Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil .....                     İkinci dəfə deputat seçilməyimə mane oldular .....                     “Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb .....                     Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı .....                     Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi .....                     “Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” .....                     Dünyanın gözü Vaşinqtonda: .....                     Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib .....                     Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib .....                     Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı .....                     Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir .....                     Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi .....                     İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... .....                     "Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... .....                     Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı .....                     Trampla Putin ANLAŞMA YOLUNDA... .....                     Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? .....                     "Bunların gördüyü iş bundan artıq olmayacaq ki..." .....                     “Çınqıl Servis” ASC səhmdarlarının .....                     ABŞ Trampın rəhbərliyi ilə Türk blokunu gücləndirir .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir .....                     Qida Təhlükəsizliyi Agentliyi REAL TV-yə 48 min ödəyəcək .....                     Qafqaza sülh Amerika saatı ilə gəlir .....                     Regionlarda otellərin qiyməti niyə bahadır? .....                     Gəncədə 10 manatla audit şirkəti quruldu .....                     Sülh sazişinə dair niyyət protokolunun imzalanmasını istisna etmirəm .....                     Putin və Trampın telefon danışıqları dost mühitində baş tutub .....                     "O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi" .....                     Biz də deyirik ki, vurduğu təyyarəyə görə üzr istəyər... .....                     Əmrullayevin təhsilə olan EŞQİ .....                     Araz Paşayev kimi aldadır? .....                     “Rusiya Azərbaycana qarşı təxribatları dayandırmayacaq” .....                     'Rusiya heç vaxt Cənubi Qafqazda sülh və sabitliyin yaradılmasının tərəfdarı olmayıb" .....                     İran Azərbaycana qarşı “bulud müharibəsi”nə başladı .....                     "JEK"lər vətəndaşın cibinə girir: Qanunsuz ödənişlər hara gedir? .....                     "Boşanan qadının həyat tərzi monitorinq edilməlidir" .....                     Deputatın işçisi vətəndaşı boğmaq istədi .....                     Vaşinqtonda həlledici diplomatiya: sülh sazişi razılaşdırılıb .....                 

Qafqaza sülh Amerika saatı ilə gəlir - GƏLİŞMƏ
Tarix: Bu gün, 08:41 | Çap et

ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə Ağ Evdə keçirəcəyi görüş gündəmin əsas mövzusu olaraq qalır. Görüşlər avqustun 8-də Bakı vaxtı ilə təxminən 22:30-da başlayacaq, 04-də (Bakı zamanı ilə avqustun 9-da) isə üç liderin birgə bəyanatla çıxış etməsi gözlənilir. Vaşinqtona hər iki ölkənin xarici işlər nazirinin gedəcəyi də dəqiqləşib.

Günün ikinci hissəsində yayılan məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gedib.

APA xəbər verir ki, dövlət başçısını “Joint Base Andrews” hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.

Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirəcəyi görüşdə müzakirə olunacaq mövzular bəlli olub. Bu barədə ABŞ-da yaşayan azərbaycanlı jurnalist Alex (Ələkbər) Raufoğlu öz X hesabında paylaşım edib.

O qeyd edib ki, aşağıdakı əsas sənədlərin imzalanması nəzərdə tutulur:

Sülh prosesinə dair yol xəritəsini müəyyən edən birgə bəyanat.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən əvvəlcədən razılaşdırılmış sülh sazişinin paraflanması.

Hər iki ölkənin ATƏT-in Minsk Qrupundan rəsmi çıxışını təsdiqləyən birgə məktub.

Həm ABŞ-Azərbaycan, həm də ABŞ-Ermənistan arasında münasibətlərin inkişafını nəzərdə tutan anlaşma memorandumları.

“Vaşinqtonda keçiriləcək görüşdə "tarixi irəliləyiş" kimi təqdim olunacaq sənəd imzalana bilər". Ermənistanın “Joqovurd” qəzeti Ermənistan hakimiyyətinə yaxın mənbələrə istinadən belə yazır. Qəzetin yazdığına görə, Paşinyan “Mülki müqavilə” partiyasının iclasında ABŞ-da “müəyyən sənədin” imzalanmasının böyük ehtimalla baş tutacağını bildirib.

Nəşrin iddiasına görə, Vaşinqton Zəngəzur dəhlizi probleminin həllini təklif edib. Belə ki, “dəhliz” terminindən istifadə etmədən və heç bir tərəfə xüsusi səlahiyyət vermədən, amma kənar nəzarət elementləri ilə açılmasını təklif edir.

Ekspertlərə görə, yekun sülh müqaviləsinə əsas maneə Ermənistan Konstitusiyasına dəyişikliklərin zəruriliyi olaraq qalır. Bunun üçün İrəvan yeni konstitusiya qəbul etməli olacaq ki, bu da gərgin daxili siyasi mübarizənin və 2026-cı il parlament seçkilərinə hazırlıqların getdiyi indiki şəraitdə mümkün deyil. Paşinyan etimad mandatı almaq və yalnız bundan sonra konstitusiya islahatlarına başlamaq üçün seçkilərdə qalib gəlməlidir.

Memorandumun özündə Zəngəzur dəhlizinin açılması məsələsi də öz əksini tapa bilər. Ermənistan dəhlizin Amerika şirkətinin idarəçiliyinə verilməsinə etiraz etmir, çünki hazırda Rusiya Federasiyasının FSB ona faktiki nəzarət edir. Amerika operatorunun meydana çıxması dəhlizin stabil fəaliyyətinə zəmanət verəcək və onun geosiyasi manipulyasiyalarda istifadəsini istisna edəcək. Bu, Rusiyanın bu istiqamətdə təsirini neytrallaşdırmağa çalışan İrəvanın maraqlarına cavab verir. Tam hüquqlu sülh müqaviləsinin imzalanması Ermənistanın öz konstitusiyasına qonşu dövlətlərə, o cümlədən Azərbaycan və Türkiyəyə ərazi iddialarından imtinanı özündə əks etdirən yeni geosiyasi doktrina daxil etməsindən sonra mümkün olacağını proqnozlaşdırır. Eyni zamanda Zəngəzur dəhlizinin açılması məsələsi daha tez həll oluna bilər ki, bu da Ermənistan-Azərbaycan münasibətlərinin yekun şəkildə normallaşması istiqamətində əməli addım olacaq.

Kremlə yaxın “Kommersant” nəşrində dərc edilən məqalədə deyilir ki, Vaşinqtonda gözlənilən danışıqlar artıq Ağ Evin rəhbəri üçün yeni diplomatik qələbə kimi qiymətləndirilir. “Hazırlanan sənəd sülh müqaviləsi olmasa da, onun imzalanması faktı Ağ Evdə Donald Trampa Cənubi Qafqazda sülhməramlı kimi çıxış etmək imkanı verəcək. Moskva ilə münasibətlərdə böhran yaşayan İrəvan və Bakı ABŞ-ı regionun əsas tənzimləyicisi kimi tanımağa hazır olduqlarını nümayiş etdirirlər”, - deyə məqalədə bildirilir.

Aydındır ki, Vaşinqtonda hansı sənədin imzalanmasından asılı olmayaraq, Rusiya bunu özünə qarşı addım hesab edəcək və gələcəkdə bu prosesi tormozlamaq üçün cəhdlər edəcək. Bəs o halda Vaşinqton sülh sazişini Rusiyadan qoruya biləcəkmi?

