“Elman Nəsirovun qızına ev verirəm, 5 il sonra qaytarar” .....                     “Atamın istəyini reallaşdırmadıq, bu fikir bizi yandırıb-yaxdı” .....                     Ramiz Mehdiyevin QULDAR TƏFƏKKÜRÜ... .....                     Ramiz Mehdiyevin “Dövlət Şurası”nda müxalifət liderləri də var .....                     NAR-da mühüm dəyişiklik .....                     Qafqazın geopolitik taleyi “logistika savaşı”ndan asılıdır .....                     Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır .....                     Ramiz Mehdiyev ÖLKƏNİ BELƏ İDARƏ EDƏCƏKDİ... .....                     Ermənistan-Türkiyə dialoqu yaxın vaxtlarda nəzərəçarpacaq nəticələr verməlidir .....                     "Sayğac dəyişdiriləndə abonentə məlumat verilməlidir..." .....                     AQTA yaxasını KƏNARA ÇƏKƏ BİLMƏZ... .....                     Azərbaycanın Təbrizdəki baş konsulu vəzifəsinə yeni təyinat olub .....                     Sabah "fövqəlnazir"in ailə şirkətinin məhkəməsidir .....                     Hesablama Palatası "Azəristiliktəchizat"da nöqsanlar aşkarlayıb .....                     Azərbaycan İordaniyaya yeni səfir təyin edib .....                     Eldar Səlimov İraqa səfir təyin edilib .....                     Azərbaycan Yaponiyaya yeni səfir təyin edib .....                     Meksikaya yeni səfir təyin edilib .....                     Azərbaycanın Yaponiyaya yeni səfiri təyin edilib .....                     Azərbaycanın Meksikadakı səfiri .....                     Azərbaycanın Yaponiyadakı səfiri geri çağırılıb .....                     Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxıb .....                     Azərbaycanda sobalar, plitələr və aspiratorlar üçün məcburi standartlar hazırlanır .....                     3 gün əvvəl işdən çıxarılan generalın Saleh Səmədovla əlaqəsi üzə çıxdı .....                     Elçin Babayevin ŞÜBHƏLİ TENDERLƏRİ... .....                     DOST Agentliyi 3 illik auditor seçir .....                     Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında .....                     “Qaçqınkom”un sektor müdiri vəfat edib .....                     Zabil Qəhrəmanov təcridxanaya köçürüldü .....                     Audiovizual Şura MTV-nin cərimələnməsi üçün məhkəməyə müraciət edib .....                     Buralar Mehdiyevin nəzarətindədir... .....                     Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb .....                     Hava dəyişkən buludlu olacaq .....                     Valeh Mirzaliyev yetərsay düzəldib satınalma keçirir, Emin Əmrullayev isə… .....                     Ermənistanın Müstəqillik Bəyannaməsinə dəyişiklik olacaqmı? .....                     10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə .....                     “Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır .....                     Tramp Yaponiyadadır .....                     Kənd Təsərrüfatı Nazirliyinin gecikmiş dabaq tədbiri .....                     QHT sektorunda Ramiz Mehdiyev TƏZAHÜRLƏRİ... .....                 

“ABŞ-nin də Zəngəzur dəhlizinə "əl qoyması"nın yeganə yolu sülh sazişinin imzalanmasından keçir” - Qulamhüseyn Əlibəyli
Tarix: 7-08-2025, 11:22 | Çap et

Azərbaycan dövlət başçısı İlham Əliyev Ermənistan hökumətinin Baş naziri Nikol Paşinyanla Vaşinqtonda görüşəcək. Məlumatlar artıq rəsmən təsdiqlənib. Ermənistan Baş naziri Nikol Paşinyanın avqustun 7-8-də ABŞ-yə səfər edəcəyi bildirilib. Qeyd edilib ki, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh danışıqları ilə yanaşı, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi əməkdaşlığın təşviqinə yönəlmiş üçtərəfli görüş keçirəcək. "Washington Post" qəzeti yazıb ki, Prezident İlham Əliyev və Baş nazir N.Paşinyanın görüşündən sonra tərəflər arasında sülh sazişi elan edə bilərlər. İyulun 19-da Azərbaycan Prezidenti də bəyan edib ki, Bakı və İrəvan sülh müqaviləsi imzalamağa yaxındırlar.
 
Məlumata görə, bu görüş Prezident Trampın beynəlxalq münaqişələrin həllinə vasitəçilik səylərinin növbəti nümunəsidir. Xatırladaq ki, hər iki ölkənin liderləri ötən ay Birləşmiş Ərəb Əmirliklərində sülh danışıqları aparıblar. Gözlənilən görüşün mümkün nəticələri ilə bağlı "Şərq"in suallarını cavablandıran politoloq Qulamhüseyn Əlibəyli deyib ki, budəfəki görüşün ABŞ-də keçirilməsi müəyyən səbəblərlə bağlıdır.
 
