Qafqaza sülh Amerika saatı ilə gəlir .....                     Regionlarda otellərin qiyməti niyə bahadır? .....                     Gəncədə 10 manatla audit şirkəti quruldu .....                     Sülh sazişinə dair niyyət protokolunun imzalanmasını istisna etmirəm .....                     Putin və Trampın telefon danışıqları dost mühitində baş tutub .....                     "O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi" .....                     Biz də deyirik ki, vurduğu təyyarəyə görə üzr istəyər... .....                     Əmrullayevin təhsilə olan EŞQİ .....                     Araz Paşayev kimi aldadır? .....                     “Rusiya Azərbaycana qarşı təxribatları dayandırmayacaq” .....                     'Rusiya heç vaxt Cənubi Qafqazda sülh və sabitliyin yaradılmasının tərəfdarı olmayıb" .....                     İran Azərbaycana qarşı “bulud müharibəsi”nə başladı .....                     "JEK"lər vətəndaşın cibinə girir: Qanunsuz ödənişlər hara gedir? .....                     "Boşanan qadının həyat tərzi monitorinq edilməlidir" .....                     Deputatın işçisi vətəndaşı boğmaq istədi .....                     Vaşinqtonda həlledici diplomatiya: sülh sazişi razılaşdırılıb .....                     Rusiya iflas etdi: Qafqazda yeni geosiyasi reallıq .....                     Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm .....                     Tanınmış həkimə Laçında vəzifə verildi .....                     "Təmir gedən yollarda təhlükəsizlik sıfırdır" .....                     Tovuzda daha bir dəhşət: azyaşlı qıza zorakılıq .....                     Görüşün 8 avqusta təyin olunması təsadüf deyil! .....                     ABŞ-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlığa doğru irəliləyir .....                     Vaşinqtondan Azərbaycan və Ermənistan arasında sülh və Zəngəzur dəhlizi barədə açıqlama .....                     ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın diplomatik manevr imkanlarının artıracaq .....                     Rusiyada atışmada ittiham olunan azərbaycanlılar bəraət aldılar .....                     Altı medalı olan qazinin əlilliyi niyə kəsilib? .....                     Neftçalanın sabiq icra başçısının cinayət işi üzrə bankın qaldırdığı iddia təmin edilib .....                     Azərbaycanda bu zavodun ərazisi özəlləşdirildi .....                     Ermənistanın dövlət borcu 13 milyardı ötüb .....                     “Yeni Klinika”nın 15-ci mərtəbəsində əlavə təmir işlərinə 265 314 AZN xərclənəcək .....                     Keşlədə evi sökülən sakinlərə nə ev, nə də pul veriləcək? .....                     Saakaşvili Bakıdan gələn xəbərə sevindi .....                     Ermənistan şübhəli əraziyə çevriləcək .....                     Sülhün altına mina qoyulub: .....                     İcra Hakimiyyətinin 150 minlik tenderi ləğv edildi .....                     Jurnalistin mikrafonunu sındıran restoran kassiri belə .....                     Nabrandakı məşhur hoteldəki “yemək davası”nın görünməyən tərəfi .....                     Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib .....                     Ayvazovskinin heykəli ətrafında süni ajiotaj və: Kremlin Bakıya mesajı .....                 

"JEK"lər vətəndaşın cibinə girir: Qanunsuz ödənişlər hara gedir? - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 06:01 | Çap et

"JEK"-lərin "ev pulu" adı ilə vətəndaşlardan yığdığı pullar narazılıq yaradır.

Bu vəsaitin hansı xidmətlərə görə toplandığı bəlli deyil. Çünki rəsmi kommunal xidmətlər sistemində belə bir ödəniş növü nəzərdə tutulmayıb. Amma "JEK"-lər vətəndaşlardan hələ də məcburi şəkildə pul tələb edir. Qeyd edək ki, söhbət yeni tikililərdən yox, köhnə, kooperativ binalardan gedir.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, hazırda "JEK" adlanan qurumlar əsasən köhnə binalarda fəaliyyət göstərirlər.

