platformaya çevrilir”.

Siyasi şərhçiyə görə, mesajların Laçından verilməsinin isə ayrıca bir əhəmiyyəti var və bu, simvolik bir təzahürlə bərabər, gələcək mümkün təhdidlərdə Azərbaycan-Türkiyə-Pakistanın hərbi səylərini qeyd etməyə imkan verir: “Yəni Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən Şərqi Zəngəzur bölgəsinə hər hansı təhdid mənbəyi yaranarsa, Bakı-Ankara-İslamabad müttəfiqliyinin hərbi komponentləri döyüş əməliyyatlarında öz performasını göstərəcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Laçına ölkəsinin hava qüvvələrinin təyyarəsi ilə gəlməsi də bu mənada çox şeyi deyir”.

A.Kərimov hesab edir ki, regiondakı əməkdaşlıq modellərində iştirak etmək istəyən güclər Azərbaycan-Türkiyə-Pakistan strateji kitabından səhifələr götürmək məcburiyyətindədir: “Üstəlik hər üç ölkənin yeni qlobal nizamyaradan mərkəzə çevrilən Çinlə yüksələn əlaqələri görünməmiş dərəcədə sürətli və dərin dəyişikliklər fonunda çeviklik və preventiv tədbirləri gücləndirən mexanizm yaradır. Göründüyü kimi, Bakı-Türkiyə-İslamabad əməkdaşlığı regionda ambisiyaları məhdudlaşdıran və qlobal geosiyasi rəqabəti balanslaşdıran əhəmiyyətə malikdir. Gələcəkdə bu platformaya maraq göstərən digər dövlətlərə açıq yanaşma da görünə bilər. Bu, Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının təkcə üç ölkə arasında deyil, daha geniş regional və beynəlxalq inteqrasiya üçün zəmin ola biləcəyini göstərir.