- Qulamhüseyn bəy, Ağ Evdə Azərbaycan və Ermənistan rəhbərliyi arasında baş tutacaq görüşü necə dəyərləndirirsiniz?
- ABŞ Prezidenti Donald Tramp sülhpərvər prezident kimi tarixdə qalmaq istəyir. Hətta Trampı Nobel Sülh mükafatına da namizəd kimi irəli sürürlər. ABŞ rəhbəri bir sıra bölgələrdə mövcud olan münaqişələrin həllində rol oynamaqla siyasi nüfuzunu artırmağa çalışır. Doğrudur, Rusiya-Ukrayna müharibəsində D.Trampın niyyəti baş tutmadı. Amma Ağ Ev sahibi başqa vasitələrlə hələlik reallaşmayan vədini kompensasiya etməyə çalışacaq. İndi ABŞ prezidentinin diqqəti Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarına yönəlib. Reallıq odur ki, Bakı və İrəvan arasında sülh danışıqları son mərhələdə, son addımlıqdadır. Demək olar ki, sənədin imzalanması istiqamətində ciddi əngəllər qalmayıb. Düzdür, Ermənistan hökuməti hələ də Bakının iki mühüm şərtini yerinə yetirməyib. Konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun ləğvi məsələsi gündəmdədir. Lakin qəbul edək ki, sözügedən məsələlərlə bağlı bir günün içində qərar vermək və mövcud əngəlləri aradan qaldırmaq mümkündür. Digər mühüm məqam ABŞ-nin geosiyasi maraqları, Cənubi Qafqaza diqqətindən irəli gəlir. Nəzərə alaq ki, Tramp siyasətçidən öncə biznesmendir, kommersant prezidentdir. Tramp üçün prioritet həm öz bisnesi, həm də ABŞ-nin iqtisadiyyatıdır. ABŞ-yə məxsus şirkətin Zəngəzur dəhlizini 99 illiyinə icarəyə götürməsi məsələsi də daha çox iqtisadi təşəbbüsdür. ABŞ-nin də Zəngəzur dəhlizinə "əl qoyması"nın yeganə yolu sülh sazişinin imzalanmasından keçir. İstənilən halda Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü müsbət nəticələr verə bilər.
 
- Danışıqlarda hazırda gəlinən nəticə birbaşa ikitərəfli dialoqun nəticəsidir. Vaşinqtonda keçiriləcək görüşdə ABŞ vasitəçi rolunda çıxış edir, yoxsa sadəcə görüş məkanı təklif edir?
 
- Görüşün, danışıqların gedişində bunu daha aydın sezmək mümkün olacaq. Amma ABŞ elə bir ölkədir ki, sadəcə görüş məkanı təklif etmir. Əgər üçtərəfli görüş də nəzərdə tutulursa, bu, onu göstərir ki, ABŞ sülh prosesində yaxından iştirakda maraqlıdır. Ən azından Ağ Ev rəhbərinin tərəflərə sülh çağırışı və s. mümkündür. ABŞ-nin doktrinasını izah etmək bir qədər çətindir. Bunu kimlərsə vasitəçilik kimi də təqdim edə bilər.
 
- İddialardan biri də sülh sazişi sənədinin paraflanması ilə bağlıdır. İndiki halda sənədin paraflanması ehtimalı nə qədərdir?
 
- Paraflanma saziş layihəsinin ilkin olaraq razılaşdırılmış mətnidir. Əslində, sülh sənədinin sazişi ilə bağlı ciddi problem yoxdur. Rəsmi Bakı da vurğulayıb ki, sülh sənədi imzalana bilər. Amma bundan öncə Azərbaycanın iki şərti mütləq icra olunmalıdır. Paraflanma öncədən ona görə edilir ki, sülh sazişi imzalanan günədək sənədin mətni eyni qalsın, hansısa dəyişiklik müzakirə edilməsin. O baxımdan mövcud sənədin paraflanması ehtimalı yüksəkdir. Ermənistan hökuməti Konstitusiya islahatını qısa zamanda, bir neçə gündə reallaşdıra bilər. Parlament də dəyişikliyi təsdiqləyər. Bizi narahat edən məsələ də elə Ermənistan parlamenti tərəfindən qəbul olunub. O cümlədən Minsk qrupunun ləğvinə dair birgə müraciəti də kifayət qədər asanlıqla həyata keçirmək mümkündür. İrəvan hökuməti isə bunları etməkdən boyun qaçırır.
 
- Rusiya və İran ABŞ şirkətinin Zəngəzur dəhlizində boy göstərməsinə ciddi etirazını bildirir. Moskva və Tehranı dəhliz məsələsində tamamilə kənarda saxlamaq mümkündürmü?
 