Ekspertin sözlərinə görə, Mənzil Məcəlləsində açıq şəkildə nəzərdə tutulub ki, hər bir binanın sakinləri “Müştərək Məhdud Məsuliyyətli Cəmiyyət” yaradıb binanı idarə edə bilərlər:

“Onların rəsmi adı Mənzil Kommunal İstismar Sahələridir (MKİS). Yeni qəbul olunan Mənzil Məcəlləsinə görə, artıq bu tip idarəetmə qurumları Azərbaycan qanunvericiliyində nəzərdə tutulmur. Köhnə binalar yeni qanunvericiliyə uyğun idarəetmə formaları yaratmayıblar. Ona görədə "JEK"-lərə heç kim toxunmur. Əhali isə əksər hallarda yeni Mənzil Məcəlləsindən xəbərsizdir. Halbuki onlar birləşərək “Müştərək Məhdud Məsuliyyətli Cəmiyyət” (MMC) yarada və öz yaşadıqları binanı idarə edə bilərlər".

Əgər belə bir idarəetmə qurumu yaradılmasa, bina avtomatik olaraq bələdiyyənin idarəsinə keçir:

"Hər bir halda "JEK" adlanan qurumların bu idarəetməni həyata keçirməsi nəzərdə tutulmayıb. Onlar hamısı qeyri-qanunidir. Topladıqları vəsaitin bir hissəsini bələdiyyəyə əmlak vergisi kimi verirlər. Yəni hər bir mənzil, ümumi yaşayış sahəsi bələdiyyəyə illik təxminən 15-30 manat arası əmlak vergisi verir. Digər hissə isə tullantıların daşınması və liftlərin işləməsi xərclərinə yönəldilir. Bu xidmətləri hələlik "JEK"-lər həyata keçirsə də, fəaliyyətləri qanuni sayılmır”.

A.Nəsirli vurğulayıb ki, “ev pulu” yoxdur, amma “mənzilin xidmət pulu” var:

“"Ev pulu”nun adını düz demirlər, o, əslində xidmət haqqıdır. “Ev pulu” deyilən anlayış rəsmi sənədlərdə yoxdur. Onun doğru adı “mənzilin xidmət haqqı”dır. Bu xidmət haqqına isə lift, işıqlandırma, təmizlik, mühafizə və digər ümumi xidmətlər daxildir. Bu vəsaiti "JEK"-lər deyil, həmin binanın sakinləri tərəfindən yaradılmış MMC toplamalı və idarə etməlidir. Əgər MMC yoxdursa, bu işləri ya "JEK"-lər, ya da bələdiyyə həyata keçirir. Amma unutmaq olmaz ki, bu xidmətlər hər halda göstərilməlidir. Sadəcə olaraq, idarəetmənin forması və qanuniliyi fərqlidir”.

Ekspert qeyd edib ki, istər köhnə, istərsə də yeni binalarda sakinlər özləri MMC yaradaraq binanın idarəsini öz üzərlərinə götürməlidirlər:

“Bu halda sakinlər xidmət haqqı ödəməklə binanın bütün ümumi ehtiyaclarını, tullantıların daşınması, həyətin işıqlandırılması, binanın cari təmirə ilə bağlı ehtiyaclarını və s. qarşılamalıdırlar. Məsələn, mən "Jurnalistlər binası"nda yaşayıram. 75 kvadratmetrlik mənzil üçün ayda 25 manat xidmət haqqı ödəyirik. Hər kvadratmetrə görə 35 qəpik hesablanır. Bu xidmət haqqına liftin işləməsi, suyun nasos vasitəsilə mənzillərə vurulması, mərtəbələrin təmizliyi üçün xadimə fəaliyyəti, ümumi su xərci, həyətin işıqlandırılması, mühafizə və tullantıların daşınması daxildir.

