Dövlət qurumu 269 minlik təmizlik xidmətini .....                     Bəs Ankara BUNA NƏ DEYİR? .....                     "Xatun başa düşdü ki, mənə qarşı düz etməyib" .....                     Azərbaycan Cənubi Qafqazın super gücünə çevrilir .....                     "Bu halda Rusiya maksimum 20-30 min azərbaycanlı miqrantı qova bilər...” .....                     Əliyev və Paşinyan ABŞ-da nələr edir? .....                     Naxçıvana yol dəhliz statusunda olacaq .....                     Müəllimdən sensassion müsahibə: .....                     Vaşinqtonda sülh üçün tarixi görüş: .....                     Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: .....                     Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək .....                     Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu .....                     Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... .....                     İran Bakıya görə taktikanı dəyişdi: .....                     “ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib .....                     Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı .....                     Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi .....                     Baş prokurordan YENİ TƏYİNAT .....                     Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi .....                     "Mən hər zaman iş başında olmaq istəyirəm" .....                     Tibb Universiteti “Arash Medical”a 377 min verəcək .....                     II Qaregin ABŞ-yə gedib .....                     Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib .....                     Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? .....                     "Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." .....                     Rusiyadan Gürcüstana mesaj: .....                     Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı .....                     Rusiya 17 il əvvəlki hücumu təkrarladı .....                     Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib .....                     Təhsildə qərar xaosu və yerli idarəetmənin “yuxu planları” .....                     Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil .....                     İkinci dəfə deputat seçilməyimə mane oldular .....                     “Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb .....                     Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı .....                     Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi .....                     “Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” .....                     Dünyanın gözü Vaşinqtonda: .....                     Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib .....                     Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib .....                     Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı .....                 

Vaşinqtonda sülh üçün tarixi görüş: - Cənubi Qafqazda yeni dönəmin başlanğıcı
Tarix: Bu gün, 12:52 | Çap et

Bu gün Vaşinqtonda Cənubi Qafqaz üçün tarixi görüş keçiriləcək. Belə ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək. Daha sonra liderlərin üçtərəfli bəyanat verəcəyi, sülh sazişi sənədinin imzalanacağı gözlənilir.

Tramp sosial şəbəkə hesabında yazıb ki, avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirini “tarixi sülh sammitində” qəbul edəcək: "Mən Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanı tarixi Sülh Sammitində qəbul etməyi səbirsizliklə gözləyirəm. Bu iki ölkə uzun illərdir müharibə vəziyyətindədir, nəticədə minlərlə insan həyatını itirib. Bir çox liderlər müharibəyə son qoymağa çalışıblar, lakin indiyədək uğursuz olublar. ‘Administrasiyam uzun müddətdir hər iki tərəflə əlaqə saxlayır. Sabah Prezident Əliyev və Baş nazir Paşinyan mənimlə birlikdə Ağ Evdə rəsmi Sülh Sazişinin imzalanma mərasimində iştirak edəcəklər. Amerika Birləşmiş Ştatları həmçinin hər iki ölkə ilə ikitərəfli razılaşmalar imzalayacaq ki, birlikdə iqtisadi imkanları inkişaf etdirək və beləliklə, Cənubi Qafqaz regionunun potensialını tam şəkildə aça bilək. Mən bu cəsarətli liderlərlə qürur duyuram ki, onlar Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün addım atırlar”.

Amerika lideri bu günü “Ermənistan, Azərbaycan, ABŞ və dünya üçün tarixi gün” adlandırıb.

Ağ Ev Əliyev və Paşinyanla ikitərəfli və üçtərəfli görüşlərin proqramını artıq açıqlayıb. Bildirilib ki, ABŞ Prezidenti cümə günü Ağ Evdə Ermənistanın Baş naziri və Azərbaycanın Prezidenti ilə ayrı-ayrılıqda görüşəcək, ardından isə üçtərəfli imzalanma mərasimi keçiriləcək. Bu barədə jurnalist Ələkbər Raufoğlu öz sosial şəbəkə hesabında yazıb.

Ağ Evin açıqladığı cədvələ görə, Tramp saat 14:30-da (ABŞ vaxtı ilə) Paşinyanı qarşılayacaq, 14:35-də ikitərəfli görüş, 15:05-də isə imzalanma mərasimi keçiriləcək.

Saat 15:10-da Əliyevlə salamlaşma mərasimi, 15:15-də ikitərəfli görüş, 15:45-də isə imzalanma mərasimi nəzərdə tutulub.

Günün yekununda, saat 16:15-də Ağ Evdə hər iki liderin iştirakı ilə üçtərəfli imzalanma mərasimi baş tutacaq.

“The Washington Post”un dünən mənbələrə istinadən yaydığı məlumata görə, tərəflər sülh sazişini elan edə bilər. Nəşr qeyd edir ki, Vaşinqton uzun müddətdir davam edən münaqişənin nizamlanmasına nail olmağa çalışır.