- Rusiya çalışır ki, Zəngəzur dəhlizi Kremlin nəzarətində olsun. Əslində, İranın da mövqeyi bənzərdir. Tehran hökuməti də özünün kənarda qalmasına gətirib çıxaracaq layihələrə qısqanclıqla yanaşır. Azərbaycan və Ermənistan isə dəhlizə nəzarətin Rusiyanın əlində olmasını istəmir. Bakı və İrəvan üçün Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət etməsi, daha doğrusu, nəzarət yox, müşahidə etməsi daha məqsədəuyğundur. Hesab edirəm ki, bunun reallaşması Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmağın önəmli addımlarından sayıla bilər. Vaşinqton görüşündə prinsip etibarı ilə Zəngəzur dəhlizinin Ermənistandan keçəcək hissəsinin ABŞ-yə məxsus şirkətin nəzarətinə verilməsi müzakirə oluna bilər. Azərbaycan o şərtlərdə buna müsbət yanaşar ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana gedəcək insanlar və yüklər maneəsiz və yoxlamasız hərəkət edə bilsinlər. Zəngəzur dəhlizi sadəcə iqtisadi deyil, həmçinin, geosiyasi maraqları da özündə ehtiva edir. Bu baxımdan bəzi şərtlərlə razılaşmaq olar.
 