Bu xərclər “Müştərək Məhdud Məsuliyyətli Cəmiyyət”in üzərindədir və biz də hər ay o MMC-yə mənzilin xidmət haqqını köçürürük. Qeyd etmək lazımdır ki, bu xidmət haqqı ilə kommunal xidmətlər, yəni işıq, su, qaz pulu fərqli məsələdir və onlar ayrıca ödənilir. Onun həmin cəmiyyətə aidiyyəti yoxdur. Köhnə binalarda isə vəziyyət bir qədər fərqlidir. Orada mərkəzləşdirilmiş istilik sistemi mövcuddur və sakinlər qış aylarında istifadə etdikləri istiliyin pulunu birbaşa "JEK"-ə ödəyirlər. Bu da həmin binalarda MMC-nin yaradılmaması ilə bağlıdır.

Şəhərdə elə mənzillər var ki, sahəsi 500 kvadratdır. Əlbəttə, onların xidmət haqqı daha böyükdür. Üstəlik bu, MMC ilə sakinin bağladığı müqavilədən asılıdır. Elə binalar var ki, orada isitmə-soyutma sistemi var, yəni ümumi bir kondisioner sistemi, havalandırması və s. var. Həmin havalandırma sistemi ilə mənzil yayda sərinləşdirilir, qışda da qızdırılır. Ona görə də fərqli binalarda xidmət haqqı fərqlidir. Həm də şəhərin mərkəzində daha prestijli xidmət təklif olunur”.

Akif Nəsirlinin sözlərinə görə, əhalinin böyük əksəriyyəti marifləndirilmədiyi üçün bunlardan xəbərsizdir, ancaq gec-tez bu olacaq:

“"JEK"-lərdə çalışan şəxslər isə öz işlərinin ömrünü uzatmaqdan ötrü bu məsələlərlə əhalini tanış etmirlər. Onların marağında deyil ki, sakinlər hüquqlarını bilsin və MMC yaratsın. Bu sahədə bir ictimai təşkilat da yoxdur ki, təlimat verisin, təbliğat aparsın. MMC yaradılması üçün Ədliyyə Nazirliyində rəsmi qeydiyyat aparılmalı, möhür və bank hesabı açılmalıdır. Bundan sonra bu qurum rəsmi şəkildə fəaliyyətə başlaya bilər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qafqaza sülh Amerika saatı ilə gəlir - GƏLİŞMƏ
Bu gün, 08:41
Regionlarda otellərin qiyməti niyə bahadır? - AXI NİYƏ?
Bu gün, 08:39
Gəncədə 10 manatla audit şirkəti quruldu
Bu gün, 08:35
Sülh sazişinə dair niyyət protokolunun imzalanmasını istisna etmirəm - deputat
Bu gün, 08:24
Putin və Trampın telefon danışıqları dost mühitində baş tutub - KİV
Bu gün, 07:02
"O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi" - ANIM
Bu gün, 06:52
Biz də deyirik ki, vurduğu təyyarəyə görə üzr istəyər... - AYI ADI ÜSTÜNDƏDİR...
Bu gün, 06:50
Əmrullayevin təhsilə olan EŞQİ BUDURMU?
Bu gün, 06:47
Araz Paşayev kimi aldadır? - Direktorların Avropa səfəri ilə bağlı qalmaqal böyüyür
Bu gün, 06:43
“Rusiya Azərbaycana qarşı təxribatları dayandırmayacaq” - ÇÜNKİ...
Bu gün, 06:37
'Rusiya heç vaxt Cənubi Qafqazda sülh və sabitliyin yaradılmasının tərəfdarı olmayıb" - deputat
Bu gün, 06:05
İran Azərbaycana qarşı “bulud müharibəsi”nə başladı - NƏ BAŞ VERİR?
Bu gün, 06:03
"JEK"lər vətəndaşın cibinə girir: Qanunsuz ödənişlər hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:01
"Boşanan qadının həyat tərzi monitorinq edilməlidir" - Sosioloqdan TƏKLİF
Bu gün, 05:58
Deputatın işçisi vətəndaşı boğmaq istədi - İŞƏ POLİS QARIŞDI
Bu gün, 05:54
Vaşinqtonda həlledici diplomatiya: sülh sazişi razılaşdırılıb - GƏLİŞMƏ
Bu gün, 05:44
Rusiya iflas etdi: Qafqazda yeni geosiyasi reallıq – Ermənistan nə edəcək?
Bu gün, 05:40
Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm - Tramp
Bu gün, 05:36
Tanınmış həkimə Laçında vəzifə verildi - FOTO
Bu gün, 00:06
"Təmir gedən yollarda təhlükəsizlik sıfırdır" - ETİRAZ
Bu gün, 00:00
Tovuzda daha bir dəhşət: azyaşlı qıza zorakılıq – Araşdırma başlandı
Dünən, 23:59
Görüşün 8 avqusta təyin olunması təsadüf deyil! - AÇIQLAMA
Dünən, 23:57
ABŞ-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlığa doğru irəliləyir - AKTUAL
Dünən, 23:55
Vaşinqtondan Azərbaycan və Ermənistan arasında sülh və Zəngəzur dəhlizi barədə açıqlama - DETALLAR
Dünən, 23:52
ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın diplomatik manevr imkanlarının artıracaq - ŞƏRH
Dünən, 18:04
Rusiyada atışmada ittiham olunan azərbaycanlılar bəraət aldılar - TƏFƏRRÜAT
Dünən, 18:00
Altı medalı olan qazinin əlilliyi niyə kəsilib? - NARAZILIQ VAR...
Dünən, 17:56
Neftçalanın sabiq icra başçısının cinayət işi üzrə bankın qaldırdığı iddia təmin edilib - TƏFƏRRÜAT
Dünən, 17:51
Azərbaycanda bu zavodun ərazisi özəlləşdirildi - 1 milyon manata
Dünən, 17:48
Ermənistanın dövlət borcu 13 milyardı ötüb
Dünən, 17:42
“Yeni Klinika”nın 15-ci mərtəbəsində əlavə təmir işlərinə 265 314 AZN xərclənəcək
Dünən, 17:40
Keşlədə evi sökülən sakinlərə nə ev, nə də pul veriləcək? - AKTUAL
Dünən, 17:32
Saakaşvili Bakıdan gələn xəbərə sevindi – Tamam başqa proses gedir!
Dünən, 17:26
Ermənistan şübhəli əraziyə çevriləcək - Danielyan
Dünən, 17:24
Sülhün altına mina qoyulub: - Ermənistanı xəritələrin taleyini düşünməyinə məcbur etməliyik
Dünən, 17:22
İcra Hakimiyyətinin 150 minlik tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Dünən, 17:18
Jurnalistin mikrafonunu sındıran restoran kassiri belə CƏZALANDIRILDI
Dünən, 17:15
Nabrandakı məşhur hoteldəki “yemək davası”nın görünməyən tərəfi
Dünən, 17:13
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
Dünən, 17:10
Ayvazovskinin heykəli ətrafında süni ajiotaj və: Kremlin Bakıya mesajı - ŞƏRH
Dünən, 16:44
Füzulidə Muğam Mərkəzinin otaqları kirayəyə verilir? - BU NƏDİ BELƏ?
Dünən, 16:38
Göygöl İcra Hakimiyyəti iki ildə yolları 3 dəfə təmir etdirib - 1.5 milyonluq tenderlər
Dünən, 16:35
Bakıda dostları gənc oğlanı parkda yuxuya verib qaçdı - Cinayət tərkibi...
Dünən, 16:30
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
Dünən, 16:25
Tarixi an: Bakı Vaşinqton vaxtına “keçdi” – Mühüm xəbərlər gözlənilir
Dünən, 16:20
Akopyan razılaşdırılan sənəd barədə: - Bakıdan icazəsiz açıqlaya bilmərik
Dünən, 16:18
Bakı və İrəvan TRİPP-in reallaşdırılmasına başlayır - AÇIQLAMA
Dünən, 16:17
Azərbaycan prezidenti ABŞ-da belə qarşılandı - VİDEO
Dünən, 16:03
“İki ilə yaxındır hazırlaşdığım imtahana buraxılmadım” - NARAZILIQ VAR...
Dünən, 15:56
Rusiya mediası həşirdə: Moskva Qafqazı "çerez Vaşinqton" itirir - GƏLİŞMƏ
Dünən, 15:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru