Sabah ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevin iştirakı ilə görüş keçiriləcək.
Modern.az-ın məlumatına görə, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edilir ki, Ermənistan və Azərbaycan liderləri ATƏT-in 1992-ci ildə yaradılmış və Fransa, Rusiya, ABŞ-ın həmsədr olduğu Minsk Qrupunun rəsmi olaraq buraxılması üçün sənəd imzalayacaqlar.