Ehtimal ki, Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyi Avrasiya geosiyasətini formalaşdıran Böyük Britaniya və Çinin diqqət mərkəzinə düşərək yeni-yeni əməkdaşlıqlar üçün formulları stimullaşdıracaq".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xaricdə yaşayan 7 bloger barəsində qiyabi həbs qərarı çıxarıldı - SİYAHI
Bu gün, 12:33
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq - belə deyirlər...
Bu gün, 12:31
“Sovetski”dəki evlər sökülür: Sakinlər verilən puldan narazıdır - VİDEO
Bu gün, 12:28
Mərkəzi Bankın valyuta ehtiyatları 619 milyon dollar azalıb
Bu gün, 12:26
“AzSığorta”nın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:24
“Orxan, mahnıların zibillikdir” - Qalmaqal böyüdü
Bu gün, 12:18
İrandan Ərdoğana Zəngəzur cavabı - Tehran da onu deyirsə...
Bu gün, 12:13
Zaur müəllim gələndən 1100 nəfər ixtisara düşüb: DAVAMI VAR... - BELƏ DAVAM ADARSA...
Bu gün, 12:08
Kürdəmirdə 12 erkən nikahın QARŞISI alındı - AÇIQLAMA
Bu gün, 12:04
Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər - İLGİNC FAKTLAR
Bu gün, 11:59
“Azercell”in yeni qərarı bir daha sübut etdi ki, Azərbaycanda iqtisadi model normal deyil – Tahir Kərimli
Bu gün, 11:51
“Sherlock”da hesab üstündə dava - Xanım müştəri həbs edildi
Bu gün, 11:45
Bakıda bu binalar da sökülə bilər – Dəyişiklik gözlənilir
Bu gün, 11:39
SOCAR-ın tenderləri kimlərin cibinə gedir? - Security Operation Services MMC-də qaranlıq iddialar
Bu gün, 11:19
Azərbaycanlı deputat ölkədən qaçdı, mandatı əlindən alınır - TƏFƏRRÜAT
Bu gün, 11:11
Culfada separatçı bayraqlar - ermənilərin İranda təxribatı
Bu gün, 11:08
Çoşqundan gənc aktyorlara İRAD - “Sənətini püxtələşdir, sonra pulun dalınca get”
Bu gün, 11:01
AZAL Təbrizə birbaşa uçuşlar açır və Tehran istiqamətində reyslərin sayını artırır - DİQQƏT!
Bu gün, 10:56
"Bəs niyə bu torpağı bələdiyyə mənə satmışdı?" - GİLEY
Bu gün, 10:51
“Hörümçək toru”, yoxsa “Dilkəsdi” əməliyyatı - GƏLİŞMƏ...
Bu gün, 10:48
Turizm Agentliyi də hind turistlərdən imtina etdi... - ÇÜNKİ...
Bu gün, 10:45
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir - “TRT Haber”
Bu gün, 10:38
II Qaregin Paşinyanın ittihamına cavab verə bilmədi
Bu gün, 10:33
Gömrükdə ciddi islahat gözlənilir - Şahin Bağırov isə...
Bu gün, 10:31
Ermənistan Polisinə yeni rəis təyin olunub - “Armenpress”
Bu gün, 10:25
İrəvanın səmimiyyətinə şübhə və: sülh mesajları fonunda savaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 10:23
Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar - TƏFƏRRÜAT
Bu gün, 10:20
Pezeşkian türk diplomatı Bakıya göndərir - GƏLİŞMƏ
Bu gün, 10:13
Ölkədə sağlam ruhlu gənclik yetişir - MƏQALƏ
Bu gün, 10:10
Bu gün idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:08
Paşinyanın yubiley məclisi: - “Gecəyə kimi yeyib içdilər və…”
Bu gün, 09:52
Azərbaycan şirkəti səhmdarlarını yığıncağa çağırır
Bu gün, 09:41
Separatçıların “şər yuvaları” tarixdən silinir - LAZIM İDİ...
Bu gün, 09:35
Təkcə “Taurus” yox... - Ukrayna üçün daha çox raket
Bu gün, 09:30
Bizləri hədəfə alan BAHALAŞMA BUMU - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:24
Abşeronda kişi 110 manat borca görə döyüldü - MƏHKƏMƏ
Bu gün, 09:15
İranın yeni səfiri əvvəllər də Azərbaycanda işləyibmiş - DOSYE
Bu gün, 09:06
Rusiyada anti-Azərbaycan isteriyası - daha bir irqçi çıxış, Bakıdan sərt reaksiya...
Bu gün, 09:04
“Nar” uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu - FOTO
Bu gün, 09:00
Gözlər Xankəndidə: 10 ölkə Qarabağa niyə toplaşır? - GƏLİŞMƏ
Bu gün, 08:55
Şəmkir xəstəxanasının baş həkimini öldürmək istədilər – ŞOK FAKTLAR
Bu gün, 08:51
Toy etmək istəyənlərin nəzərinə: Yeni qayda gələ bilər - AKTUAL
Bu gün, 08:49
Saatlıda 59 yaşlı kişi hansı vəzifəli şəxsə rüşvət verib? – MƏHKƏMƏ
Bu gün, 08:48
`Azercell`ə qarşı TOTAL ETİRAZLAR - BOYKOTA ÇAĞIRIŞ...
Bu gün, 08:45
Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi
Bu gün, 08:33
"Rusbaş" Saleh Səmədovu BU CƏZA gözləyir - AÇIQLAMA
Bu gün, 08:31
Paşinyan çəkinmədən aktiv və gəlirləri haqqında bəyannaməni Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təqdim etdi... - "Armtimes"
Bu gün, 08:28
İcra başçısının qardaşı dünyasını dəyişib
Bu gün, 08:26
Maddi hüquq normaları... - Ekspert danışır
Bu gün, 08:16
MODERN SAVAŞI ilk tətbiq edən BAKI: Ukrayna təcrübəsi də yarandı... - Bundan sonra nə edəcəyik...
Bu gün, 08:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru