“Karkas” ASC 2024-cü ili 35 123 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 91 640 manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 2.6 dəfə azalma deməkdir.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Karkas” şirkətinin satışdan gəlirləri 2023-cü ildə 654 476 manat ikən, 2024-cü ildə 786 653 manata yüksəlib.
31 dekabr 2024-cü il tarixində “Karkas” ASC 593 698 manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 595 892 manat cəmi aktivlərə malik idi.
Xatırladaq ki, “Karkas” ASC 1998-ci ildə yaradılıb və şirkətin nizamnamə kapitalı 591 min manatdır.