“Tramp uzun müddətdir ki, davam edən münaqişə vəziyyətində iki ölkə arasında sülh razılaşmasına nail olmaq istəyən Azərbaycan və Ermənistan liderlərini cümə günü Ağ Evdə qəbul edəcək və ola bilsin ki, görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişi elan olunsun”, - qeyd olunub.

Bundan əvvəl Ermənistan hakimiyyəti sazişin ABŞ-da mümkün imzalanması ilə bağlı məlumatları təkzib etməyib. Ölkənin Xarici İşlər Nazirliyi bəyan edib ki, sazişin mətni artıq razılaşdırılıb, lakin imzalanma yeri və vaxtının müzakirəsi tələb olunur.

Bakı sərhəddə atəşkəs və Ermənistanda konstitusiya dəyişiklikləri də daxil olmaqla şərtləri yerinə yetirməkdə israrlıdır. Azərbaycan da ATƏT-in Minsk Qrupunun de-yure buraxılmasını tələb edir. İrəvan Bakının iddialarını rədd edir, lakin Paşinyan sülh prosesi ilə paralel olaraq konstitusiya islahatlarına və Minsk Qrupunun taleyi ilə bağlı müzakirələri mümkün sayır.

Bu arada, İlham Əliyev qeyd edib ki, Bakı ilə İrəvan arasında danışıqlar yekun mərhələdədir və tərəflər tarixi atəşkəs sazişi bağlamağa yaxındırlar. O həmçinin vurğulayıb ki, Bakı hələ də İrəvandan iki şərti yerinə yetirməyi tələb edir.

Amerikadakı tarixi sammiti və nəticələrini AYNA.AZ-a müsahibəsində şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, bu günkü görüşdən sonra ortaq bəyanatın qəbul olunması, çərçivə sazişinin imzalanması variantı var:

- Ən yaxşı halda sülh sazişinin imzalanması variantıdır. Amma Vaşinqtonda sülh sazişinin imzalanması ehtimalı azdır. Çünki Azərbaycanın iki tələbi hələ yerinə yetirilməyib. Sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən bəndin çıxarılması və ATƏT-in Minsk Qrupunun de-yure ləğvi ilə bağlı birgə müraciətin edilməsi lazımdır. Aydındır ki, Ermənistan tərəfi Bakının ikinci tələbini yerinə yetirməyə hazırdır. Baş nazir Paşinyan deyir ki, sülh sazişi imzalandığı gün Minsk Qrupundan imtina edə bilərlər. Əslində Paşinyan Ermənistan Konstitusiyasında dəyişikliyin də zəruri olduğunu deyir. Sadəcə bildirir ki, parlament seçkilərindən sonra referendum keçirilə bilər.

Azərbaycan tələsmir. Biz ərazi bütövlüyünü təmin etmişik, münaqişə faktiki olaraq bitib. İndi top Ermənistan tərəfdədir. Ermənistan Bakının şərtlərini yerinə yetirməyibsə, Vaşinqtonda sülh sazişinin imzalanması problematikdir.

- Amma Tramp səviyyəsində sənədin imzalanacağı elan edilib...

- Əlbəttə, sənəd imzalanacaq. Gözlənilir ki, birgə bəyanat verilsin. Amma şərtlər yerinə yetirilməyibsə, fundamental sənədə imza atılması o qədər də inandırıcı görünmür.

Məsələnin başqa tərəfinə baxmaq lazımdır: niyə məhz Vaşinqtonda görüş keçirilir və niyə Tramp bu təşəbbüsü irtəli sürüb. Tramp hakimiyyətə gələndə bir neçə vəd vermişdi. Məsələn, Ukrayna müharibəsini dayandıracağını, Yaxın Şərqdə sülhə nail olacağını demişdi. Vədlərə baxmayaraq, bunlar həyata keçmədi. İndi Trampın başqa uğur hekayəsinə ehtiyacı var. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında sülh prosesində indiyədək əldə olunanlar birbaşa danışıqların nəticəsidir. İndi vəziyyət elədir ki, həm Bakı, həm də İrəvan Tramp adminstrasiyası ilə sıx əlaqələr qurmaq istəyir. Ona görə də Trampın təşəbbüsünə tərəflər “yox” deməyiblər. Təbii ki, ola bilsin niyyət protokolu imzalansın. Bu da gələcəkdə sülh sazişinin imzalanması yolunda önəmli addım sayıla bilər.

Bununla yanaşı, ortaq bəyanat qəbul oluna bilər ki, orada da məsələn, göstərilər ki, sülh sazişi filan tarixədək imzalansın, Zəngəzur dəhlizi filan vaxt açılsın və s. Həmin sənəddə müxtəlif məsələlərlə bağlı bəndlər qəbul edilə bilər.

- Məlumdur ki, Təkcə Bakı və İrəvanın diqqəti Vaşinqton görüşündə deyil, həmçinmin Moskva və Tehran da diqqəti Amerikaya yönəldib. Rusiya və İranın məsələyə reaksiyası necədir, necə ola bilər?

- Əlbəttə ki, Moskva və Tehrandakı dairələr də gözləyirlər ki, görəsən Vaşinqtonda nə imzalanacaq, bu görüş Amerikanın Cənubi Qafqazda rolunu necə artıracaq?! Məsələ burasındadır ki, Rusiya və İranın yanlış siyasəti nəticəsində Amerikanın bölgədə nüfuzu artmaqdadır. Rusiya və İrandakı şovinist dairələr Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla münasibətləri korladılar. İndi ABŞ-ın fürsəti var ki, doğru siyasət həyata keçirməklə regionda möhkəmlənsin. Bəli, ABŞ-ın siyasəti ilə bağlı da bizim suallarımız var, amma Rusiya və İranla bağlı suallarımız daha çoxdur. Hesab edirəm ki, bu günkü görüş və nəticələri Cənubi Qafqazda yeni dönəmin başlanğıcının əsasını qoya bilər.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu 269 minlik təmizlik xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 14:08
Bəs Ankara BUNA NƏ DEYİR? - AKTUAL
Bu gün, 14:04
"Xatun başa düşdü ki, mənə qarşı düz etməyib"
Bu gün, 13:50
Azərbaycan Cənubi Qafqazın super gücünə çevrilir – Trampın qərarı həlledici oldu
Bu gün, 13:40
"Bu halda Rusiya maksimum 20-30 min azərbaycanlı miqrantı qova bilər...” - TƏDARÜKLÜ OLMALIYIQ...
Bu gün, 13:05
Əliyev və Paşinyan ABŞ-da nələr edir? – Qazaryan elə FOTO yaydı ki…
Bu gün, 13:01
Naxçıvana yol dəhliz statusunda olacaq - Poqosyan
Bu gün, 13:00
Müəllimdən sensassion müsahibə: - “Kurslara, özəl müəssisələrə sual ötürürlər”
Bu gün, 12:56
Vaşinqtonda sülh üçün tarixi görüş: - Cənubi Qafqazda yeni dönəmin başlanğıcı
Bu gün, 12:52
Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: - Azərbaycan üçün nə dəyişir?!
Bu gün, 12:48
Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək - belə deyirlər...
Bu gün, 12:39
Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu – “Vəzifə dalınca qaçırlar…”
Bu gün, 12:36
Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
İran Bakıya görə taktikanı dəyişdi: - Pezeşkianı narahat edən təhlükə
Bu gün, 12:11
“ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 12:03
Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 12:00
Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi - ŞƏRH
Bu gün, 11:58
Baş prokurordan YENİ TƏYİNAT - FOTO
Bu gün, 11:56
Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi - "Problem ermənilərin rasional yaddaşlarında deyil"
Bu gün, 11:46
"Mən hər zaman iş başında olmaq istəyirəm"
Bu gün, 11:33
Tibb Universiteti “Arash Medical”a 377 min verəcək
Bu gün, 11:31
II Qaregin ABŞ-yə gedib
Bu gün, 11:26
Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib - DOSYE
Bu gün, 11:22
Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? - AKTUAL
Bu gün, 11:20
"Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." - ETİRAZ
Bu gün, 11:16
Rusiyadan Gürcüstana mesaj: - Hazırıq
Bu gün, 11:09
Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı - Arkov
Bu gün, 11:08
Rusiya 17 il əvvəlki hücumu təkrarladı – Bakıya Vaşinqton görüşü öncəsi mesaj
Bu gün, 11:07
Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib - KİV
Bu gün, 11:04
Təhsildə qərar xaosu və yerli idarəetmənin “yuxu planları” - İLGİNC İDDİALAR
Bu gün, 11:02
Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil - Surenyants
Bu gün, 10:56
İkinci dəfə deputat seçilməyimə mane oldular - Lalə Abbasova
Bu gün, 10:55
“Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb
Bu gün, 10:51
Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı - TƏFƏRRÜAT
Bu gün, 10:48
Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi - AÇIQLANDI
Bu gün, 10:47
“Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” - ETİRAZ
Bu gün, 10:45
Dünyanın gözü Vaşinqtonda: - Liderlər bu saatlarda görüşəcək
Bu gün, 10:43
Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib - AÇIQLAMA
Bu gün, 10:38
Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib
Bu gün, 10:37
Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir - AXI NİYƏ?
Bu gün, 10:32
Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi - MƏQSƏD NƏDİR?
Bu gün, 10:25
İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:21
"Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" - Cahangir Əsgərovdan SƏRT AÇIQLAMA
Bu gün, 10:13
Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 10:00
Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... - SANKİ QAYA PARÇASIDIR...
Bu gün, 09:59
Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı QƏRAR
Bu gün, 09:42
Trampla Putin ANLAŞMA YOLUNDA... - TƏFƏRRÜAT
Bu gün, 09:33
Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? - AKTUAL
Bu gün, 09:20
"Bunların gördüyü iş bundan artıq olmayacaq ki..." - NARAZILIQ VAR...
Bu gün, 09:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru