"3 aydır "Zara Mobolya"dan (tel 0504676767, müdir Təhmasib) künc divanı sifariş etmişəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə Vahid Aliev adlı sosial şəbəkə istifadəçisi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "15 günə hazır edib təhvil verməli idilər.
İndi telefonlara da cavab vermirlər... nə də divan hazırdı.
900 manat beh alıblar, Əlac qalıb hüquq-mühafizə orqanlarına şikayət etməyə.... Beləcə mərdi döyə-döyə namərd edirlər.
Sabah hazır olar... bir saata gətiririk... deyib, 3 aydır dolandırırlar. İndi də telefonlarını söndürüblər..."