- Paşinyan hökuməti ciddi təzyiqlərə məruz qalır. Rusiyanın açıq dəstək verdiyi revanşistlər, Kilsə baş nazirə qarşı mübarizəni sərtləşdirir. 2026-cı ildə keçiriləcək seçkiyə qədər Paşinyanın hakimiyyətini itirməsi, seçkidə məğlub olması ehtimalı varmı?
- Əgər Paşinyan hökuməti Kilsə və revanşistlərin hücumlarına tab gətirə bilməsəydi, Rusiya çoxdan Paşinyanı devirmiş, çevriliş etmişdi. Moskva Ermənistanda hakimiyyətə özünə yaxın adamı gətirməkdə hər zaman maraqlı olub. Paşinyan hökuməti müxalifət məsələsində özünə arxayındır. Amma baş nazir də vaxtı mümkün qədər uzatmağa çalışır. Paşinyan 2026-cı ildə keçiriləcək seçkilərdə qalib gəldikdən sonra sülh sazişini imzalamaq, Zəngəzur dəhlizini açmaq və sərhədlərin delimitasiya və demarkasiyasını davam etdirmək niyyətindədir. Çünki hazırda ictimaiyyətin reaksiyasından ehtiyatlanır. Erməni toplumu xəstədir. Hələ də əhalinin kifayət qədər önəmli kəsimi Azərbaycan və Türkiyə ilə qalıcı sülhə, normal qonşuluq əlaqələrinə hazır deyil, bunu istəmirlər, qarşı çıxırlar. Paşinyan da çalışır ki, erməni əhalisini mərhələli şəkildə sülhə hazırlasın. ABŞ-nin məsələyə əl qoymasından sonra Ermənistanla bağlı problemlər də müəyyən qədər həllini tapa bilər. Əgər Vaşinqtonda da ciddi irəliləyiş olmazsa, o halda yekun sülh sənədinin imzalanması 2026-cı ilədək uzanar. Rusiya isə hər vasitə ilə sülh danışıqlarını pozmağa, prosesi tormozlamağa çalışacaq. Ancaq sülh əldə olunarsa, Zəngəzur dəhlizi də reallaşarsa, Rusiya Cənubi Qafqazdan əlini çəkmək məcburiyyətində qalacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Elman Nəsirovun qızına ev verirəm, 5 il sonra qaytarar” - Şərurlu İsfəndiyar
Dünən, 23:47
“Atamın istəyini reallaşdırmadıq, bu fikir bizi yandırıb-yaxdı”
Dünən, 23:43
Ramiz Mehdiyevin QULDAR TƏFƏKKÜRÜ... - Bizi Allah saxlayıb...
Dünən, 23:41
Ramiz Mehdiyevin “Dövlət Şurası”nda müxalifət liderləri də var - İLGİNC
Dünən, 21:18
NAR-da mühüm dəyişiklik - BUNDAN SONRA...
Dünən, 21:09
Qafqazın geopolitik taleyi “logistika savaşı”ndan asılıdır - Məhz Zəngəzur dəhlizi regional lideri müəyyən edəcək
Dünən, 18:15
Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır
Dünən, 18:12
Ramiz Mehdiyev ÖLKƏNİ BELƏ İDARƏ EDƏCƏKDİ... - XƏYANƏTİN DETALLARI...
Dünən, 17:33
Ermənistan-Türkiyə dialoqu yaxın vaxtlarda nəzərəçarpacaq nəticələr verməlidir - Mirzoyan
Dünən, 17:27
"Sayğac dəyişdiriləndə abonentə məlumat verilməlidir..." - Amma gör, AZƏRİQAZ NƏ EDİR...
Dünən, 17:00
AQTA yaxasını KƏNARA ÇƏKƏ BİLMƏZ... - ƏSLİNDƏ...
Dünən, 16:49
Azərbaycanın Təbrizdəki baş konsulu vəzifəsinə yeni təyinat olub - SƏRƏNCAM
Dünən, 16:39
Sabah "fövqəlnazir"in ailə şirkətinin məhkəməsidir -15 il əvvəl mülkü alıblar, pulunu vermirlər
Dünən, 16:36
Hesablama Palatası "Azəristiliktəchizat"da nöqsanlar aşkarlayıb - TƏFƏRRÜAT
Dünən, 16:34
Azərbaycan İordaniyaya yeni səfir təyin edib
Dünən, 16:32
Eldar Səlimov İraqa səfir təyin edilib
Dünən, 16:31
Azərbaycan Yaponiyaya yeni səfir təyin edib
Dünən, 16:30
Meksikaya yeni səfir təyin edilib - SƏRƏNCAM
Dünən, 16:29
Azərbaycanın Yaponiyaya yeni səfiri təyin edilib
Dünən, 16:28
Azərbaycanın Meksikadakı səfiri GERİ ÇAĞRILDI
Dünən, 16:26
Azərbaycanın Yaponiyadakı səfiri geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:25
Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxıb - FOTOFAKT
Dünən, 16:23
Azərbaycanda sobalar, plitələr və aspiratorlar üçün məcburi standartlar hazırlanır
Dünən, 16:15
3 gün əvvəl işdən çıxarılan generalın Saleh Səmədovla əlaqəsi üzə çıxdı - FOTO
Dünən, 16:14
Elçin Babayevin ŞÜBHƏLİ TENDERLƏRİ... - BU NƏDİ BELƏ?
Dünən, 16:09
DOST Agentliyi 3 illik auditor seçir
Dünən, 16:03
Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında iştirak etməyəcək
Dünən, 13:40
“Qaçqınkom”un sektor müdiri vəfat edib
Dünən, 13:37
Zabil Qəhrəmanov təcridxanaya köçürüldü - AÇIQLAMA
Dünən, 13:09
Audiovizual Şura MTV-nin cərimələnməsi üçün məhkəməyə müraciət edib
Dünən, 13:03
Buralar Mehdiyevin nəzarətindədir... - İDDİA
Dünən, 13:01
Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb
Dünən, 12:47
Hava dəyişkən buludlu olacaq - belə deyirlər...
Dünən, 12:42
Valeh Mirzaliyev yetərsay düzəldib satınalma keçirir, Emin Əmrullayev isə… - BU NƏDİ BELƏ?..
Dünən, 12:40
Ermənistanın Müstəqillik Bəyannaməsinə dəyişiklik olacaqmı? - AÇIQLAMA
Dünən, 12:34
10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə - Övladları üzərindən alver aparanlar var
Dünən, 12:32
“Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır – QALMAQAL
Dünən, 12:29
Tramp Yaponiyadadır
Dünən, 12:26
Kənd Təsərrüfatı Nazirliyinin gecikmiş dabaq tədbiri - Milyonlar xərclənəcək
Dünən, 12:22
QHT sektorunda Ramiz Mehdiyev TƏZAHÜRLƏRİ... - Mehdiyevlə əlaqədə olan Azər Qasımov necə nüfuz edib...
Dünən, 12:15
“İndiyədək Xəzərin statusu ilə bağlı mübahisələri Rusiya yox, İran qızışdırıb...” - ŞƏRH
Dünən, 12:06
Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi - ƏMR
Dünən, 12:02
Şəbnəm ETİRAF ETDİ - “Ağlaya-ağlaya dedi, qoca kişiyə ərə gedirsən?”
Dünən, 11:59
Prokuror icra başçısının sabiq müavininə 7,5 il cəza istədi - TƏFƏRRÜAT
Dünən, 11:57
İşsizlər tibbi sığortanı necə ödəyəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:48
Əli Kərimli haqda məqaləni bəyənən YAP-ın deputatı DANIŞDI - FOTO
Dünən, 11:39
Məsələnin ata-oğul, bacı-qardaş kontekstində müzakirəsinin əleyhinəyəm - Elçin Ağamalı
Dünən, 11:33
Ermənistan ordusunun sərhədlərindən kənarda həll etməli heç bir vəzifəsi yoxdur - Paşinyan
Dünən, 11:28
“Hesab.az”ın (Golden Pay) rəhbərliyində dəyişiklik baş verib - BUNDAN SONRA...
Dünən, 11:22
Tramp Putinin "Burevestnik" raketi ilə bağlı bəyanatını "yersiz" adlandırıb - "Kommersant"
Dünən, 11:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru