ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putinin görüşü avqustun 11-də Romada keçirilə bilər.
Bu barədə "Report" "Fox News"ə istinadən məlumat verir.
"Liderlərin sammitinin artıq növbəti bazar ertəsi (11 avqust - red.) keçirilməsi planlaşdırılır və müzakirə olunan təyinat məntəqələrindən biri Romadır" - mənbə bildirib.
Nəşrin məlumatına görə, əgər görüş növbəti həftənin sonrakı günlərində baş tutarsa, Roma hələ də bir variant ola bilər, baxmayaraq ki, mümkün variantlar sırasına Avropanın və dünyanın digər ölkələri də daxildir.