Qaradağ RİHB-nın Aparatına məxsus Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən elan olunan tender ləğv edilib.
"DİA-AZ" xəbər verir ki, sözügedən tender yolların əsaslı təmir işlərinin satın alınması üzrə elan edilmişdi. Tenderin ehtimal olunan dəyəri 149 069 manat təşkil edirdi.
Tender 5 iyun 2025-ci il tarixində elan olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı 1 avqust 2025-ci il saat 18:41-də baş tutmalı idi. Lakin satınalmada iştirak etmək üçün tələb olunan lisenziya və ya icazəyə malik təchizatçıların sayı üçdən az olduğundan (qanunvericiliyin 36.1.1-ci maddəsi əsasında) tender ləğv olunub.