“Avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqtonda keçiriləcək görüşündə əsas müzakirə mövzusu Zəngəzur dəhlizi olacaq”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
“Diplomatik kulislərdə gedən müzakirələrə görə, gündəmdəki ən mühüm məsələ Sünik yolu (Zəngəzur) olacaq. Görüşdən əvvəl baş verənlər də bunu göstərir”, - ekspert bildirib.
Surenyantsın iddiasına görə, İran və Rusiya dəhlizə nəzarətdən kənarda qalacaq.
Azərbaycan və Türkiyəyə gəlincə, erməni politoloq qeyd edib:
“Bu prosesdən ən çox faydalananlar Bakı və Ankaradır. Onlar türk dünyasının inteqrasiyası çərçivəsində Türkiyəni Mərkəzi Asiya ilə birləşdirən Turan dəhlizi əldə edəcəklər. Azərbaycan heç bir güzəştə getmədən strateji dəhliz alacaq, çünki bu, klassik marşrut deyil, beynəlxalq zəmanətli xüsusi statusa malik marşrut olacaq”.
Surenyants əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistanı barışdırmaqla, Nobel mükafatı ala və daxildə mövqelərini gücləndirə bilər.