İran Prezidenti Məsud Pezeşkian İrəvanın Zəngəzur dəhlizini ABŞ-yə 99 illiyə icarəyə verməsi barədə cavab almaq üçün Ermənistana səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
Erməni nəşri xatırladıb ki, İran prezidenti yaxın iki həftə ərzində İrəvana rəsmi səfər edəcək:
“İran bunu dilə gətirmir, amma Pezeşkianın Ermənistana qəfil səfəri ABŞ-nin regional kommunikasiyalarda aktivləşməsi və bu gün Vaşinqtonda baş tutacaq danışıqlarla bağlıdır.
İran dəfələrlə bəyan edib ki, xarici dövlətlərin regional məsələlərin həllinə cəlb edilməsi qəbuledilməzdir, xüsusən də Tehranın düşmən münasibətdə olduğu ABŞ. İndi isə Sünikdən keçən yolun (Zəngəzur dəhlizini) onilliklər ərzində Amerikanın nəzarətinə verilməsi Ermənistan-İran münasibətlərini həmişəlik poza bilər.
Görünən odur ki, Pezeşkian şəxsən Ermənistana gəlir ki, məsələ qaldırsın, Paşinyandan o məsələlərə cavab alsın, sonra öz siyasətini dəqiqləşdirsin”.