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə “Yeni Müsavat”a bildirdi ki, yalnız Ermənistan Konstitusiyasını dəyişdikdən sonra sülh müqaviləsi imzalana bilər: “Ehtimal edə bilərik ki, Vaşinqtonda tərəflər sülh üçün niyyət bəyanı, yaxud ondan müəyyən qədər artıq hüquqi qüvvəsi olan sülh üçün çərçivə sazişi imzalayacaqlar. Adətən bəyanatların hüquqi bağlayıcı qüvvəsi olmasa da, bu sənədlər sülh müqaviləsi imzalamaq niyyəti ifadə edən ilkin razılaşmalardır. Çərçivə sazişi isə müəyyən hüquqi qüvvəsi olan, sülh üçün prinsipləri, sərhədlər, təhlükəsizlik (indiki halda Zəngəzur dəhlizində təhlükəsizliyin təmini) və s. detalları özündə ehtiva edən sənəddir. Beləliklə, Trampın liderliyində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə gedən yolda vacib addım atılacağı gözlənilir və buna görə də son dövrlər Rusiya və İrandan təzyiq və hədələr artmaqdadır. Bu təzyiq və hədələri neytrallaşdırmaq, sülh prosesini qorumaq, o cümlədən digər regional konfliktlərə dair ABŞ və Rusiya arasında anlaşmaq üçün Trampın xüsusi nümayəndəsi Uitkoff bu günlərdə Moskvaya səfər edib. Bu danışıqlar, hər halda, Zəngəzur dəhlizinə dair məsələni də əhatə edir. Bu məsələdə ABŞ üstünlüyünü qorumaq üçün Trampın Rusiyaya daha öncə verdiyi 10 günlük vaxt, yeni sanksiyalar, Ukraynaya daha güclü hərbi yardım və s. kimi təzyiqlərdən istifadə etdiyini deyə bilərik. Beləliklə, Vətən müharibəsində tam qələbəmiz, suverenliyimizin tam bərpası 2020-2023-cü illəri əhatə etdiyi kimi, Zəngəzur dəhlizinin açılması ilə taclandırılacaq sülh müqaviləsi istiqamətdə uzun müddətdir davam edən danışıqların artıq yekun mərhələyə qədəm qoyduğunu deyə bilərik”.

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynovun sözlərinə görə, Azərbaycan üçün əsas məsələ, sülhün hansı ölkənin təşəbbüsü ilə, harada və necə əldə olunmasından daha çox, həmin sənədin Azərbaycanın milli maraqlarına cavab verib-verməməsidir: “Bu baxımdan sülh müqaviləsində ilk növbədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, qarşılıqlı surətdə ərazi iddialarından imtina etməsi və xüsusilə Ermənistan Konstitusiyasında əksini tapan qeyri-real ərazi iddialarının rəsmən ləğv olunması əsas şərtlər sırasındadır. Eyni zamanda Azərbaycanın Naxçıvanla Zəngəzur dəhlizi vasitəsilə birbaşa bağlantı qurmaq hüququ, bu sülh paketində yer almalıdır. Azərbaycan bu dəhlizin nəzarətinin neytral və ya beynəlxalq tərəfdaş (məsələn, ABŞ və ya Avropa şirkəti) tərəfindən həyata keçirilməsini qəbul edə bilər. Bu isə Moskvanın təsir imkanlarının azaldılması anlamına gələcək və Azərbaycanın praqmatik, balanslaşdırılmış xarici siyasət anlayışı ilə uzlaşır. Vaşinqtonda keçiriləcək bu görüşün ən mühüm tərəfi odur ki, söhbət sıradan diplomatik məsləhətləşmədən deyil, dövlətlərin ali siyasi rəhbərliyi səviyyəsində keçirilən görüşdən gedir. Bu isə onu göstərir ki, tərəflər - həm Azərbaycan, həm də Ermənistan məsələni son mərhələyə daşımaq üçün ciddi iradə nümayiş etdirirlər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil - Surenyants
Bu gün, 10:56
İkinci dəfə deputat seçilməyimə mane oldular - Lalə Abbasova
Bu gün, 10:55
“Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb
Bu gün, 10:51
Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı - TƏFƏRRÜAT
Bu gün, 10:48
Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi - AÇIQLANDI
Bu gün, 10:47
“Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” - ETİRAZ
Bu gün, 10:45
Dünyanın gözü Vaşinqtonda: - Liderlər bu saatlarda görüşəcək
Bu gün, 10:43
Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib - AÇIQLAMA
Bu gün, 10:38
Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib
Bu gün, 10:37
Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir - AXI NİYƏ?
Bu gün, 10:32
Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi - MƏQSƏD NƏDİR?
Bu gün, 10:25
İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:21
"Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" - Cahangir Əsgərovdan SƏRT AÇIQLAMA
Bu gün, 10:13
Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 10:00
Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... - SANKİ QAYA PARÇASIDIR...
Bu gün, 09:59
Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı QƏRAR
Bu gün, 09:42
Trampla Putin ANLAŞMA YOLUNDA... - TƏFƏRRÜAT
Bu gün, 09:33
Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? - AKTUAL
Bu gün, 09:20
"Bunların gördüyü iş bundan artıq olmayacaq ki..." - NARAZILIQ VAR...
Bu gün, 09:10
“Çınqıl Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 09:04
ABŞ Trampın rəhbərliyi ilə Türk blokunu gücləndirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:58
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:55
Qida Təhlükəsizliyi Agentliyi REAL TV-yə 48 min ödəyəcək
Bu gün, 08:50
Qafqaza sülh Amerika saatı ilə gəlir - GƏLİŞMƏ
Bu gün, 08:41
Regionlarda otellərin qiyməti niyə bahadır? - AXI NİYƏ?
Bu gün, 08:39
Gəncədə 10 manatla audit şirkəti quruldu
Bu gün, 08:35
Sülh sazişinə dair niyyət protokolunun imzalanmasını istisna etmirəm - deputat
Bu gün, 08:24
Putin və Trampın telefon danışıqları dost mühitində baş tutub - KİV
Bu gün, 07:02
"O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi" - ANIM
Bu gün, 06:52
Biz də deyirik ki, vurduğu təyyarəyə görə üzr istəyər... - AYI ADI ÜSTÜNDƏDİR...
Bu gün, 06:50
Əmrullayevin təhsilə olan EŞQİ BUDURMU?
Bu gün, 06:47
Araz Paşayev kimi aldadır? - Direktorların Avropa səfəri ilə bağlı qalmaqal böyüyür
Bu gün, 06:43
“Rusiya Azərbaycana qarşı təxribatları dayandırmayacaq” - ÇÜNKİ...
Bu gün, 06:37
'Rusiya heç vaxt Cənubi Qafqazda sülh və sabitliyin yaradılmasının tərəfdarı olmayıb" - deputat
Bu gün, 06:05
İran Azərbaycana qarşı “bulud müharibəsi”nə başladı - NƏ BAŞ VERİR?
Bu gün, 06:03
"JEK"lər vətəndaşın cibinə girir: Qanunsuz ödənişlər hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:01
"Boşanan qadının həyat tərzi monitorinq edilməlidir" - Sosioloqdan TƏKLİF
Bu gün, 05:58
Deputatın işçisi vətəndaşı boğmaq istədi - İŞƏ POLİS QARIŞDI
Bu gün, 05:54
Vaşinqtonda həlledici diplomatiya: sülh sazişi razılaşdırılıb - GƏLİŞMƏ
Bu gün, 05:44
Rusiya iflas etdi: Qafqazda yeni geosiyasi reallıq – Ermənistan nə edəcək?
Bu gün, 05:40
Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm - Tramp
Bu gün, 05:36
Tanınmış həkimə Laçında vəzifə verildi - FOTO
Bu gün, 00:06
"Təmir gedən yollarda təhlükəsizlik sıfırdır" - ETİRAZ
Bu gün, 00:00
Tovuzda daha bir dəhşət: azyaşlı qıza zorakılıq – Araşdırma başlandı
Dünən, 23:59
Görüşün 8 avqusta təyin olunması təsadüf deyil! - AÇIQLAMA
Dünən, 23:57
ABŞ-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlığa doğru irəliləyir - AKTUAL
Dünən, 23:55
Vaşinqtondan Azərbaycan və Ermənistan arasında sülh və Zəngəzur dəhlizi barədə açıqlama - DETALLAR
Dünən, 23:52
ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın diplomatik manevr imkanlarının artıracaq - ŞƏRH
Dünən, 18:04
Rusiyada atışmada ittiham olunan azərbaycanlılar bəraət aldılar - TƏFƏRRÜAT
Dünən, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru