Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC tərəfindən keçirilən tender yekunlaşıb.
"DİA-AZ" xəbər verir ki, tender nəticəsində qurumla “Softline Azərbaycan” MMC (VÖEN: 1401404781) ilə müqavilə bağlanıb. Tender çərçivəsində və 20 milyon ədədlik SMS paketi satın alınıb.
Bağlanmış müqavilənin dəyəri isə 699 999 manat təşkil edir.
Bu il ərzində şirkət, yalnız “İnnovasiyalar Mərkəzi” MMC ilə deyil, həm də Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə əməkdaşlıq edib.
Aprel ayının 10-da yekunlaşan “Elektron xidmətlərdən istifadə edən vətəndaşlara ismarıcların göndərilməsi xidməti” tenderi çərçivəsində şirkət dövlət qurumu ilə 178 500 manat dəyərində müqavilə bağlayıb. Tender çərçivəsində 5 100 000 ədəd SMS paketi təqdim edib.
Qeyd edək ki, “Softline Azərbaycan” MMC 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 200 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Sürəyyə Səfərova Həsən qızıdır. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 247, mənzil 38 ünvanında yerləşir.