Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi .....                     "Mən hər zaman iş başında olmaq istəyirəm" .....                     Tibb Universiteti “Arash Medical”a 377 min verəcək .....                     II Qaregin ABŞ-yə gedib .....                     Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib .....                     Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? .....                     "Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." .....                     Rusiyadan Gürcüstana mesaj: .....                     Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı .....                     Rusiya 17 il əvvəlki hücumu təkrarladı .....                     Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib .....                     Təhsildə qərar xaosu və yerli idarəetmənin “yuxu planları” .....                     Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil .....                     İkinci dəfə deputat seçilməyimə mane oldular .....                     “Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb .....                     Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı .....                     Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi .....                     “Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” .....                     Dünyanın gözü Vaşinqtonda: .....                     Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib .....                     Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib .....                     Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı .....                     Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir .....                     Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi .....                     İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... .....                     "Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... .....                     Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı .....                     Trampla Putin ANLAŞMA YOLUNDA... .....                     Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? .....                     "Bunların gördüyü iş bundan artıq olmayacaq ki..." .....                     “Çınqıl Servis” ASC səhmdarlarının .....                     ABŞ Trampın rəhbərliyi ilə Türk blokunu gücləndirir .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir .....                     Qida Təhlükəsizliyi Agentliyi REAL TV-yə 48 min ödəyəcək .....                     Qafqaza sülh Amerika saatı ilə gəlir .....                     Regionlarda otellərin qiyməti niyə bahadır? .....                     Gəncədə 10 manatla audit şirkəti quruldu .....                     Sülh sazişinə dair niyyət protokolunun imzalanmasını istisna etmirəm .....                 

Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? - AKTUAL
Tarix: Bu gün, 09:20 | Çap et

Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərsiz fəaliyyətini davam etdirir. Ancaq rəsmi açıqlama olmasa da, nazirliyə yeni rəhbər təyinatı gözlənilir. Yada salaq ki, uzun illər nazir olan Muxtar Babayev Bakıda keçirilən uğurlu COP29-dan sonra Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib. O vaxtdan nazir postu vakant qalıb.

Yada salaq ki, Azərbaycan Prezidentinin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.

Qeyd edək ki, Muxtar Babayevdən əvvəl ekologiya və təbii sərvətlər naziri postunu Hüseynqulu Bağırov tutub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas səlahiyyətləri isə bunlardır: ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə, ekoloji təhlükəsizlik, meşə təsərrüfatı, su ehtiyatlarının qorunması və s.

Modern.az-a daxil olan məlumata görə, yeni ekologiya və təbii sərvətlər naziri parlamentdən gətiriləcək. Saytın yazısında iddia olunur ki, həmin şəxs müasir yanaşmaları ilə seçilir və siyasi dairələrin etimadını qazanıb. Amma adı hələlik gizli saxlanılır. Parlamentdən yüksək vəzifəyə təyinat yenilik deyil. Qaçqınların və Məcburi Köçünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Diasporlarla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, sabiq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vaxtilə vəzifəyə təyin olunmuş deputatlardır.

Başqa bir versiyaya görə, hazırda nazirlikdə çalışan müavinlərdən biri rəhbərliyə gətirilə bilər. Çünki bu şəxslər nazirlik sisteminə yaxşı bələddir və çevik idarəçilik təcrübəsi var. İnstitusional davamlılıq baxımından bu seçim məntiqli görünür. Məlumat üçün deyək ki, hazırda ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovdur. Rauf Hacıyev, Vüqar Kərimov və Umayra Tağıyeva isə nazir müavinləridir.

Siyasi dairələrdə yayılan digər versiya isə sürpriz ehtiva edir. Belə ki, tamam fərqli sahəni təmsil edən bir dövlət qurumunun rəhbəri nazirlik üçün nəzərdən keçirilir. Bu hal dəyişiklik rüzgarlarının daha geniş miqyasda əsdiyini göstərir. Qeyd edək ki, mediada yayılan xəbərlərə görə, payıza doğru iqtidarda kadr dəyişiklikləri ilə yanaşı nazirlik və komitələrdə struktur dəyişiklikləri gözlənilir. Bəzi nazirliklərin, komitə və xidmətlərin birləşdiriləcəyi iddia edilir. Bundan başqa, Azərbaycanda yerli icra hakimiyyətlərində genişmiqyaslı struktur islahatlarının aparılması da yenə gündəmdədir. Belə ki, müasir idarəetmə tələblərinə cavab verməyən bəzi idarələrin ləğvi, digərlərinin isə yenidən təşkili planlaşdırılır. Nəzərdə tutulan islahatlarda məqsəd idarəetmədə çevikliyin və effektivliyin artırılmasıdır. Müvafiq məsələ ilə bağlı rəsmi qərarların yaxın aylarda açıqlanacağı gözlənilir.

2025-ci ilin ilk həftəsindən etibarən Azərbaycan hökumətində bir sıra dəyişikliklər baş verib. Belə ki, 19 il maliyyə naziri vəzifəsində çalışan Samir Şərifov baş nazirin müavini təyin edilib. Prezident İlham Əliyev bu barədə müvafiq sərəncamdan təxminən bir ay sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi vəzifəsindən azad edərək maliyyə naziri təyin edib. İmzalanan digər sərəncamla isə Sahil Babayevi onun müavini Anar Əliyev əvəzləyib.

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri, deputat Elşad Musayev “Yeni Müsavat”a dedi ki, bu nazirlikdə vaxtilə Firdovsi Əliyev çalışırdı, rayonlara gedəndə onun fəaliyyətini görürdü: “Mən obyektiv yanaşmanın tərəfdarıyam, onun işlədiyini müşahidə edirdim. İndi isə Azərbaycanda bu qədər komitələrə, nazirliklərə ehtiyac yoxdur. Sözügedən nazirliyin də bir strukturda birləşməsi daha yaxşı olardı. Çünki büdcəyə də yükdür. Struktur islahatları nəticəsində daha çevik, mobil iş qurmaq mümkündür. Azərbaycanda bu qədər qurumların olmasına zərurət görmürəm. Onlar bir strukturun tərkibində də faydalı ola bilər. Eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir strukturun tərkibinə verilməsini təklif edərdim. Ancaq sözsüz ki, dövlət başçısının və hökumətin mövqeyi fərqli ola bilər. Sadəcə, dünya təcrübəsində də görmək olar ki, artıq çoxlu nazirliklər, komitələr saxlamırlar, xərcləri də azaldırlar”.

Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, idarəetmə sistemi, islahatlara gedilməsi ilə bağlı zaman-zaman təkliflər irəli sürülüb: “Bizim tərəfimizdən də müxtəlif təkliflər olub. Ancaq konkret olaraq bu nazirliyin birləşdirilməsi, yaxud həmin quruma yeni kadr təyinatı üçün mütəxəssislər səviyyəsində müzakirələrə ehtiyac var. Ümumilikdə isə qurumlarda, nazirliklərdə daha yığcam komanda olması daha məqbuldur. Yəni struktur islahatları ilə büdcəyə qənaət edilmiş olur”.

Deputat qeyd etdi ki, əslində ayrı-ayrı nazirliklərin fəaliyyəti uyğun görünə bilər, amma bir əldə birləşməsi təcrübəsi də var: “Məsələn, Gənclər və İdman Nazirliyi yaradılıb. Bundan əlavə, gömrük, vergi və maliyyənin bir strukturda birləşməsi təklifləri səslənib. Bütün bunlar kompleks müzakirələr tələb edir. Ancaq şəxsi qənaətim odur ki, struktur islahatları üçün mütəxəssislər tərəfindən təkliflər paketi hazırlana bilər. Təbii ki, son sözü prezident deyir. Sadəcə, zaman keçdikcə islahatlara gedilməsi müsbət effektini verir, o baxımdan, reformaların aparılması hər zaman vacibdir”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi - "Problem ermənilərin rasional yaddaşlarında deyil"
Bu gün, 11:46
"Mən hər zaman iş başında olmaq istəyirəm"
Bu gün, 11:33
Tibb Universiteti “Arash Medical”a 377 min verəcək
Bu gün, 11:31
II Qaregin ABŞ-yə gedib
Bu gün, 11:26
Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib - DOSYE
Bu gün, 11:22
Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? - AKTUAL
Bu gün, 11:20
"Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." - ETİRAZ
Bu gün, 11:16
Rusiyadan Gürcüstana mesaj: - Hazırıq
Bu gün, 11:09
Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı - Arkov
Bu gün, 11:08
Rusiya 17 il əvvəlki hücumu təkrarladı – Bakıya Vaşinqton görüşü öncəsi mesaj
Bu gün, 11:07
Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib - KİV
Bu gün, 11:04
Təhsildə qərar xaosu və yerli idarəetmənin “yuxu planları” - İLGİNC İDDİALAR
Bu gün, 11:02
Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil - Surenyants
Bu gün, 10:56
İkinci dəfə deputat seçilməyimə mane oldular - Lalə Abbasova
Bu gün, 10:55
“Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb
Bu gün, 10:51
Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı - TƏFƏRRÜAT
Bu gün, 10:48
Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi - AÇIQLANDI
Bu gün, 10:47
“Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” - ETİRAZ
Bu gün, 10:45
Dünyanın gözü Vaşinqtonda: - Liderlər bu saatlarda görüşəcək
Bu gün, 10:43
Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib - AÇIQLAMA
Bu gün, 10:38
Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib
Bu gün, 10:37
Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir - AXI NİYƏ?
Bu gün, 10:32
Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi - MƏQSƏD NƏDİR?
Bu gün, 10:25
İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:21
"Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" - Cahangir Əsgərovdan SƏRT AÇIQLAMA
Bu gün, 10:13
Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 10:00
Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... - SANKİ QAYA PARÇASIDIR...
Bu gün, 09:59
Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı QƏRAR
Bu gün, 09:42
Trampla Putin ANLAŞMA YOLUNDA... - TƏFƏRRÜAT
Bu gün, 09:33
Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? - AKTUAL
Bu gün, 09:20
"Bunların gördüyü iş bundan artıq olmayacaq ki..." - NARAZILIQ VAR...
Bu gün, 09:10
“Çınqıl Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 09:04
ABŞ Trampın rəhbərliyi ilə Türk blokunu gücləndirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:58
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:55
Qida Təhlükəsizliyi Agentliyi REAL TV-yə 48 min ödəyəcək
Bu gün, 08:50
Qafqaza sülh Amerika saatı ilə gəlir - GƏLİŞMƏ
Bu gün, 08:41
Regionlarda otellərin qiyməti niyə bahadır? - AXI NİYƏ?
Bu gün, 08:39
Gəncədə 10 manatla audit şirkəti quruldu
Bu gün, 08:35
Sülh sazişinə dair niyyət protokolunun imzalanmasını istisna etmirəm - deputat
Bu gün, 08:24
Putin və Trampın telefon danışıqları dost mühitində baş tutub - KİV
Bu gün, 07:02
"O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi" - ANIM
Bu gün, 06:52
Biz də deyirik ki, vurduğu təyyarəyə görə üzr istəyər... - AYI ADI ÜSTÜNDƏDİR...
Bu gün, 06:50
Əmrullayevin təhsilə olan EŞQİ BUDURMU?
Bu gün, 06:47
Araz Paşayev kimi aldadır? - Direktorların Avropa səfəri ilə bağlı qalmaqal böyüyür
Bu gün, 06:43
“Rusiya Azərbaycana qarşı təxribatları dayandırmayacaq” - ÇÜNKİ...
Bu gün, 06:37
'Rusiya heç vaxt Cənubi Qafqazda sülh və sabitliyin yaradılmasının tərəfdarı olmayıb" - deputat
Bu gün, 06:05
İran Azərbaycana qarşı “bulud müharibəsi”nə başladı - NƏ BAŞ VERİR?
Bu gün, 06:03
"JEK"lər vətəndaşın cibinə girir: Qanunsuz ödənişlər hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:01
"Boşanan qadının həyat tərzi monitorinq edilməlidir" - Sosioloqdan TƏKLİF
Bu gün, 05:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru