Tanınmış həkim Vilad Əliyev Laçın Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri təyin olunub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov avqustun 7-də V.Əliyevi kollektivə təqdim edib
V.Əliyev indiyə qədər Nərimanov Tibb Mərkəzində ümumi cərrah və Şuşa modul tipli xəstəxanasının baş həkimi vəzifələrində çalışıb.